Avropa ölkələri və Türkiyə XVII əsr üçün feodal monarxiyası mərhələsinin ən yüksək fazasına daxil olmuşdu. Formalaşmış mütləq monarxiyalar konkret xarici siyasət strategiyasına və taktikasına malik olurdu ki, biz bunu hazırda dövlət marağı adlandırırıq. XVII əsr üçün Avropa dövlətinin marağı və bunu həyata keçirmək üçün vasitələr öz rəngarəngliyi ilə seçilirdi. Bir tərəfdən bu sahə ilə bağlı nəzəri hüquqi baza formalaşır, digər tərəfdən isə Avropa monarxları sülalə nigahlarının geniş tətbiq olunduğu şəraitdə bu maraqlar daxilində çıxış edirdilər.
Fransa qarşısında Dövrün siyasi nəzəriyyəçilərindən və dövlət xadimlərindən sayılan Syulli ”Dövlət təsərrüfatının prinsipləri” əsərində aşağıdakı üç vəzifəni konkretləşdirirdi:
-dövlətin fəaliyyət mexanizmini müəyyənləşdirir;
-Fransanın ətrafında yaranmış siyasi tarazlığı qiymətləndirir,
-Fransanın xarici siyasəti qarşısında duran başlıca vəzifələrə diqqəti cəlb edirdi.