“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxslərin nəzərinə… Əgər həyatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünyadan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsinizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımızdan birində iştirak etməyiniz kifayətdir. İmtahanın şərtləri çox sadədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”
Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın küncündəki qoltuqda oturaraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qədər cəlb elədi ki, bir dəqiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi yaşının neçə olduğunu da unutmuşdu.
Mәnim iki nәfәr dostum var. Bunlardan birisi bisavaddır, amma o birisi basavaddır. Amma bunları dindirib danışdıranda, baxıb görürәm ki, bisavad basavaddır, amma basavad bisavaddır; yәni bisavadın dünyadan xәbәri var, amma basavadın heç zaddan xәbәri yoxdur.
Keçәnlәrdә idarәmizә Yevropadan bir nәfәr adam uçub gәlmişdi. Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir hәyәcan vә qorxu vardır.
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər.
Mister Edvard öz-özünә fikir edib dedi: «Görәsәn, bir elә şey qayırmaq olarmı ki, adam üstünә minib yeridә bilsin? Belә ki, daha ata vә eşşәyә ehtiyac olmasın».
Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.