Nə? Harada? Nə zaman? (ЧГК) kateqoriyası üzrə məqalələr

Sadə Sual

Mən bu adamın həm işçisi ola bilərəm, həm də sahibi! Mən kiməm?
Davamı →

7 Mart Turniri

7 Mart Turniri!
Başlanma vaxtı: 18:00
Bitmə vaxtı: 18:15
Sualların sayı: 10
Mükafat: 25AZN
Davamı →

Loqo

Klubun loqosunun  hazırlanması üçün rəy və təkliflərinizi gözləyirik! Çalışın aktiv olun! Əgər özünüzü yetərincə kreativ hesab edirsinizsə onda özünüzün yaratdığınız loqoları da təklif edə bilərsiniz. Bəyənilsə, məhz sizin tərtib etdiyiniz loqo bizim klubu bəzəyəcək! Diqqət! Loqoda dövlət rəmzlərinin olması qadağandır!
Davamı →

Nə? Harda? Nə Zaman?

Sakura Intellektual Klubu

Ümumi Qaydalar


Nə? Harda? Nə zaman? Klubunun məqsəd və vəzifələri
1.İT-dan istifadə etməklə intellektual yarışların keçirilməsi
2.İnsanların Onlayn və Oflayn qaydada intellektual oyunlara cəlb edilməsi
3.İnsanların analitik və məntiqi düşünmə qabiliyyətlərinin artırılması

Kluba Üzvlük
1.kayzen.az saytında qeydiyyatdan keçmiş bütün yuzerlər bu kluba üzv ola bilərlər.
2.Klub daxilində komandalar yaratmaq mümkündür.
3.İndividual yarışlarda 1, komanda yarışlarında azı 3 nəfər ola bilər. komanda şəklində qeydiyyatdan keçmək üçün çempionat öncəsi anketi doldurmaq labüddür.

Üzv şəxslərin hüquqları:
1.bütün individual və qrup yarışlarında iştiral etmək.
2.Sual tərtib etmək
3.Klub məclisinə üzv seçilmək
4.İstənilən vaxt üzvlükdən imtina
5.Yarışlarda uğurlu çıxışlar sayəsində qazanılan imtiyaz və adlardan istifadə etmək.

Üzv şəxslərin vəzifələri:
1.Qeyri-etik diskusiyalardan çəkinmək və onları yaratmamaq
2.Yalnız suala aid cavablar yazmaq
3.Sual verdikdə mənbəni qeyd etmək (kitab, jurnal, online məqalə və s)
4.Üzvlükdən imtina etmiş yuzer yenidən kluba üzv olmaq istədikdə yeni üzv kimi daxil olacaq.
5.Yarışlarda iştirakdan asılı olaraq üzvlərə müxtəlif adlar və əlavə imtiyazlar verilə bilər.

Klubun Strukturu
Klub Administrasıyası. Klub Administrasıyası klubun ümümi fəaliyyətinə cavabdehdir
Ekspertlər Şurası Sualların tərtibi,qiymətləndirilməsi və mübahisəli məsələləri həll etmək imtiyazına sahibdir
İmtiyazlı Üzvlər. Yarışlarda qələbə qazanan üzvlərə verilir!

Yarışlar
İndividual Yarışlar
Həftə ərzində keçirilir. 10-20 sualdan ibarət olur.Yarışı ən çox suala düzdün cavab tapan(əgər eyni sayda bir neçə üzv düzdün cavab veribsə onda vaxt amili həlledici rol oynayır) şəxs qalib sayılır.
Qrup yarışları
Hələlik keçirilmir.

Davamı →

Təkliflər

Fikirləşirəm ki artiq analitik qabiliyyətimizi və dünya görüşümüzü yoxlamağın vaxtı çatıb.Təklif edirəm ki, Nə, Harda,Nə vaxt üzrə bir yarış keçirək!
Davamı →
Top