Əfsanəvi varlıqlar, miflər kateqoriyası üzrə məqalələr

Herakl

Bizim hamımız güclü, qoçaq olmaq istəyirik. Səhərlər idman edir, soyuq su ilə bədənimizi möhkəmləndirir, bəzən özümüzü filmlərdəki qəhrəmanlara oxşadır, onlar kimi davranmağa çalışırıq. Hətta bizdən böyükləri o qəhrəmanlardan birinə oxşadır, dostlarımıza isə həmin qəhrəman kimi davranmağı tövsiyə edirik.

Görəsən, bizdən çox-çox əvvəl yaşayan insanlar da belə olub? Sənə danışacağım əsatirdən biləcəksən ki, lap qədimlərdə, heç bir texnikanın olmadığı zamanlarda insanlar qarşılaşdıqları çətinlikləri dəf etmək üçün necə qəhrəman obrazlar yaradıblar. Belə qəhrəmanlardan biri qədim yunanların Heraklıdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru “Heraklın on iki qəhrəmanlığı” hekayəsidir. Yunan mifologiyasına görə, bu qəhrəman dünyanın sahibi Zevsin adi qadından — Alkmenadan olan oğludur.
Davamı →

Soçimilko adasının kabusu

             

 Meksikada turistləri cəlb edən ən yaxşı yer paytaxt Mexikodan 20 kilometr məsafədə olan Soçimilkoda yerləşir.

Minlərlə turist bura qorxunc əfsanəyə görə gəlir. Şayiələrə görə, 1950-ci ildə üç cavan insan yerli göldə çimən zamanı boğulub. Bundan sonra burada sanki kabuslar yaşayırlar.

Davamı →

Dünyanın müəmmalı sirrlərindən biri: UNO

Bəzi teoriyalara görə yad planetlərdə həyat, çox güman ki, Yer kürəsində bəşəriyyətin yaranmasından çox-çox əvvəl olmuşdur və məhz yadplanetlilər Yer Kürəsini canlı orqanizmlə təmin etmiş, sonra isə “yeni dünyada” baş verən prosesləri və inkişafı izləməyə başlamışlar.

Eyni zamanda, müəyyən alimlər tərəfindən irəli sürülən mülahizələrə görə, yadplanetlilər bizim planeti müəyyən məqsədlərə görə izləyirlər və öyrənirlər. Bəşəriyyət tarixinin inkişafı mərhələlərində bunu təsdiq edən real faktlar var.

Qədim əsatir və miflərdə dəfələrlə göyə qalxan hansısa sirli obyektlərdən söz açılır. Alimlər tərəfindən İrlandiya, Fransa kimi ölkələrin bəzi mağaralarında (La-Plata, No, Karo Looma mağaraları kimi) divarlarda çəkilmiş diskəbənzər obyekt rəsmləri tapılıb. Buna bənzər rəsmlər İspaniyanınSantanderəyalətində yerləşən Altair mağarasında da tapılıb. Yaponiyanın Kyüsyü əyalətindəki Çin San sərdabəsində maraqlı bir freska tapılıb. Freskanın üzərində əllərini göyə qaldırıb 7 uçan diski salamlayan çar rəsmi var. Ekspertlərin fikrinə görə, bu rəsm eramızdan əvvəl 2000-ci illərə məxsusdur.

Davamı →

Mistik Evlər

Qara magiya, Faust və kimya?!
Yolunuz nə vaxtsa Karlov meydanından keçsə, mütləq Faustun evinə də baş çəkin. Praqaya ayağı belə dəyməyən həkim Faustun malikanəsinin məhz burada “gözə dəyməsi” hər kəsi təəccübləndirir. Göz dəyməsin, üstəlik onun haqqında heç vaxt olmadığı bir şəhərdə əfsanələr də ayaq açıb yeriyir. Şayiələri yayan isə özünü gizlətmirdi: o, XIV əsrdə yaşayan şahzadə Vaçlav Opava idi.

 Evin ilk sahibi V.Opava elmlə, xüsusən də kimya ilə maraqlanırdı. Amma belə görünür ki, onun maraq dairəsinə əfsanəvi şayiələrin müəllifi olmaq da daxil imiş. Şahzadənin dediyinə görə, II Rudolfun hakimiyyəti illərində ev haqqında söz-söhbətlər daha da ciddiləşib.
Davamı →

Mifik varlıq- Qar adamlar

Mifik varlıq hesab edilən «Qar adam» real ola bilər. İngiltərəli alimlər belə iddia irəli sürürlər.
Rusiya mətbuatında verilən məlumatına görə, Oksford universitetinin alimi Brayan Sayks qərbi Himalayda və Butanda tapılmış qar adamı olduğu ehtimal edilən iki naməlum varlığın tükləri əsasında DNT-lərini araşdırıb.
Məlum olub ki, bu canlılarının DNT-ləri 40 min il bundan əvvəl nəsli kəsilmiş qütb ayılarınınkı ilə 100% identikdir.
Brayan Sayks ehtimal edir ki, qar adamları qütb ayılarının təkamülü nəticəsində ortaya çıxmış canlılardır. 

Davamı →

Vampirlər mövcuddurmu? +16

      Deyilənə görə, günəşin batmasıyla yenidən doğması arasında olan zaman intervalında, dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar «vampirlər» adlanır. “Vampir”in hərfi mənası «qaniçən» deməkdir.

Davamı →
Top