WHY THE SHORT-RUN AGGREGATE-SUPPLY CURVE MIGHT SHIFT
Məcmu təklif əyrisinin təhlili bizə imkan verir ki, qiymətlərin hər hansı bir səviyyəsində əmtəələrin və xidmətlərin həcminin təklifi haqqında məlumat ala bilək. Biz onu uzunmüddətli məcmu təklif əyrisi hesab edirik, lakin bundan fərqli olaraq elə qüvvələr təzahür edirlər ki, onları qeyri-səlis təqdimat, sərt əmək haqqı və sərt qiymətlərlə izah edə bilərik. Beləliklə, məcmu təklifin qısamüddətli əyrisinin hərəkətinin səbəbini izah edərkən biz uzunmüddətli məcmu təklif əyrisinin hərəkətinə təsir edən amilləri nəzərə almalıyıq. Burada yeni bir dəyişən xarakterli amil də meydana çıxır – gözlənilən qiymət səviyyəsi bazarda baş verən qeyri-səlis təqdimlərə, əmək haqqının sərtliyinə və qiymətlərin sərtliyinə təsir edən hadisələri də nəzərə almalıyıq. Gəlin biz aşağıdakı fikirdən başlayaq: uzunmüddətli məcmu təklif əyrisi haqqında nə bilirik.
Yuxarılarda qeyd etdiyimiz kimi əyrinin hərəkəti adətən iş qüvvəsinin miqdarının, kapitalın, təbii resursların və ya yeni texnologiyanın dəyişməsi ilə əlaqədardır. Məsələn, iqtisadiyyatda əsas kapitalın artması ilə əlaqədar olaraq həm uzunmüddətli, həm də qısamüddətli məcmu təklif əyrisi sağda yerləşir. Minimum əmək haqqının artması təbii işsizlik səviyyəsini yüksəldir və nəticədə qısamüddətli və uzunmüddətli məcmu təklif əyrisi sola hərəkət edir.
Iqtisadi subyektlər tərəfindən gözlənilən qiymət səviyyəsi qısamüddətli
məcmu təklif əyrisinə təsir edir ki, bunu da yeni mühüm dəyişən adlandırmaq olar. Biz yuxarıda qeyd etdiyimiz kimi qısamüddət üçün təklif olunan əmtəələrin və xidmətlərin həcmi fərdlərin yalnız, əmək haqqının və qiymətlərin sərtliyindən irəli gəlir. Lakin onu da qeyd edək ki, təqdim olunacaq əmək haqqı və qiymətlər gözlənilən qiymət səviyyəsi əsasında formalaşır. Buna görə də gözlənilən müddətdə qısamüddətli məcmu tələbin əyrisinin qalxıb-enməsi baş verir.
Bu ideyanı konkretləşdirmək üçün əmək haqqı nəzəriyyəsinin sərtliyinə baxaq. Buna uyğun olaraq muzdlu fəhlələr gözlənilən qiymətlərin artmasını nəzərə alaraq əmək haqlarının artırılmasına çalışırlar. Əmək haqqının qaldırılması qiymətlərin real səviyyəsinin mövcudluğu şəraitində firmanın istehsal xərcləri artırır, firma tərəfindən təqdim olunacaq əmtəələrin və xidmətlərin həcmi azalır. Qiymətlərin gözlənilən yüksək səviyyəsinin maddiləşdirilməsi göstərir ki, təqdim olunan əmtəələrin və xidmətlərin miqdarı azalmışdır və bunun da nəticəsində qısamüddətli məcmu təklif əyrisi solda yerləşmişdir. Və əksinə gözlənilən qiymətlərin reallaşdırılması təklif olunan əmtəələrin və xidmətlərin həcminin artması ilə müşahidə olunur və qısamüddətli məcmu təklif əyrisi sağda yerləşir.
Buna bənzər məntiq istənilən məcmu təklif nəzəriyyəsinə tətbiq edilə bilər. Buradan biz aşağıdakı ümumi nəticəyə gələ bilərik: gözlənilən qiymət səviyyəsinin artması istehsal ediləcək əmtəələrin və xidmətlərin azalmasına səbəb olur və qısamüddətli məcmu tələb əyrisinin hərəkəti sola meyl edəcəkdir. Gözlənilən qiymət səviyyəsinin aşağı düşməsi təklif olunacaq əmtəələrin və xidmətlərin istehsalını artıracaqdır və qısamüddətli məcmu tələb əyrisi sağa doğru hərəkət edəcəkdir. Sonrakı fəsildə biz görəcəyik ki, qısamüddətli məcmu təklif əyrisi körpü kimi qısa müddətə və uzun müddətə nəzərdə tutulan iqtisadiyyatın hərəkətini əlaqələndirəcəkdir. Qısa müddət üçün gözləyə biləcəyimiz təsbit olunmuşdur, yəni qeydə alınmışdır və bu səbəbdəndir ki, iqtisadiyyat məcmu tələb əyrisi ilə qısamüddətli məcmu təklif əyrisinin kəsişdiyi nöqtədə olacaqdır. Uzunmüddətli dövr üçün gözləmə hadisələrin dəyişməsinə uyğun olaraq korrektə (təshih) olunur və qısamüddətli məcmu təklif əyrisi yerini dəyişir. Belə bir irəliləyiş iqtisadiyyatda məcmu tələb əyrisinin uzunmüddətli məcmu təklif əyrisi ilə kəsişməsini təmin edir.
Indi biz bilməliyik ki, qısamüddətli məcmu təklif əyrisi niyə görə müsbət meyllidir və bu əyrinin hərəkətinin qarışıq düşməsi səbəbləri nədən ibarətdir.
Iqtisadiyyatın durğunluğunun səbəbləri
Məcmu tələb və məcmu təklif modelini hazırladıqdan sonra əldə etdiyimiz alət vasitəsilə iqtisadiyyatın qısamüddət üçün qalxıb-enməsinin səbəblərini təhlil edəcəyik: sonrakı iki fəsildə isə bu alətlər haqqında olan dərrakəmizi xeyli genişləndirəcəyik, indi isə bu alətləri iqtisadiyyatın durğunluğunun əsas səbəblərinin tədqiqatına tətbiq edəcəyik.
Iqtisadiyyatın uzunmüddətli müvazinətdə olmasına baxaq (şəkil 30.7). Müvazinətli buraxılış həcmi və müvazinətli qiymət səviyyəsi məcmu tələb əyrisi ilə uzunmüddətli məcmu təklif əyrisinin kəsişdiyi nöqtədə (nöqtə A) müəyyən olunur. Bu nöqtədə istehsal özünün təbii vəziyyətində olur. Buradan qısamüddətli məcmu təklif əyrisi keçir. Buna uyğun olaraq əmək haqqı və qiymət uzunmüddətli müvazinətə uyğun gəlir. Yəni iqtisadiyyat uzunmüddətli müvazinətdə olanda əmək haqqı və qiymət razılaşdırılır (uzlaşdırılır). Bu zaman məcmu tələb əyrisinin qısamüddətli məcmu təklif əyrisi ilə kəsişməsi məcmu tələb əyrisinin uzunmüddətli məcmu təklif əyrisi ilə kəsişdiyi nöqtə ilə üst-üstə düşür.