Fərz edək ki, beynəlxalq ticarətin olmadığı zaman məhsulun daxili qiymətləri dünya qiymətlərindən yüksəkdir. Sərhədlərin ticarət üçün açılması qiymətlərin dünya səviyyəsinə qədər azalmasına gətirib çıxarır. Şəkil 9.4-də göstərildiyi kimi, daxili təklifin həcmi daxili tələbin həcmindən çoxdur. Onlar arasındakı fərq digər ölkələrdən məhsulun gətirilməsi hesabına ödənilir və Izolandiya polad idxal edən ölkəyə çevrilir.
Qrafikdəki üfüqi düz xətt (dünya qiymətləri səviyyəsində) dünyanın yerdə qalan ölkələrinin təklifini ifadə edir. Bu təklif əyrisi tamamilə elastikdir, belə ki, Izolandiya iqtisadiyyatı çox da yüksək səviyyədə deyildir və deməli, ölkə dünya qiymətlərinə uyğun səviyyədə özünə lazım olan qədər məhsul almaq imkanına malikdir.
Hesablamalar göstərir ki, bu halda beynəlxalq ticarətdən faydanı alıcılar əldə edirlər, belə ki, istehlakçı qazancı B+D sahəsi həcmində çoxalır. Satıcı-kompaniyalar daha ağır vəziyyətə düşürlər, belə ki, istehsalçıların qazancı B sahəsi qədər azalır. Lakin alıcılar tərəfindən əldə edilən fayda satıcıların itkilərindən daha çox olur, ümumi fayda isə D sahəsi qədər artır.
Cədvəl 9.2. Ticarətin olmadığı şəraitdə Beynəlxalq ticarət şəraitində Dəyişiklik Istehlakçı qazancı A A+B+C -(B+D) Istehsalçı qazancı B+C C -B Ümumi qazanc A+B+C+D +D
Idxalçı ölkənin iqtisadi vəziyyətinin təhlili iki nəticəyə gəlməyə imkan verir.
Rifahın dəyişməsi azad ticarətin nəticəsi kimi: idxalçı ölkə
Beynəlxalq ticarətin nəticələrinin təhlili ekonomiksin on prinsipindən birini daha düzgün başa düşməyə imkan verir: ticarət bu prosesdə iştirak edən hər bir tərəfin rifahını yüksəldir. Əgər Izolandiya daxili bazarı açırsa, ölkənin polad ixrac və ya idxal etməsindən asılı olmayaraq udanlar və uduzanlar əmələ gəlir. Bütün hallarda ticarətdən udanlar tərəfindən əldə edilən fayda uduzanların itkilərini kompensasiya edirlər: hər bir tərəf özünün əlavə qazanc payını əldə edir. Bu mənada, ticarət iqtisadiyyatın bütün subyektlərinin vəziyyətini yaxşılaşdırmaq iqtidarındadır. Amma xarici ölkələrlə mal mübadiləsi həm istehsalçıların, həm də istehlakçıların rifahını artıra bilərmi? Yəqin ki, yox. Təcrübədə uduzanlar çox təsadüfi hallarda qaliblərdən kompensasiya əldə edə bilirlər. Bizim baxdığımız misalda ölkə iqtisadiyyatının xarici ticarət üçün açılması iqtisadi «tort»un həcminin yüksəldilməsinə imkan verən siyasətdir, bununla belə yəqin ki, bazarın bəzi subyektlərinə bu tortdan daha kiçik bir hissə düşəcəkdir.