8. Geri qayıtmaz itkilər və ticarətin yaratdığı rifah

8. Geri qayıtmaz itkilər və ticarətin yaratdığı rifah

Nəyə görə vergilər geriqayıtmaz itkilərə səbəb olur? Misal göstərək. Fərz edək ki, Co hər həftə Ceynin evini təmizləməyə görə 100 dollar alır. Conun alternativ xərcləri 80 dollar, təmiz evin D.Ceyn üçün faydası isə 120 dollar təşkil edir. Beləliklə, sövdələşmə Co və Ceynə 20% mənfəət gətirir. 40 dollar həcmində ümumi qazanc tərəflərin sövdələşmə nəticəsində əldə etdikləri faydanı müəyyən edir. Fərz edək ki, yeni qəbul edilmiş qanuna görə evlərdə təmizlik işləri görmək üçün insanlar 50 dollar həcmində vergi ödəməlidirlər. Deməli, Ceyn sövdələşmə nəticəsində Coya hər iki tərəfin fayda əldə edə biləcəyinə imkan verən məbləği ödəmək imkanını itirəcəkdir. Ceynin ödəyə biləcəyi ən yüksək məbləğ 120 dollar təşkil edir, lakin bu halda vergiləri ödədikdən sonra 70 dollar qalacaqdır ki, bu da onun qazancından (80 dollar) azdır. Əksinə, Coyun alternativ xərclərini təmin etmək üçün Ceyn ona 130 dollar ödəməlidir ki, bu da onun təmiz evi qiymətləndirdiyi 120 dollardan çoxdur. Nəticədə Ceyn və Co sövdələşməni pozurlar. Co gəlir qazanmır, Ceyn isə çirkli evdə yaşayır. Vergi Co və Ceynin rifahının pisləşməsniə səbəb olur. Belə ki, onlar 40 dollar həcmində əlavə vəsait itirirlər. Bununla yanaşı Co və Ceyn sövdələşməni pozduqlarına görə hökumət vergi əldə etmir. 40 dollar həcmində vəsait xalis geriqayıtmayan itki olub, hökumətin vergi daxilol­malarının artımını təşkil etmir. Deməli, geri qayıtmayan itkilərin mənbəyi – alıcılara və satıcılara ticarətdən fayda əldə etməyə imkan verməyən vergilərdir.
Geri qayıtmayan itkilərin həcmi tələb əyrisi ilə təklif əyrisi arasında yerləşən üçbucağın sahəsinə bərabərdir. (C+E sahəsi) (bax: şəkil 8.3.) Xatırlayaq ki, tələb əyrisi əmtəənin istehlakçı üçün qiymətliliyni, təklif əyrisi isə satıcıların xərclərini ifadə edir. (bax: şəkil 8.4.) Vergi alıcıların ödədiyi qiyməti PB-yə qədər yüksəltdiyi və satıcıların təklif etdiyi qiyməti PS-ə qədər azaltdığı üçün son istehsalçılar və istehlakçılar bazarı tərk edirlər, satışın həcmi isə Q1-dən Q2-yə qədər azalır, hərçənd ki, şəkil göstərir ki, son isteh­lakçılar üçün məhsulun qiymətliliyi son istehsalçıların xərcindən yüksək­dir. Co və Ceyn haqqında bizim misalda olduğu kimi, satışdan əldə edilən qazanc – əmtəənin alıcı tərəfindən qəbul edilən qiyməti ilə firmanın xərcləri arasındakı fərq verginin səviyyəsindən aşağıdır. Beləliklə, verginin tətbiq olunması ticarəti məhdudlaşdırır. Geri qa­yıt­mayan itkilər – qarşılıqlı ticarətin məhdudlaşdırılması nəticəsində yaranan ümumi faydanın azalması deməkdir.
THE DEADWEIGHT LOSS

Geri qayıtmayan itkilərin determinantları
Vergilərin tətbiq edilməsi nəticəsində yaranan itkilərin həcmini müəyyən edən nədir? Cavab, tələb və təklifin qiyməti ilə bağlı elas­tik­likliyidir, yəni təklif edilən və tələb edilən məhsulun qiymətinin dəyişməsi ilə onun həcminin dəyişməsidir. Gəlin, təklifin elastikliyinin geri qayıt­mayan itkilərin həcminə təsirini nəzərdən keçirək. A və B qrafiklərində (şəkil 8.5) tələb əyrisi və verginin həcmi dəyişməzdir. Onların yeganə fərqi təklif əyrisinin elastikliyindədir.
Vergilərin tətbiqi nəticəsində yaranan təkliflər və elastiklik

A qrafikində təklif əyrisi nisbətən qeyri-elastikdir: məhsulun təklif edilən həcmi qiymət dəyişməz qaldığı halda çox dəyişir. B qrafikində təklif əyrisi nisbətən elastikdir: məhsulun təklif edilən həcmi qiymət dəyişən zaman ciddi dəyişikliyə uğrayır. Nəzərə alın ki, təklif əyrisinin daha yüksək elastikliyi zamanı geri qayıtmayan itkilərin həcmi (tələb və təklif əyriləri arasında yerləşən üçbucağın sahəsi) daha çoxdur.
Analoji olaraq, B və Q qrafiklərində təklif əyrisinin və vergilərin həcminin dəyişməz qalması zamanı tələbin elastikliyinin geri qayıtmayan itkilərə necə təsir etməsi əks olunmuşdur. (şəkil 8.5) B qrafikində tələb əyrisi nisbətən qeyri-elastikdir, geri qayıtmayan itkilərin həcmi isə çox deyildir. Q qrafikində isə tələb əyrisi daha elastikdir, vergilərin tətbiq edilməsi nəticəsində yaranan geri qayıtmayan itkilərin həcmi isə daha çoxdur.

Nə üçün vergitutma geri qayıtmayan itkiləri yaradır? Ona görə ki, vergilər alıcıların və satıcıların davranışlarına təsir edir. Vergi alıcıların hökmən verməli olduğu qiymətləri yüksəldir, buna görə də məhsulun təklifi azalır. Eyni vaxtda satıcıların təklif etdiyi qiymət də aşağı düşür. Ona görə də, istehsalın da həcmi aşağı düşür. Alıcıların və satıcıların davranışlarının dəyişməsi bazarın həcminin öz optimal səviyyəsindən aşağı düşməsinə gətirib çıxarır. Tələb və təklifin elastikliyi qiymətin müxtəlif səviyyələrinə uyğun olaraq, alıcı və satıcı qərarlarının dəyişməsinin həcmini müəyyən edir və deməli, bazarın fəaliyyətinin nəticələrinin vergi vasitəsi ilə təhrif olunması səviyyəsinin determinantı (amili) kimi çıxış edir. Beləliklə, tələb və təklifin elastikliyi nə qədər yüksək olarsa, vergitutma ilə bağlı olan geri qayıtmayan itkilər də bir o qədər çox olur.

Top