Nisbi üstünlük və ticarət (COMPARATIVE ADVANTAGE AND TRADE)
Nisbi üstünlüklərin istifadəsi Tayqer Vuds öz evinin qarşısındaki qazonu biçməlidirmi? Yaddaş guşəsi Adam Smit və David Rikardonun mirası ABŞ digər dövlətlərlə alver eləməlidirmi? (SHOULD THE UNITED STATES TRADE WITH OTHER COUNTRIES?) Nəticə
Alternativ xərclərdə və nisbi üstünlüklərdə fərqlər ticarətin gətirdiyi gəlirləri müəyyən edir. Hər bir fərd nisbi üstünlüyü olan istehsalda ixtisaslaşanda buraxılışın ümumi həcmi yüksəlir, iqtisadi «piroqun» həcminin yüksəlməsi cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsini yüksəltməyə imkan verir. Başqa sözlə, iki insanın əldən verilmiş imkanlarının xərcləri fərqli olduqda, malların mübadiləsi hər ikisinə sərfəlidir, çünki hər biri malı onun bu məhsula dair alternativ xərclərindən aşağı qiymətə əldə edir.
Təklif olunan sövdələşməni fermerin nəzər-nöqtəsindən seyr edək. Fermer 1 kq kartof əvəzinə 3 kq ət əldə edir. Digər sözlərlə, o, ətin hər bir kiloqramını 1/3 kq ətin qiymətinə əldə edir. Beləliklə, sövdələşmə, fermerə sərfəlidir, çünki o, əti yaxşı qiymətə alır.
Indi isə sövdələşməni ranço sahibinin nəzər-nöqtəsindən baxaq. O, 1 kq kartofu 3 kq ət əvəzinə əldə edir. Kartofun qiyməti heyvandar tərəfindən istehsalın alternativ xərcləri 8 kq ət təşkil edən qiymətdən aşağıdır. Beləliklə, ranço sahibi də udmuş olur, çünki kartofu daha sərfəli qiymətə alır.
Bu cür ticarət növü iki tərəf üçün də sərfəlidir, çünki hər bir insanın alternativ xərcləri daha az olur: fermer vaxtının çoxunu kartof becərir, ranço sahibi isə öz inəklərinə qulluq edir. Nəticədə, həm kartofun, həm ətin istehsalı artır, fermer və ranço sahibi isə yüksəlmiş buraxılış həcmində ifadə olunan gəlirləri bölüşdürürlər. Hekayənin ibrət dərsi ondan ibarətdir ki, fermer və ranço sahibi başa düşməlidilər ki: ticarət cəmiyyətin hər bir üzvünə gəlir gətirə bilər, çünki o, fərdlərlə nisbi üstünlüyü olan fəaliyyət növündə ixtisaslaşmağa imkan verir.
Nisbi üstünlük prinsipi ticarətin gətirdiyi qarşılıqlı asılılığı və gəlirləri izah edir. Qarşılıqlı asılılıq müasir dünyanın fundamental xüsusiyyətlərindən biridir, nisbi üstünlük prinsipinin isə çoxlu tətbiq sahəsi var.
(SHOULD TIGER WOODS MOW HIS OWN LAWN?)
Tayqer Vuds vaxtının çox hissəsini ot üzərində addımlayaraq keçirir. Dünyada ən yaxşı qolf oyunçularından biri kimi o, topu oyuğa, təzə başlayan oyunçular üçün sadəcə fantastik görünə bilən nöqtədən atır. Lakin T.Vuds yəqin ki, digər sahələrdə də istedadlıdır. Məsələn, təxmin edək ki, o, öz qazonunu başqa birinə nisbətən daha tez biçə bilər. Lakin əgər T.Vuds bu işi hamıdan tez edə bilirsə, o, vaxtının çoxunu qazonbiçənlə əməliyyatlara həsr etməlidirmi?
Bu suala cavab axtarmaq üçün biz alternativ xərclər və müqayisə üstünlüyü anlayışlarından istifadə edə bilərik. Təxmin edək ki, T.Vuds öz qazonunu 2 saata biçə bilər. Lakin elə həmin iki saat ərzində o, Nike korporasiyasının reklam çarxında çəkilməklə 10 000$ qazana bilər. T.Vudsun Forrest Qamp adlı qonşusu həmin qazonu 4 saata biçə bilər. Bundan əlavə, o, yaxınlıqdaki McDonalds restoranında 20$ qazana bilər.
Bu nümunədə qazon biçməsinin alternativ xərci T.Vuds üçün – 10000$, onun qonşusu üçün 20$ təşkil edəcək. Qolf üzrə çempion qazonbiçənlə işdə mütləq üstünlüyə malikdir. Beləki o, öz qazonunu daha az vaxta qaydaya sala bilər. Lakin həmin işin yerinə yetirilməsində nisbi üstünlüyü kiçik alternativ xərcləri olan Forrest Qamp əldə edir.
Bu halda, tərəflər müsbət təsir bağışlayan ticarət gəlirləri əldə edə bilərlər. Qazonla məşğul olmaq yerinə T.Vuds reklam çarxında çəkilməlidir, evin qarşısındaki çəmənliyin qaydaya salınması üçün isə öz qonşusunun əməyindən istifadə etməlidir. T.Vuds ona 20$ çox və 10000$ aşağı məbləğ verənə qədər bu mübadilədən hər iki tərəf udur.
«Hər bir ağıllı ailə başçısının prinsipi, ona almaqdan baha başqa gələ biləcək bir şeyi müstəqil hazırlamağa çalışmaq deyil. Dərzi özünə ayaqqabı düzəltməyə çalışmır, onları ayaqqabıdüzəldəndən alır. Ayaqqabı düzəldən öz paltarını düzəltməyə çalışmır, bunun üçün dərzidən istifadə edir. Qonşular üzərində bəzi üstünlüyə malik olaraq, onlar hamısı başqalarının muzdlamağa və ya onların məhsulunu, onlara başqa yerdə təklif olunan qiymətdə almaqda maraqlıdır».
Biz A.Smitin 1776-cı ildə yazılmış «Təbiət və xalqların zənginliyinin səbəbləri haqda tədqiqatlar» adlı kitabının bir hissəsindən iqtibas göstərdik. Onun əsəri ticarətin və iqtisadi qarşılıqlı asılılığın tədqiqində dönüş nöqtəsidir. Bir çox iqtisadçılar A.Smiti müasir iqtisadi nəzəriyyənin banisi sayır.
A.Smitin əsəri milyoner David Rikardonu iqtisadiyyatı öyrənməyə həvəsləndirdi. 1817-ci ildə «Iqtisadi siyasətin və vergiqoyulmanın əsasları» kitabında D.RIkardo nisbi üstünlük prinsiplərini inkişaf etdirmişdir. O, azad ticarəti yalnız elmi tədqiqatların yoxlanılması üçün müdafiə etmirdi. D.Rikardo iqtisadi düşüncələrini üzvü olduğu Britaniya parlamentində çıxış edərək söyləmiş buğda idxalının məhdudiyyətinə qarşı çıxmışdır.
Iqtisadçıların siyasət məsələləri haqda fikirlərində fərqli mövqelər olsa da, onlar şübhəsiz, azad ticarəti dəstəkləyirlər. Bundan əlavə, sonuncu iki yüz il ərzində azad ticarətin xeyrinə olan əsas mülahizə dəyişməmişdir. Baxmayaraq ki, A.Smit və D.Rikardodan sonrakı dövr ərzində iqtisadi elm iqtisadçıların nəzəriyyəsini nəzərdən keçirmişdir ki, iqtisadçıların azad ticarətin məhdudlaşmasına dair etirazları hələ də əsasən nisbi üstünlük prinsipinə əsaslanır.
Müxtəlif insanlar ixtisaslaşmadan və bir-biri ilə ticarətdən qarşılıqlı gəlir götürdüyü kimi, mal mübadiləsinin nemətlərindən dünyanın müxtəlif ölkələrinin sakinləri istifadə edirlər. Amerikalıların aldıqları bir çox mallar xaricdə hazırlanmışdır, ABŞ-da istehsal olunmuş məhsullar isə xaricə satılır. Malların və xidmətlərin daxili bazarda satılmaq üçün xaricdən gətirilməsini import(idxal) adlandırırlar. Ölkə ərazisində istehsal olunmuş malların ölkədən xaricə çıxarılmasını eksport(ixrac) adlandırırlar.
Təxmin edək ki, iki ölkə ABŞ və Yaponiya və iki mal qida məhsulları və avtomobillər mövcuddur. Təsəvvür edək ki, hər iki ölkə avtomobilləri eyni dərəcədə yaxşı istehsal edir: amerikalı və yapon fəhləsi ay ərzində 1 avtomobil istehsal edir. Əksinə, kənd təsərrüfatı mallarının becərilməsi üçün yararlı torpaqların ərazisi ABŞ-da daha çox olduğu üçün amerikalı fermer ay ərzində 2 t qida məhsulu istehsal edir, lakin həmin vaxt ərzində yapon fermer 1t qida məhsulu istehsal edir.
Nisbi üstünlük prinsipinə müvafiq olaraq, məhsul onun buraxılmasına daha az alternativ xərcləri olan ölkə tərəfindən istehsal edilməlidir. Avtomobil istehsalının əldən verilmiş imkanlarının xərcləri ABŞ-ın 2 t qida məhsulu və Yaponiyanın yalnız 1t qida məhsulu təşkil etdiyindən, sonuncu avtomobillərin buraxılmasında nisbi üstünlüyə malik olmalıdır. Yaponiya ölkə daxilində istehlak üçün lazım olandan çox avtomobil buraxmalıdır və onların bir hissəsini ABŞ-a ixrac etməlidir. Analoji olaraq, qida məhsullarının tonunun istehsalının alternativ xərclərini Yaponiyanın 1 avtomobili və ABŞ-ın 1/2 avtomobili təşkil edir, sonuncular qida məhsullarının istehsalında nisbi üstünlüyə malikdirlər. Ixtisaslaşmaya və ticarətə görə hər iki ölkə daha çox qida məhsulu və avtomobil əldə edə bilər.
Əlbəttə, millətlər arasında real əlaqələr daha mükəmməldir (fəsil 9), axı hər bir ölkənin vətəndaşlarının maraqları fərqlidir. Beynəlxalq ticarət ölkənin hər bir sakininə sərfəli ola bilməz. Hətta əgər dövlət beynəlxalq ticarətdən qazanırsa da, onlarla və yüzlərlə insanlara o, yalnız bədbəxtlik gətirir: amerikan qida məhsullarının ixracı və avtomobillərin ABŞ-a idxalı fermerlərə və avtomobil sənayesinin işçilərinə müxtəlif təsir göstərir. Lakin siyasətçilər və siyasi icmalçılar tərəfindən söylənilən fikirlərə zidd olaraq, beynəlxalq ticarət heç də hansısa ölkələrin udduğu , hansılarınsa uduzduğu müharibə deyil, bu, ticarətdə iştirak edən ölkələrin hamısına sərfəlidir.
Nisbi üstünlük prinsipinin tədqiqi göstərir ki, ticarət onda iştirak edən hər bir tərəfə gəlir gətirir və həyatın qarışılıqlı asılı iqtisadiyyata da ustünlükləri məhz bundan irəli gəlir. Azad cəmiyyət fərdlərin iqtisadi fəaliyyətini necə uyğunlaşdırır? Malların və xidmətlərin istehsalçılardan istehlakçılara çatmasının təminatı nədir?
Əgər dünyada təkcə iki insan – fermer və ranço sahibi yaşasaydı, cavab aydın olardı: onlar bir-biri arasında olan resursları bölüşdürərək birbaşa ticarət edərdilər. Amma real həyatda milyardlarla insan qarşılıqlı əlaqə qurur. Biz bu problemə sonraki fəsildə baxacağıq, istək və təklif kimi bu bazar qüvvələrinin bölünməsini tədqiq edəcəyik.