2. İstehsal imkanları həddi

2. İstehsal imkanları həddi

Dövriyyə qrafiki axınının əksinə olaraq, əksər iqtisadi modellər riyazi metodlar üzrə qurulur. Biz burada istehsal imkanları həddi adlanan ən sadə modellərdən birinə baxaq və onun bir sıra əsas iqtisadi prinsipləri necə əks etdirdiyini təhlil edək.
Real iqtisadiyyatda hər gün on minlərlə əmtəə və xidmətlərin mey­dana gəlməsinə baxmayaraq, belə şəraitdə avtomobillər və kompüterlərdən ibarət iki əmtəə növünün istehsal edildiyi sadələşmiş iqtisadiyyata nəzər salaq. Avtomobil və kompüter sənayesi iqtisadiyyatın bütün amillərindən istifadə edir.
Istehsal imkanları həddini əks etdirən qrafik firmalar tərəfindən konkret istehsal amillərinin və istehsal texnologiyalarının istifadəsi zamanı istehsal nəticələrinin müxtəlif səviyyələrini nümayiş etdirir (bizim misalda avtomobillər və kompüterlər).

Şəkil 2.2. Istehsal imkanlarının həddi yaradılmalıdır.

Istehsal imkanlarının həddi  iqtisadiyyatda istehsal imkanlarının mümkün olan nisbətini-mövcud halda avtomobil və kompüterlərin müvafiq səviyyəsini göstərir. Iqtisadiyyatın fəaliyyətinin nəticələri əyrinin istənilən nöqtəsində, yaxud da hədlərin daxilində ola bilər. Müəyyən kəmiyyətdə verilmiş resursla istehsal imkanları hədlərindən kənarda hər hansı hərəkət nöqtəsinə nail olmaq iqtisadiy­yatda mümkün deyildir.
Əgər iqtisadiyyatın bütün resursları avtomobil istehsalına yönəl­dil­miş olarsa, biz heç bir kompüter əldə etmədən 1000 avtomobil istehsal edə bilərik. Əgər bütün resurslar kompüterin hazırlanmasına yönəldilmiş olarsa, onda iqtisadiyyat 3000 hesablayıcı maşın ala bilər, avtomobili isə o, xa­ricdən almalı olacaqdır. Bu ekstremal vəziyyət  istehsal imkanları həddi qrafikinin iki son nöqtəsində göstərilmişdir. Əgər biz resursları iki istehsal sahəsi arasında bərabər səviyyədə böləriksə, 700 avtomobil və 2000 kompüter əldə etmiş  olarıq (qrafikdə A nöqtəsi). D nöqtəsi bizim malik olduğumuz məhdud resur­slar şəraitində istehsalına heç zaman nail ola bilməyəcəyimiz istehsal həcmini göstərir. Başqa sözlə, iqtisadi fəaliyyətin nəticələri istehsal imkanlarının həddində, yaxud əyrinin daxilində ola bilər. Lakin ondan kənarda ola bilməz.
Əgər əlverişli olan məhdud resurslardan istifadə olunmaqla mak­simum mümkün nəticə əldə edilirsə, hesab edirik ki, iqtisadiyyat səmərəli işləmişdir. Istehsal imkanları həddindəki nöqtə buraxılışın səmərəli sə­viy­yə­sini əks etdirir. Əgər əmtəə istehsalının həcmi A nöqtəsinə uyğun gəlirsə, onda iqtisadiyyatın bir əmtəənin istehsalını artırmaq üçün digərini azal­t­maqdan başqa imkanı yoxdur. b nöqtəsi iqtisadiyyatın səmərəsiz fəa­liyyətinə uyğun gəlir və bu za­man yalnız 300 avtomobil və 1000 kompüter istehsal olunur. Bu,  o demək­dir ki, firmanın sərəncamında olan resusrların verdiyi imkanlardan xeyli az əmtəə istehsal olunmuş və ola bilsin ki, bu hal işsizliyin həddən artıq yüksək olması ilə əlaqədardır. Əgər səmərəsiz fəaliyyətin səbəbləri aradan qaldırılarsa, avtomobil istehsalı 700-ə, kompüter istehsalı isə 2000-ə qədər yüksələrsə, iqtisadiyyat b nöq­tə­sin­dən A nöqtəsinə keçə bilər.
Iqtisad elminin on prinsipindən birində deyilir ki, insan seçir. Istehsal imkanlarının həddi cəmiyyətin rastlaşdığı seçimi göstərir. Əgər biz, imkan­larımız həddində istehsalın səmərəli səviyyəsinə çatmışıqsa, bir əmtəənin isteh­salının artırılmasının yeganə üsulu digərinin azaldılması hesabına ola bilər. Cəmiyyət bəzi istehsal amillərinin avtomobil sənayesindən kompüter sahəsinə yenidən bölgüsünü apararkən, 100 avtomobil itirib əvəzində əlavə 200 kompü­ter əldə edir iqtisadiyyat A nöqtəsindən S nöqtəsinə hərəkət edir. Başqa sözlə, iqtisadiyyat A nöqtəsində olarkən 200 kompüterin alternativ istehsal xərcləri 100 avtomobil təşkil edir.
Fikir verin ki, istehsal imkanlarının hədd əyrisi (qr.2.2.) kənara əyilmiş­dir. Onun forması göstərir ki, avtomobilin alternativ istehsal xərc­ləri hər bir əmtəə­nin buraxılma kəmiyyətindən asılıdır. Iqtisadiyyat avto­mobil istehsalı üçün resursların daha çox hissəsini istifadə edirsə, istehsal imkan­larının həddi daha gərgin keçir. Əgər, hətta avtomobil kompüter istehsalı sexlərində ciddi disk (dairə istehsal), meqabayt (yüksək səviyyəni göstərir) və monitor mütəxəs­sisləri tərəfindən yığılırsa belə, istehsal edilən avtomobilin hər vahidi­nin azalması o deməkdir ki, iqti­sa­diyyat əhəmiyyətli dərəcədə çox kompü­ter əldə etmiş olur. Və əksinə, iqtisadiyyat resursların daha çox hissəsini kompüterlərin istehsalına istifadə edirsə, istehsal imkanları həddi kifayət qədər maili olur. Bu halda, resurslar daha çox kompüter istehsalı üçün əlverişli olur və həmin sahədə qalır, onda hər bir «doğulmamış» avtomobil kompüterlərin çox da əhəmiyyətli olmayan səviyyədə artırılmasına səbəb olur.
Istehsal imkanları həddi əyrisi müəyyən müddətdə müxtəlif əmtəə­lərin istehsal həcminin qarşılıqlı asılılığını əks etdirir. Məsələn, əgər tətbiq olunan qabaqcıl texnika həftə ərzində fəhlələrin istehsal etdikləri kompüterlərin kəmiy­yətini artırmağa imkan verirsə, iqtisadiyyat daha çox təşkilati texnika əldə edər və eyni zamanda avtomobil istehsalının həcmi də­yiş­məmiş qalar. Nəticədə, istehsal imkanları həddi sağdan yuxarı, kə­nara (qrafik 2.3.) dəyişmiş olar. Nəticə etibarilə istehsalın iqtisadi artımı A nöqtəsindən E nöqtəsinə dəyişər, cəmiyyət isə çox avtomobil və kompüter əldə edər.
Istehsal imkanları həddinin təhlili mürəkkəb iqtisadi reallıq xatirinə onun fundamental prinsiplərinin sadələşdirilməsini nəzərdə tutur. Biz ondan istifadə etdik ki, bir sıra anlayışları əyani şəkildə göstərək. Bu haqda səmərəlilik, seçim, alternativ xərclər və iqtisadi artım adlanan 1-ci fəsildə qısa olaraq danışılmışdır. Iqtisad elmini öyrənərkən biz onların müxtəlif təzahür formaları ilə tez-tez rastlaşmalı olacağıq. Istehsal imkanlarının həddi onların üzərində düşünməyin sadə üsullarını nəzərdə tutur.


Həmçinin bax: Dövriyyə axını modeli

Top