Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və işsizlik arasında seçim etməlidir
Əgər inflyasiyanın səbəbi bu qədər aşkardırsa, onda nə üçün o,cəmiyyət və siyasətçilər üçün «baş ağrısına» çevrilir? Bunun səbəblərindən biri ondan ibarətdir ki, çox vaxt inflyasiyanın azaldılması işsizliyin müvəqqəti artmasının səbəbi kimi nəzərdən keçirilir. Inflyasiya və işsizlik arasındakı asılılığı bu qarşılıqlı əlaqəni kəşf edən iqtisadçının şərəfinə adlandırılan Fillips əyrisi təsvir edir.
Bu günlər Fillips əyrisinin düzgünlüyünə şübhə ilə yanaşılır, lakin iqtisadçıların əksəriyyəti qısamüddətli perspektivdə inflyasiya və işsizlik arasındakı asılılıq barədə müddəa ilə razılaşırlar. Başqa sözlə, 1-2 illik dövr ərzində dövlətin iqtisadi siyasəti inflyasiyanın və işsizliyin səviyyələrinin dəyişməsində tam əks meyllər üzə çıxara bilər. Adətən, siyasət bu problemlə əvvəlcədən inflyasiya və işsizlik yüksək (1980-cı illərin əvvəllərində olduğu kimi), yaxud aşağı (1990-cı illərin sonunda olduğu kimi), ya da hər hansı digər göstəricilərə malik olduğundan asılı olmayaraq qarşılaşır.
Belə qısamüddətli asılılığın səbəbi nədən ibarətdir? Adətən, onun meydana çıxmasını qiymətlərin bəzi əmtəələrə və xarici təsirlərə asta reaksiyası ilə izah edirlər. Misal üçün fərz edək ki, hökumət iqtisadiyyatda pulların miqdarını azaldır. Uzunmüddətli perspektivdə belə siyasətin yeganə nəticəsi qiymətlərin səviyyəsinin ümumi enməsidir. Lakin konkret əmtəələrin qiymətlərinin tədavüldə olan pulların miqdarının azalmasına reaksiyasının sürətini əvvəlcədən bilmək çətin ki, mümkün olsun. Bütün kompaniyaların məhsullara qiymətləri azaltmasına, bütün həmkarlar ittifaqlarının əmək haqlarının azaldılması ilə razılaşmasına və bütün restoranların yeni menyular çap etdirməsinə bir neçə il tələb olunur. Buna görə də belə deyirlər ki, qısamüddətli dövrdə qiymətlər qeyri-elastikdir.
Bu hal hökumətin siyasətinin müxtəlif qısamüddətli və uzunmüddətli effektlərinə səbəb olur. Dövlət iqtisadiyyatda pulların miqdarını azaltdıqda əhalinin əmtəə və xidmətləri əldə etməsinə yönəldilmiş xərclər də azalır. Satışların aşağı həcmləri işçilərin işdən azad edilməsi zəruriyyətini yaradır. Beləliklə, pulların miqdarının azaldılması müvəqqəti olaraq qiymətlərin yeni şəraitə tam uyğunlaşmasına qədər işsizliyin artmasına gətirib çıxarır.
Lakin müvəqqəti artım nə deməkdir? Işsizlik bir neçə il müddətində arta bilər. Beləliklə, Fillips əyrisinin təhlili iqtisadiyyatın inkişafının başa düşülməsi üçün həlledici əhəmiyyətə malikdir. Siyasətçilər dövlət xərclərinin həcmini, vergi dərəcələrini və tədavüldə olan pulların miqdarını dəyişdirməklə, qısamüddətli perspektivdə inflyasiya və işsizliyin səviyyəsinə təsir etmək imkanını əldə edirlər. Iqtisadiyyatın tənzimlənməsinin həyata keçirilməsi üçün pul və maliyyə-büdcə siyasətinin bu alətlərinin müstəsna əhəmiyyətə malik olması səbəbindən onların istifadəsi əvvəllər olduğu kimi, indi də ictimaiyyətdə arasıkəsilməyən mübahisələr yaradır.
Nəticə
Siz ekonomiksin predmeti haqda təsəvvür əldə etdiniz. Sonrakı fəsillərdə insanların qarşılıqlı əlaqəsi, bazarlar və bütövlükdə iqtisadiyyatla bağlı çoxlu spesifik məsələləri nəzərdən keçirəcəyik. Bütün bunları aydınlaşdırmaq üçün sizin tərəfinizdən müəyyən cəhdlər tələb olunur. Bu fəsildə nəzərdən keçirdiyimiz Iqtisadi nəzəriyyənin 10 prinsipinə daim qayıdacağıq. Yadda saxlayın ki, istənilən ən mürəkkəb iqtisadi analiz məhz onlara əsaslanır.
PRINCIPLE #10: SOCIETY FACES A SHORT-RUN TRADEOFF BETWEEN INFLATION AND UNEMPLOYMENT
Phillips curve a curve that shows the short-run tradeoff between inflation and unemployment