
Yazda hər bir insan qış ərzində yığdığı kilolardan tez bir zamanda azad olmaq istəyir. Buna pəhrizdə müəyyən dəyişikliklər etməklə, fiziki hərəkətliliyini artırmaqla nail olmaq mümkündür. Sizə bu işdə kömək edəcək 5 içkinin reseptini təqdim edirik. Bütün bu içkilər metabolik prosesləri sürətləndirərək arıqlamağa yardım edir. 
1. Məşhur Sassi suyu
2 l təmiz suya nazik doğranmış 1 ədəd qabıqlı limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır. Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün istifadə olunur. Kurs 1-2 həftə davam edir. 
 
2. Zəncəfilli çay 
3-4 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, üzərinə 1 stəkan qaynar su tökülür, 30 dəqiqə dəmlənilir. Sonra süzülür və ilıq halda içilir. İçkiyə bir az bal əlavə edə bilərsiniz. 
3. Yaşıl çay 
Gün ərzində 3-4 fincan içmək olar. 
4. Darçınlı qatıq
1 stəkan təzə qatığa 1/3 çay qaşığı üyüdülmüş darçın əlavə edin, qarışdırın və gün ərzində 1 dəfə yeməkdən əvvəl için. 
5. Limonlu su 
1 stəkan ilıq suya 1 ç.q. limon şirəsi əlavə olunur, yeməkdən əvvəl içilir.
saglamolun.az