Faydalı ərzaqlar

Faydalı ərzaqlar

Yumurta güc, enerji və protein mənbəyidir
Tədqiqatlar zamanı məlum olub ki, yumurta proteinlə ən zəngin olan qida məhsuludur. Yumurta insan vücudundakı əzələləri möhkəmlədir və enerji ilə təmin edir.

Qurudulmuş meyvə vitamin mənbəyidir
Əncir, qaysı, tut və üzüm kimi qurudulmuş meyvələrdə A vitamini daha çox olur. İnkişaf etməkdə olan uşaq və yeniyetmələrin qurudulmuş meyvələrdən istifadə etmələri məsləhətdir. Bu meyvələr sinir sistemini gücləndirir, zehni inkişafa müsbət təsir göstərir, dəmirlə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır. Meyvələri təmiz və quru şəraitdə qurutduqda tərkibindəki su 80-90 faizdən 10 faizə düşür. Bu sırada vitamin və minerallar çoxalır.

Çox ət yeyənlərə tövsiyə
Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu yüksək olanlar, həmçinin, ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər. Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.

Çiyələk
Əsəb gərginliyinin qarşısını alır, sakitləşdirici təsiri var, siqaretin zərərli təsirini azaldır. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.

Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur, qan təmizləyici xüsusiyyəti ilə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.

Banan
Ürəyə və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır. Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Bundan başqa böyrəkdəki iltihablanmanın qarşısını alır.

Hər birimiz bədənimizdə yaranan ağrıları aradan qaldırmaq üçün birbaşa müxtəlif dərmanlardan, ağrıkəsiçi vasitələrdən istifadə edirik.Lakin səhhətdə yaranan ağrıları, problemləri tərəvəzlər, meyvələr, çərəzlərlə də müalicə etmək mümkündür. Bədən ağrıları, müəyyən xəstəliklər və insan səhhətində yaranan problemlər üçün bir neçə tərəvəz və çərəzin faydaları ilə bağlı internet saytlarından götürülən materialları təqdim edirik.

meyvələr uzun ömrün mənbəyidir

Yemiş:
Bədənə rütubət verir. Sidikqovucu və tərqovucudur. Yeni ana olmuş xanımlar yemiş yeməklə süd artımına nail ola bilərlər. Böyrəklərdə daş yaranmasının qarşısını alır. Lakin ac qarnına yemiş yemək də məsləhət görülmür. Xörəkdən sonra yemiş yemək həzmə ziyandır. Onu təpitmə halında bədəndə olan şişin üzərinə qoyduqda həmin yeri sakitləşdirir. Yemiş qabığının təpitməsi burun sulanmasına qarşı faydalıdır. Qurudulmuş qabığından 2 xörək qaşığı yemək böyrək daşına qarşı təsirlidir.

Yemiş tumu:
Bir çox dərdə dərmandır. Adıçəkilən tərəvəzin tumu bədənə istilik və rütubət verib, mədəni yumşaldır. Qaraciyərin dərmanıdır. Sidikqovucu təsiri var. Sinə ağrıları, qızdırma, öskürək müşahidə olunan zaman yemiş tumu yemək məsləhətdir.

Qarpız:
Bədənə soyuqluq və rütubət verir. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsər. Qarpız eyni zamanda həzmə yaxşı kömək edir. O, qanı durulaşdırır.

Qarpız tumu:
Böyrək daşını salır. Qarpız qabığının şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır.

Xiyar:
Bədəni su ilə təmin edir. Qan təzyiqini azaldır və susuzluğu aradan qaldırır. Xiyarın da sadaladığımız tərəvəzlər kimi sidikqovucu təsiri var. O, böyrək daşının yaranmasının qarşısını alır. Mixəyi xiyar suyunda bir gün saxlayıb, ikinci gün onu çıxarıb, bal şərbəti ilə içmək lazımdır. Bu prosedur bir müddət davam etməlidir. Qarışıq üz dərisini təravətləndirib, cavanlaşdıracaq. Xiyar eləcə də baş ağrısı və ürək döyüntüsünü aradan qaldırır. Xiyarı döyüb, təpitmə halında dəri üzərinə qoymaqla qaşıntını aradan qaldırıb, dərini yumşalmaq mümkündür.

Xiyar tumu:
Qaraciyər şişi və sinə ağrısı hallarına çox xeyirlidir.

Balqabaq:
Yumşaldıcı xassəyə malikdir. Sidikqovucu və tərqovucudur. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi - beyin fəaliyyətini qüvvətləndirir.

Balqabaq tumu:
Yuxusuzluq hallarında yaxşı təsirə malikdir.

Qoz:
Bağırsaqları yumşaldır. 2 ovuc qozu 10 ovuc əncir və qatıqla qarışdırıb yemək orqanizmi təmizləyir. Köhnəlmiş qozu bədənin gərilmiş əzələ yerinə sürtmək həmin yeri müalicə edir. Qoz ilə saça maska tük tökülməsinin qarşısını alır. Yaşıl yetişməmiş qozun suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb qarqara etmək ağızdakı yaraları, damaq və diş qanamasını müalicə edir. Təzə qoz yarpağını alına sürtmək baş ağrısı kəsir. Qoz ağacının şirəsini çeynəmək diş ağrısına xeyirlidir. Qoz yağını isidib içmək bud ağrılarını sakitləşdirir. Qoz yağı həmdə əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır.

Badam:
Sinəyə xeyirlidir. İnsanı kökəldir və beyin üçün faydalıdır. Bağırsaq yarası, mədə pozğunluğu və təngnəfəsliyi müalicə edir. Yetişməmiş badam diş kökünü möhkəmləndirir. Badam yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı və quru öskürək üçün xeyirlidir. Badam yağı ilə onurğa sütununu yağlamaq qocalıqda tez əyilmənin qarşısını alır. Acı badam isə ağciyərə xeyirlidir. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər.

Hazırladı: Kimyə Rüstəmova Mənbə: Lent.az

UPD. Ömrü üzadan faydalı ərzaqlar

ABŞ və Avropa İttifaqı universitetlərindən olan alimlər müştərək tədqiqatlar nəticəsində orqanizmin cavanlaşmasına və ömrün uzanmasına səbəb olan qidaların siyahısını dərc etmişlər. Siyahı insan orqanizmi toxumalarının bioloji qocalma mexanizmi ilə bağlı son illərdə edilmiş kəşflər əsasında hazırlanmışdır. "Uzunömürlülük menyusu"na daxil edilmiş hər bir qidada mürəkkəb bioloji proseslərə təsir edən müsbət effektli müstəsna dərəcədə fəal maddələr vardır.
Siyahıya güclü antioksidantlar - tünd şokolad, çayqəhvə daxil edilmişdir. Onların hamısı zədələnmiş toxumaları bərpa etmək imkanına malik olan və ömrü uzadan polifenollarla zəngindir. Siyahıya həmçinin alma, qara qarağat, qaragilə, brokkoli, şirin gilas, pomidor, nar, portağal, şaftalı, gavalı, moruq, qırmızı üzüm, qırmızı soğan, ispanaq, çiyələk və çörək daxil edilmişdir. Mütəxəssislər bildirirlər ki, əgər digər növ ərzaqlar- ət, balıq, süd, taxıl bitkiləri orqanizmə lazımi kalori, piy və minerallar verirsə, tərəvəz və ilk növbədə, meyvələr toxumaların ömrünü uzadan və mühafizə edən biokimyəvi maddələr verir.

Top