İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. "Daily Telegraph" qəzeti yazır ki,Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır.Yediklərini özü əkib becərir,odun sobası yandırır,elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.Cib telefonu yalnız gələn zənglər üçün açıqdır,bir də Günəş enerjisi ilə işləyən noutbuku var.Mark Boyl 6ildir ki,vegeteriandır. O,deyir ki,günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən,ətraf mühitin belə çirklənməsindən,müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:"Onda bütün bunların kökündə pulun dayandığı qənaətinə gəldim.Elə həmin andan puldan əl çəkmək qərarını verdim".
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır.Pulla aldığı hər şeyin siyahısını tutur.Bunların yerinə nədən istifadə edəcəyini düşünür.Axtarır və tapır.Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir.İPod kimi şeyləri yadından çıxarıb,onun yerinə quş səslərini dinləyir.
Amma razılaşaq ki,indiki zəmanədə pulsuz dolanmaq hər adamın işi deyil.
Həmçinin bax:
Pul adamı xoşbəxt edirmi?