Kakao-Theobroma Cacao

Kakao-Theobroma Cacao

Kakao sterkuliya (Sterculiaceae) fəsiləsindəndir.O,kakao ağacının toxumlarından alınır.Bu ağac dünya ticarətində "şokolad" ağacı da adlanır.
Kakao  meyvələri tam yetişəndə yığılır,ağac çənlərə doldurulur,35-50 dərəcə temperaturda qıcqırdılıb (fermentasiya prossesinə) daxil edilir.Nəticədə toxumlarda xoş ətirli iy yaranır və onlar qonur bənövşəyi rəngə çevrilir.Qıcqırma prosesi qurtardıqdan sonra toxumları xüsusi quruducularda qurudub dəmir qablara yerləşdirərək satışa yollanır.


Kakao ağacının əsas vətəni Cənubi Amerikadır.O çox qiymətli olduğu üçün Qərbi Afrikada,eləcə də Mərkəzi Amerika da qədimdən becərilir.
Kakao ağacının ancaq toxumlarından istifadə olunur.Toxumların tərkibində 45-55% əla keyfiyyətli piyli yağ,1-2% teobramin alkaloidi,0-3%-ə qədər kofein vardır.Bunlardan başqa tərkibində çoxlu zülal,şəkər və aşı maddələri olur.



Kakao toxumları ən çox yeyinti sənayesində istifadə olunur.Təbabətdə isə toxumlarından "kakao yağı","dərman şamı","dərman kürəciyi","teobramin salisilat" və ya "diuretin" kimi vacib dərman preparatları hazırlanır.

Kakao toxumlarından hazırlanan dərman şamlarından babasil xəstəliyinin müalicəsində istifadə olunur.Diuretindən isə böyrək xəstəliklərinin müalicəsində iltihabı aradan qaldıran və sidikqovucu təsirə malik dərman kimi geniş işlədilir.




Top