6.2.2. Kanada bankı

6.2.2. Kanada bankı

Ölkənin mərkəzi bankı – Kanada bankı səhmdar müəssisə kimi 1934-cü ildə təsis edilmişdir. Onun səhm­lərinin sahib­ləri kommersiya bankları, onların qulluqçuları və xaricilər ola bilməzdi. Kanada Bankı 1935-ci ildə martın 11-də fəaliyyət göstərməyə başladı. Mərkəzi bank 1938-ci ildə şəx­si sahibkarların səhmlərinin hökumət tərəfindən alınması yolu ilə milliləşdirilmişdir. Kanada Bankı öz fəaliyyətinə görə par­lament qarşısında məsuliyyət daşıyır və yerinə yetirilən iş ba­rədə ona vaxtaşırı hesabat verir. Bundan başqa, mərkəzi bank hökumətin maliyyə agenti olur. Maliyyə nazirinin müa­v­ininin daxil olduğu Direktorlar şurasını hökumət təyin edir.
Kanada Bankının fəaliyyət məqsədləri onun nizam­naməsində müəyyənləşdirilmişdir:

  • dövlətin iqtisadi maraqları çərçivəsində pul dövriy­yəsinin və kreditin tənzimlənməsi;
  • milli pul vahidi kursunun stabilliyi, həmçinin onun təsiri vasitəsilə istehsalatın, ticarətin, qiymətlərin və məş­ğulluğun ümumi səviyyəsinin dövri dəyişmələrinin aşağı düşməsi (pulların təsir çərçiəvəsində mümkün olan qədər);
  • ümumilikdə, dövlətin iqtisadi və maliyyə vəziy­yətinin yaxşılaşmasına kömək etmək.

Kanada bankı banklar bankıdır, çünki o, klirinq sis­teminə nəzarət edir. Lisenziyalı kommersiya bankları və digər maliyyə institutları bu sistem vasitəsilə qarşılıqlı hesab­laşmaları həyata keçirirlər.
Kanada bankı, Bank of Canada, Kanada iqtisadiyyatı

Hər bir kommersiya bankı Kanada bankında nağd ehtiyatların müəyyən orta məbləğini saxlamalıdır. Bu məbləğ Kanada Bankının banknotları ilə, depozitlər və avuarlar şəklində olmalıdır. Xəbərdarlıqla götürülən əma­nətlər üzrə 4%-lik ehtiyat tələbi əvəzinə və tələbli depo­zitlər üzrə 12%-lik ehtiyat tələbi əvəzinə 1980-ci ilin bank­lar haqqında qanunu ilə yeni dərəcələr - uyğun olaraq 3% və 10% müəyyənləş­dirilmiş­dir. Həm də ilk 500 milyon dollar üçün xəbərdarlıqlı əmanətlər üzrə ehtiyat tələbi yalnız 2% təşkil edir. Məcburi ehtiyat dərəcələrinin azal­dılması mərhələlərlə 3,5 il ərzində həyata keçirdi. Kas­sada olan nağd pul ehtiyat tələblər məbləğindən   çıxılırdı. Ilkin qiymətləndirməyə əsasən, gös­tə­ri­lən dəyişik­liklər bankların rezerv ayırmalarını təqribən əllidə biri qədər aşağı salmalı idi. Bir ildən artıq müddət üçün qeyri nağd depozitlər (non –encashable deposits) üzrə, həm­çinin bəzi digər depozitlər üzrə ehtiyat tələbləri, qeyri bank təşkilatlarının –CBA (Kanada bank müdirlərinin assosia­siyası) üzvlərinin əmanətləri, o cümlədən qeyri rezident­lərin Kanada valyuta­sında olan əmanətləri ləğv olun­muşdur. Ehtiyat tələbləri tam mülkiy­yətdə yerləşən xarici filiallara, həmçinin bütöv və ya qismən mülkiyyətdə olan faktorinq və lizinq şirkətlərinin depozitlərinə tətbiq edil­mişdir.
Kanada Bankı kommersiya banklarına qiymətli ka­ğız­ların bəzi növlərinin girovu ilə altı aydan çox olmayan müddətə kreditlər verə bilir. Kreditlər konkret şərtlərlə və məhdud müddət üçün hökumətə və ya əyalətlərə təqdim oluna bilər. Bankın uçot dərəcəsi minimal dərəcədir və Kanada Bankı kreditləri bu dərəcə üzrə təqdim etməyə hazırdır.
Kanada Bankının fəaliyyət istiqamətlərindən biri hökumətin monetar siyasətinin reallaşdırılmasıdır. 1980-cı illər ərzində Kanada monetar siyasətin adıçəkilən for­masını – pul kütləsinin tarqetləşdirilmə formasını əsas tuturdu. Pul kütləsinin targetləşdirmə siyasətinin reallaş­dırıl­masının effek­tiv­liyi bir sıra şərtlərdən asılı idi. Birincisi, pulun targetləş­dirilməsi üçün dəyişən göstərici ilə (inflyasiya və ya nominal gəlir) məqsədli aqreqat arasında güclü və etibarlı əlaqənin olması zəruridir. Asılılığın zəif olduğu halda, məqsədli göstəri­ciyə olan təsir dəyişənin planlaşdırılmış dəyişmələrinə gətirib çıxarmır. Bu növ uyğunsuzluq Kanadada baş vermiş və 1991-ci ildə pul siyasətinin dəyişməsinə gətirib çıxarmışdır. Ikinci şərt Mərkəzi bank tərəfindən pul aqreqatlarının qeyd-şərtsiz nəzarətidir. Bu nəzarət yoxdursa, pul siyasətinin məhz bu formasının həyata keçirilməsini  bildirən dəqiq siqnallar avto­ma­tik şəkildə yox olur. Əgər pul kütləsinin məhdud aqreqat­larını tənzimləmək Kanada hakimiyyəti üçün müm­kün olsa da, daha geniş M2 və M3 pul aqreqatlarına nəzarət etmək kifa­yət qədər müşkül məsələyə çevrildi.
Kanadada targetləşdirmə siyasəti gözlənilən çox müsbət nəticələrə gətirib çıxarmadı, çünki ona olan münasi­bət qeyri ciddi idi və hakimiyyətin uğur qazanmaq şansı yox idi.
1991-ci ilin fevralında Kanada Bankı inflyasiya səviyyəsinin targetləşdirilməsinə keçid barədə elan etdi. Qəra­ra alındı ki, inflyasiyanın məqsədli göstəricisi mərkəzi bankın və hökumətin birgə qərarı ilə təyin ediləcək və müəyyənləş­diriləcək. Göstəricinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edirdi. Istehlak qiymətlərinin indeksi qida məhsullarını, enerjini və dolayı vergiləri nə­zər­də tutmurdu. Məqsədli parametrin intervalları aşa­ğıda­kılar idi:

  • 1991-ci il: 3-5%;
  • 1992-ci il: 2-4%;
  • 1994-cü ilin iyunu: 1,5 -3,5%;
  • 1995-2001-ci illər: 1-3%.

Qiymətlərin dəyişmə intervallarına yenidən baxıl­ması yalnız müstəsna hallarda baş verir. Belə müstəsna hallar neft qiymətlərinin kəskin sıçrayışları və təbii fəla­kətlərdir. Yeni siyasətə keçidlə birlikdə 1991-ci ildə Kanada Bankı inflyasiya səviyyəsinin 22 ay müddətinə müəyyən dəhlizdə qeyd olun­ması barədə qərar qəbul etdi. Yaxşı nəticələr əldə edəndən sonra müvəqqəti məhdudiyyəti ləğv etdi.
Inflyasiya səviyyəsinin tarqetləşdirilməsi bir sıra üstün­lük­lərə malikdir. O, valyuta targetləşdirilməsindən fərq­li ola­raq, pul tarqetləşdirilməsi ilə yanaşı diqqətin milli maraq­larda mərkəzləşməsinə imkan verir və xarici təsirlərə meylliliyi azal­dır. Mübadilə kursunun məqsədli gös­təricisinin rejimi kimi, nəzərdən keçirilən siyasət də icti­maiyyət üçün açıqdır, yəni şəffafdır. Inflyasiyanın məq­sədli səviyyəsi pul aqreqatları ilə müqayisədə əhali üçün daha anlaşılandır. Pul aqreqatları isə dəyişən meyarla daha sərt əlaqədə olmalıdır.
Kanada Bankı daima ÜDM ölçülərində dəyiş­mə­lərin azaldılması və məşğulluğun artırılması üzrə tədbirləri həyata keçirir. Ölkə stabil ÜDM siyasətini və inflyasiyanın orta­müd­dətli göstəricilərinin azalmasından uzunmüddətli göstəricilərə tədrici keçid siyasətini yürüdür. Ümumilikdə, inflyasiya səviy­yə­sinin targetləşdirmə siyasəti monetar hakimiyyəti daha uzaq­­görən olmağa və cari vəziyyətdə təmərküzlə birlik­də taktiki yox, strateji məqsədləri real­laşdırmağa vadar etdi.
Həmçinin Kanada iqtisadiyyatı haqqında oxuyun

Top