İlk öncə eyni ayaqqabı uzun bir müddət geyinilməməlidir. Forması deformasiyaya uğramasın deyə geyindiyiniz ayaqqabını hər gün 24 saat istirahətdə saxlayın. Geyinmədiyiniz ayaqqabıları taxta qəliblərlə mühafizə edin. Beləliklə ayaqqabı çox nəm almayacaq və çatlaqların meydana gəlməsinin qarşısı alınacaq. İslanmış ayaqqabıları qızdırıcıların yanında saxlayıb qurutmayın. İstinin təsiri ilə dəriləri çatlayar və quruyar. Keyfiyyətli ayaqqabı boyalarından istifadə edin. Tez-tez ayaqqabılarınızı boyayın və badam yağı ilə cilalayın.
Ayaqqabı qulluğunda etdiyimiz səhvlər !
Ayaqqabınız islandığı zaman qızdırıcı və ya soba kimi qızdırıcıların yanına qəti qoymayın. Bu bir çoxlarımızın etdiyi səhvlərdən ən birincisidir. Qızdırıcıların yanına qurudulmaq üçün qoyulmuş ayaqqabıların dəriləri tezliklə qurumağa və çartamağa başlayar. Bu da nəticədə ayaqqabılarda cırılma hallarının yaranmasına səbəb olur.
Palçıqlı ayaqqabıları silərkən etdiyimiz səhv isə onları sərt şəkildə silməkdir. Ayaqqabının üzərindəki palçıq qatını sildiyimiz zaman bilmədən ayaqqabının üst hissəsindəki qoruyucu qatın aşınmasına səbəb oluruq. Ayaqqabıya zərər vermədən palçığı təmizləmək üçünsə isladılmış parçadan istifadə edərək yumşaq hərəkətlərlə silmək lazımdır.
Həçinin oxu:
— Ayaqqabı alarkən diqqətli olun
— Kişi ayaqqabısı
Tərcümə etdi: Zöhrə Nəsibova