Anevrizma

Anevrizma

Bu xəstəliklə heç bir simptom hiss etmədən, normal həyat tərzi keçirərək illərlə yaşamaq mümkündür. Bu vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Hətta həkim anevrizma diaqnozunu qoyduqdan sonra da xəstə çox vaxt vəziyyətin ciddiliyini tam anlamır.
Anevrizma- arteriya divarlarının (az hallarda venalar) nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır. Nəticədə də "anevrizmatik kisə" yaranır ki, bu da öz növbəsində yaxınlıqda yerləşən toxumaları sıxılmasına gətirib çıxarır. Anevrizma çox vaxt anadangəlmə olur. Bununla belə, yenidoğulmuşda  bu qüsur bilinmir və uşaq normal inkişaf edir.

Bunda başqa, damarların aşağıdakı xəstəlikləri də anevrizmaya gətirib çıxara bilər:
Hipertoniya, Ateroskleroz, Sifilis (gec mərhələlərdə)O cümlədən, bu aldadıcı xəstəliyin risk faktorlarına qan damarlarının zədələnməsi ya yaralanması və infeksiyalaşmış tromblar da aiddir. Çox vaxt anevrizmanı təsadüfən USM ya rentgenoloji müayinə zamanı aşkar edirlər. Xəstəlik aşkar edilən zaman təcili müalicəyə başlamaq lazımdır, belə ki, anevrizmanın partlaması qanaxmaya səbəb olur və nəticədə də çox vaxt ölümlə nəticələnir. Anevrizmanın  partlaması zamanı xəstə ağrı hiss edir və arterial təzyiq sürətlə enməyə başlayır.

Təəssüf ki, xəstəliyin bəlli təhlükəsi bilindiyi halda belə, əksər ölkələrin hökuməti xəstəliyə ciddi yanaşmır və lazımi diqqət ayırmırlar. ABŞ-da hər il bu xəstəlikdən QİÇS xəstəliyindən ölənlərin sayı qədər insan ölür (24000 insan). Bununla belə, bu xəstəliklərlə mübarizəyə 500000 və 1.4 milyard dollar ayrılır. Anevrizmanın partlaması sadə insanlardan başqa,  bəzi görkəmli insanların həyatına da son qoymuşdur: Albert Eynşteyn, Şarl de Qoll, aktyor Andrey Mirinov və s. Belə hesab olunur ki, qazanılma anevrizma 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Cavanlarda isə adətən, avtomobil qəzaları nəticəsində yaranan travma və ektremal idman növləri ilə məşğul olduqda rast gəlinir.

Anevrizmanın müxtəlif növləri  var:
baş beynin anevrizması, aorta anevrizması, periferik damarların anevrizması.
Baş beyin anevrizması: daha təhlükəli və ən çox rast gəlinən forma. Xəstəlik beyin arteriyalarının lokal genişlənməsi ilə xarakterizə olunur. Əksər həkimlərin fikrinə görə, anevrizma partlamasının ağırlaşmaları ilə insultun nəticələri ilə oxşarlıq var. Qanaxma nəticəsində kəskin ağrı olur və insan huşunu itirir. 50% hallarda xəstə ölür, sağ qalanlar isə əlil qalırlar. Bununla belə, bu faciəli ana qədər insanlar miqrenə bənzər baş ağrıları hiss edirlər. Çox vaxt isə bu xəstəliyi baş beyin şişi kimi qiymətləndirirlər.
Aortanın anevrizması: təhlükəliliyinə  görə, beyin anevrizmasından geri qalmır. Anevrizma damarın müxtəlif hissələrində əmələ gələ bilər. Bu zaman aorta divarının ölçüsü normadan iki dəfə çox genişlənir. Bu diaqnoz il ərzində 50000 insana qoyulur, nəticələrə görə isə başqa səbəblərdən ölən insanların 7%-də  də anevrizma aşkarlanır.

Xəstəliyin son mərhələlərində pasientlər  bədənin bu və ya digər nahiyələrində  ağrıdan şikayət edirlər. Aortanın anevrizmasının da yerləşməsinə görə növləri var: döş hissənin, aorta qövsünün, qarın hissəsinin. Aorta qövsünün anevrizmasının xüsusiyyətlərindən biri onun travmadan 20 il sonra inkişaf edə bilməsidir. Qarın hissəsinin anevrizması simptomsuzluğu ilə xarakterizə olunur. Lakin çox arıq pasientlər əllərinə qarınlarına qoyaraq, pulsasiya və ağrını hiss edirlər. Əgər anevrizma onurğa beynini sıxırsa, ağrı dözülməz olur.

Periferik damarların anevrizması (ətraf damarlarının): bu zaman pasientlər əllərdə və ayaqlarda olan güclü ağrılardan şikayət edirlər.
Ürək anevrizması: ürək divarının torba şəklində qabarması ilə xarakterizə olunur. Qazanılma ürək anevrizması  infarkt keçirmiş xəstələrin 5-20 %-də aşkar olunur. Müəyyən vaxtdan sonra zədələnən nahiyədə çapıq toxuma yaranır ki, bu da sonradan qabarıqlıq əmələ gətirir. Anevrizma infarktdan həmən ya bir neçə ay sonra əmələ gələ bilər.

Top