Ürək problemləri

Ürək problemləri

ÜRƏKGETMƏ - beynin, adətən, qısa müddət huşu itirmə ilə müşayiət olunan qəfləti anemiyası. Bu hal ürək-damar sisteminin müxtəlif xəstəlikləri, müxtəlif xarici təsirlər, məsələn, iti ağrılar olduqda və ya ağrı törədici proseduralar keçirildikdə, qan gördükdə, bərk həyəcanlanma zamanı və otaqda boğanaqlıq olduqda əmələ gələn qorxu nəticəsində baş verə bilər. Çox vaxt yorğun, ac və yoluxucu xəstəlik keçirmiş şəxslərdə baş verir. Özündəngetmə zamanı huşun itirilməsindən qabaq birdən-birə zəiflik, vəziyyətin pisləşməsi, baş gicəllənmə, gözə qaranlıq çökməsi və ya gözün qabağında bəlirmə, əl-ayağın keyləşməsi hiss olunur. Çox vaxt xəstəlik tutması bu hisslərlə məhdudlaşır və tam özündəngetmə baş vermir. Özündəngetmə xəstəliyinin simptomları bənizin avazıması, seyrək və səthi tənəffüs, zəif nəbz vurması, alçaq arterial təzyiq, periferik venaların batıqlığı, əzələlərin zəifləməsidir. Bəzən xəstənin gözləri axır, göz bəbəkləri daralır, işığı reaksiyası artır. Bir neçə dəqiqədən sonra xəstə özünə gəlir, gözlərini açır, mühitə reaksiya etməyə, sual verməyə başlayır, bənizin normal rəngi tədricən bərpa olunur. Lakin zəiflik və başağrısı bir neçə saat davam edə bilər.
Xəstənin ürəkgetmə vəziyyətindən mümkün olduqca tez çıxarmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq (belədə beyinə qan axıb gəlməsi asanlaşdırılır), onu sıxan paltardan azad etmək, yaxalığını açmaq, toqqasını boşaltmaq və ona təmiz hava gəlməsini təmin etmək lazımdır. Bundan sonra xəstənin üzünə və döşünə soyuq su çiləmək, ona naşatır spirtində isladılmış pambığı iylətdirmək, ayaqlarına isitqac qoymaq və ya sərt bir şeylə ovxalayaraq qızdırmaq lazımdır. Bu kömək etmədikdə dərialtına kordiamin, kofein və ya kamfora yeridilir. Ürəkgetmə kəskin qan itirmə nəticəsində məsələn xoradan qanaxma və ya uşaqlıqdan kənar hamiləliyin pozulması üzündən qanaxma nəticəsində baş verə bilər. Buna görə də xəstə, həkim tərəfindən müayinə edilməlidir.
ÜRƏK DÖYÜNMƏSİ - ürək xəstəliklərinin, nevrozların və başqa xəstəliklərin simptomudur. Ürək döyünməsi birdən-birə baş verdiyi və xəstəyə əziyyətverici xassəli tutma (paroksizmal taxikardiya və ya qulaqcıqların paroksizmal titrəyişli tutması) şəklində olduğu hallarda xəstəyə təxirəsalınmaz yardım göstərilməsi tələb edilir.
Xəstələr tez-tez güclü ürək təkanları və qorxu hiss edirlər, onların sifəti ağarır, nəbzi dəqiqədə 150 dəfədən artıq vurur. Tutma bir neçə saat, hətta bir neçə sutka davam edə bilər. Belə hallarda ürək döyünməsi xəstənin həyatı üçün təhlükə törədir.
Tutmanın aradan qaldırılması üçün azan siniri qıcıqlandırıcı tədbirlər - göz almalarına, yuxu arteriyası nahiyəsinə, qarın aortasına təzyiqetmə, süni qusdurma tətbiq edilir. Həkimin təyin etməsi üzrə venaya novokainamid, inderal və ya başqa antiaritmik dərmanlar yeridirlər.
HİPERTONİYA KRİZİ - başağrısının şiddətlənməsi, başgicəllənməsi, ürək bulanması, qusma ilə birlikdə arterial təzyiqin kəskin artması, hipertonik kriz hipertoniya xəstəliyinin və başqa arterial hipertoniyaların cərəyanını mürəkkəbləşdirir və beyin qan dövranının pozğunluqları, görmə qabiliyyətinin pisləşməsi, qısamüddətli parezlər, nitq pozğunluğu ilə müşayiət oluna bilər. Ağır hallarda hipertonik kriz insult (iflic) ilə nəticələnir və ya kəskin ürək çatışmazlığına (ürək astmasına), stenokardiyaya, miokard infarktına səbəb olur. Hipertonik kriz olduqda tibb bacısı xəstənin ənsəsinə xardal yaxması qoya bilər, xəstənin ayaqlarını isti vannada saxlaya bilər, ürək ağrısı baş verdikdə isə ona validol və ya nitroqliserin verə bilər: həkimin təyin etməsinə görə xəstənin venasına 4 - 6 ml 0,5%-li dibazol məhlulu, 10 ml 25%-li maqnezium-sulfat məhlulu,10 ml 24%-li eufillin məhlulu və başqa hipotenziv dərmanlar yeridilir. Birdən-birə inkişaf edən başgicəllənməsi beyin qan dövranının kəskin pozulması və ya vestibülyar aparatın (dəhliz aparatının) zədələnməsi əlaməti ola bilər. Cisimlərin müəyyən istiqamətə doğru, eşitmə pozğunluğu iləuyğunlaşmış hərlənməsi vestibülyar (müntəzəm) başgicəllənmə üçün səciyyəvidir. Arterial təzyiqin kəskin surətdə yüksəlməsi ilə uyğunlaşmış qeyri-müntəzəm başgicəllənmə isə hipertonik kriz simptomudur.
Başgicəllənməsi kəskin inkişaf etmiş xəstəni başı qaldırılmış vəziyyətdə uzandırmaq lazımdır. Onun ayaqları altına isə isitqac qoymaq olar. Baş gicəllənməsi və ürəkbulanmasını azaltmaq üçün xəstəyə tərkibində atropin olan dərmanlar (belladonna, belloid, belaspon) verilir.

Müəllif tibb elmləri namizədi B.L. Borodulin

Ürək ağrıları

İnsanın döş qəfəsinin solunda, ürəyin yerləşdiyi yerdə ağrı əmələ gəlirsə, bu nə deməkdir?
1.Fiziki gərginlikdən sonra olan ağrı.
Stenokardiya zamanı təxirəsalınimaz yardım;
a) insanı uzandırmalı, onu təmiz hava axını ilə təmin etməli
b) dilinin altına nitroqliserin qoymalı
c) bunun effekti olmadıqda hər 3-5 dəqəqiqədən bir həb verməli
d) əgər nitroqliserin həbindən sonra ağrı keçməzsə, dərhal istənilən ağrıkəsici dərman verilməli və təcili yardım çağrılmalıdır, bu miokard infarktının başlanğıcı ola bilər.
Əgər o, ağrı əmələ gətirirsə və fiziki gərginliklə bağlıdırsa, döş qəfəsinin arxasında (ağrı sol ələ, boyuna, aşağı çənəyə, kürək altına verə bilər) cəmləşmiş və gizilti, təzyiq, sıxılma hiss edilirsə, kardioloqa müraciət etməyi təxirə salmaq olmaz.
Demək, biz stenokardiya - işemik ürək xəstəliyinin formalarından biri ilə üz-üzəyik.
Bunu necə yoxlamalı? Elektrokardioqram (EKQ, stress - EKQ gərginlik zamanı kardioqamın yazılışı) və Holter üzrə güngəlik EKQ-nin monitorlaşdırılması.
2. Soyuqdəymə zamanı ağrı
Bu cür ağrını da diqqətsiz qoymaq olmaz. O da revmatizm və ya miokarditdən (ürək əzələlərinin iltihabı) xəbər verən mikrotoksinlərinə reaksiya ola bilər.
Bunu necə yoxlamalı? Ağrının səbəbini kardioloq və ya ürək nəbzlərini diqqətlə izləyən revmatoloq dəqiqləşdirməkdə kömək edə və qanın ümumi və biokimyəvi analizini, ürəyin EKQ-sini və USM və digər lazımi müayinələri təyin edə bilər.
3. Sakitlik zamanı ağrı
Sakitlikdə döş qəfəsinin sol tərəfində baş verən uzun sürən iniltili, deşici ağrı narahatçılıqla bağlıdır. Bu, əsəbdən irəli gəlir. Çox ehtimal olunan səbəblər vegetativ disfunksiya və depressiyadır.
Bunu necə yoxlamalı? Psixolonevroloqla məsləhətləşmək lazımdır. Bu ağrı müalicə olunmadan, ciddi fəsadlara və pis əhval-ruhiyyəyə səbəb ola bilər.
4. Hərəkət zamanı olan ağrı
Döş qəfəsinin sol tərəfindəki ağrı heç də, xüsusilə cavan adamlarda həmişə ürəklə bağlı olmur. Əgər dərindən nəfəs alan, bədəni döndərən, əlləri yelləyən vaxt ürək nahiyyəsində ağrı baş verirsə, özünüzü ürək xəstəsi kimi qələmə verməyə tələsməyin. Bu xoşagəlməz hisslərin səbəbini dayaq-hərəkət aparatı arasında axtarmaq lazımdır. İlk növbədə, onurğanın döş qəfəsindəki osteoxondrozu, skoliozu, qabırğaarası əsəb və əzələlərin iltihabını aradan qaldırmaq lazımdır.
Bunu necə yoxlamalı? Nevroloqa və ya ortopedə müraciət etmək lazımdır, ağrıya qarşı isə iltihab əleyhinə preparatlar, manual terapiya və müalicə gimnastikası kömək edir.
5. Qida qəbulu ilə bağlı ağrı
Bəzən elə olur ki, qida qəbul edən vaxt həddən çox yağlı və ya acı yeməklər yedikdən sonra və ya əksinə, ac qalan zaman ürək ağrımağa başlayır. Bu cür ağrı ürəyin və qarın boşluğunun ümumi əsəbindən əmələ gəlir və qastrit, mədə xorası xəstəliyi, pankreatit, xolesistit və ya bağırsaq köpünün əmələ gəlməsinə səbəb olur.
Bunu necə yoxlamalı? Ağrının mənbəyini müəyyən etməkdə terapevt və ya ola bilsin ki, qastroentroloqun məsləhəti kömək edə bilər.
6. Səpgili ağrı
Döş qəfəsindəki kəskin ağrı, xüsusilə qabırğaarası hissələr üzrə dəridə səpgilərlə təmasda baş verən ağrılar qerpes zamanı əmələ gəlir. Bu cür ağrılar bir qayda olaraq yaşlı adamlarda olur, çünki uşaqlarda bu virus suçiçəyinə səbəb olur.
Bunu necə yoxlamalı? Dermatoloqa və ya infeksionistə müraciət etmək lazımdır.

Top