Qızıl Ordu dövləti

Qızıl Ordu dövləti

Monqol işğalları dövründə, XIII əsrin 40-cı illərində Şərqi Avropada yeni bir türk dövləti yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda, şərq mənbələrində isə Cuci Ulusu, Dəşti Qıpçaq və ya Göy Ordu adı ilə məlumdur. Qızıl Ordu dövlətinin tərkibinə qıpçaq-ların, peçeneqlərin yaşadığı ərazilər, qərbdə Dnestr sahillərindən başla-yaraq, şərqdə Tobol çayınınİrtış çayına töküldüyü yerə və Sırdərya çayının aşağı tərəflərinə qədər uzanan torpaqlar daxil idi. Krım, Qafqazın Dərbəndə qədər olan hissəsi, Ürgənc şəhəri iləbirlikdə Şimali Xarəzm, Volqa-Kama bulqarları və mordvin torpaqları da Qızıl Ordunun hakimiyyəti altında idi. Rus knyazlıqları ərazicə Qızıl Orduya daxil deyildi, ondan vassal asılılığında idilər.

Qızıl Ordu qoşunlarının içərisində monqollar sayca az idilər. Qoşunun əsas hissəsini türk tayfalarındən ibarət hissələr təşkil edirdi. Qızıl Ordu xanlarının rəsmi fərmanları XIV əsrdən etibarən türk dilində yazılırdı. Qızıl Ordunun köçəri-monqol cəmiyyətifeodal münasibətlərinin ilk pilləsində dururdu. Xarəzmdə qədim əkinçilik mədəniyyəti və böyük şəhərlər vardı. Ürgənc şəhəri müsəlman Şərqində ən böyük mədəni mərkəzlərdən biri hesab edilirdi. Krım da iqtisadi və mədəni inkişaf səviyyəsinə görə Qızıl Ordunun qabaqcıl vilayətlərindən biri sayılırdı. XIII əsrdə Krımın liman şəhərləri Kiçik Asiya, Qafqaz və Bizansla qızğın alver edirdi. Həmin şəhərlərdə bizanslılara,italyanlara, türklərə, ərəblərə, yəhudilərə, alanlara və qıpçaqlara rast gəlmək olardı. Volqa bulqarları əsrlər boyu əkinçiliklə məşğul olduqları üçün yüksək əkinçilik mədəniyyətinə malik idilər.

Qızıl Ordunun paytaxtı əvvəlcə indiki Həştərxanın yaxınlığında Saray-Batı şəhəri, XIII əsrin ikinci yarısından etibarən Volqa (İdil) çayının qollarından biri olan Axtuba sahilində (indiki Volqoqrad yaxınlığında) salınan Saray-Bərkə şəhəri olmuşdur. Paytaxtın Volqa sahilində salınması bu çayın və xüsusən onun cənub hissəsinin əhəmiyyətli rol oynamasından irəli gəlirdi. Bulqar dövlətindən və rus knyazlıqlarından Mərkəzi Asiya və Monqolustana gedən köhnə yol buradan keçirdi. Sürüləri otarmaq və köç salmaq üçün əlverişli olan Aşağı Volqa eyni zamanda əkinçilik bölgələrinin yaxınlığında yerləşirdi. Taxıla həmişə ehtiyac hiss edən monqollar bu yerlərin əhəmiyyətini yaxşı başa düşürdülər. Onlar taxıla olan ehtiyaclarını bulqar və qismən də rus torpaqları hesabına ödəyirdilər. Feodal münasibətlərinin formalaşması. Qızıl Orduda feodal münasibətlərinin inkişafı prosesi davam edirdi. Köçəri-maldar qrupları feodalların hökmranlığı altında idilər. Xanlar və xan ailəsinin üzvləri ən böyük feodal idilər. Bunların ardınca noyonlar və ya türkcə deyildiyi kimi bəylər gəlirdi. Köçəri əhali sahibkarlarına at, qaramal, kumız verməyə məcbur idi. Gəlmə feodallar yerli əkinçi əhalinin yaşadığı torpaqları da tuturdular. Bu əhali həmin feodallara öz üzüm bağlarından və tarlalarından götürdükləri məhsulun bir hissəsini ver-məli, arxlardan istifadə haqqını ödəməli idilər. Zəhmətkeş əhali dövlətin əsas vergi ödəyənləri hesab olunurdular. Feodallar xandan, onların təbəələrini dövlətin xeyrinə vergi verməkdən azad edən fərmanlar alırdılar. Belə imtiyazlı şəxslərə tarxan deyilirdi. Torpağa sahib olmaq və müxtəlif məcburi işlərdən azad edilmək üçün xanların verdiyi fərmanlar yarlıq adlanırdı.

İri feodallar xandan asılı deyildilər və çox zaman xanlarla silahlı mübarizə aparırdılar. XIII əsrin axırlarında tümənbaşı Noqay xan xüsusilə qüvvətlənərək,Qara dənizin şimal sahilindəki çöllərdə, Dunay çayının aşağı tərəflərinə qədər olan ərazilərdə köçəri həyat sürən orduları və Krımı özünə tabe etmişdi. Noqay xanları taxtdan endirir və taxta əyləşdirirdi. Feodalizmin inkişafı, müsəlman ölkələri ilə əlaqələr, habelə Qızıl Ordunın tərkibində İslamı qəbul etmiş bir çox xalqların mövcud olması burada da İslam dinini yayılmasına şərait yaradırdı. Batının qardaşı Bərkə xan müsəlmanlığı qəbul etmişdi. İslam dini yalnız XIV əsrin birinci yarısında, Özbək xanın dövründə (1313-1342) Qızıl Ordunun rəsmi dini oldu.

Dövlət quruluşu. Qızıl Ordu Böyük Monqol imperatorluğunun bir hissəsi sayılırdı. İmperatorluğun ayrı-ayrı ərazilərinə sahib olan xaqan övladları və qohumları yeni böyük xaqan seçmək və bütün dövlətə aid ümumi məsələləri həll etmək üçün qurultaya toplaşırdılar. Lakin XIII əsrin axırlarından etibarən Qızıl Ordu ilə Monqol imperatorluğu arasında bu əlaqə əslində kəsilmişdi.Qızıl Ordu dövlətinin başında xanadlandırılan hökmdar dururdu. Xanın yanında ali məşvərətçi orqan olan məclisfəaliyyət göstərirdi.

Məclisə xanın arvadları, oğulları və dövlətin ayrı-ayrı hissələrinin rəisləri (tümənbaşılar, minbaşılar və başqaları) daxil idi. Mərkəzi Asiya dövlətlərində və İranda olduğu kimi, xanın yanında divan təşkil edilmişdi. Dövlətin işlərini bəylər və əmirlər, ayrı-ayrı sahələri isə vəzir və naiblər idarə edirdilər. Xanın xüsusi məmurları olan baskaklar məhsul və pul vergilərini toplayırdılar. Tabeliyində hərbi dəstələr olan baskaklar dövlətin bütün əsas vilayətlərinə göndərilirdi. Kəndlilər və sənətkarlar vergilərə qarşı narazılıq edən kimi həmin hərbi dəstələr silahı işə salırdılar. Qızıl Ordu dövlətinin dağılması. Qızıl Ordu dövləti vahid mərkəzləşdirilmiş dövlət deyildi. Həm etnik, həm də mədəni cəhətdən çox müxtəlif olan xalqlar Qızıl Ordunun hakimiyyəti altında yaşamaqda davam edirdilər. Qızıl Ordu öz tərkibinə daxil olan müxtəlif əraziləri tamamilə birləşdirməyə müvəffəq olmaq üçün iqtisadi və mədəni cəhətdən kifayət qədər yüksək səviyyədə deyildi. Dövlətin ayrı-ayrı hissələrində feodal münasibətləri inkişaf etdikcə iri feodalların müstəqilliyi artırdı. Qızıl Ordu xanları ailəsinin hakimiyyət uğrunda bir-birilə mübarizə aparan üzvləri yerli əyanların bu meyllərindən istifadə edirdilər. Xarəzmdə, Krımda vəVolqar-Bulqar dövlətində Qızıl Ordu tərkibindən tədricən ayrılan vassal mülkləri meydana gəlməkdə idi. Ayrı-ayrı köçəri əyanlar və getdikcə daha çox müsətqilləşirdilər.

1282-ci ilədək Qızıl Ordu xanların dövlətin parçalanması meyllərinin qarşısını ala bilirdilər. XIII əsrin 80-ci illərindən etibarən başlayan daxili çəkişmələr və ziddiyyətlər dövləti xeyli zəiflətdi. Lakin hakimiyyətə gələn Özbək xan ara müharibələrinə son qoydu. Onun dövründə dövlətin türkləşməsi prosesi başa çatdı. Özbək xanın və onun oğlu Canı bəyin (1342-1357) dövründə dövlət hərbi cəhətdən də xeyli qüvvətləndi. Canı bəyin öldürülməsindən sonra Qızıl Orduda daxili çəkişmələr yenidən gücləndi. 1357-1380-ci illərdə Qızıl Orduda 25-dən artıq xan dəyişdi. XIV əsrin 60-cı illərində Xarəzm və Həştərxan müstəqilləşdi. Polşa vəLitva Qızıl Orduya məxsus Dneprboyu torpaqları işğal etdi. Qızıl Ordunun zəifləməsindən istifadə edən rus knyazları Dmitri Donskoyun başçılığı altında öz qüvvələrini birləşdirərək, 1380-ci ildə Kulikovo çölündə Qızıl Ordu xanı Mamayı ağır məğlubiyyətə uğratdılar. Əmir Teymurun köməyi ilə Qızıl Orduda hakimiyyətə gələn Toxtamış xan (1380-1395) 1382-ci ildə Moskvanı tutaraq yandırdı. Eyni zamanda Teymurdan asılı olan ərazilərə, o cümlədən Azərbaycana talançı yürüşlər etdi. Bu hadisə Əmir Teymurla Toxtamış xanı toqquşdurdu. 1395-ci ildə Terek çayı sahilindəki döyüşdəToxtamış xanı Əmir Teymur üçüncü dəfə ağır məğlubiyyətə düçar etdi. Bu zərbədən sonra Qızıl Ordu bir daha özünə gələ bilmədi, onun şərq vilayətləri Teymur imperatorluğunun tərkibinə daxil edildi. Güclənmiş Litva dövləti də müntəzəm olaraq Qızıl Ordanı sıxışdırmağa başladı.

XV əsrin birinci yarısında Orta Volqaboyu Qızıl Ordudan ayrıldı və Qazan xanlığı təşkil edildi. Volqa çayının aşağı tərəflərində Həştərxan xanlığı meydana gəldi. Volqanın aşağı axarlarından İrtış çayına qədər ərazidə Noqay Ordusu yarandı.XV əsrin ikinci yarısında isə Krım və Qərbi Sibir ərazilərində müstəqil dövlətlər meydana gəldi. Qızıl Ordu xanı Əhməd xan Polşa kralı IV Kazimirin təhriki ilə1472-ci ildə artıq itaətdən çıxmış Moskva üzərinə yürüş etdisə də, müvəffəqiyyətsizliyə uğradı.

1480-ci ildə Əhməd xan Moskva knyazlığı üzərinə sonuncu dəfə yürüş təşkil etdi. Uqra çayı sahilində dayanan Əhməd xanla Moskva knyazı III İvanarasında danışıqlar heç bir nəticə vermədi. «Uqra görüşü» adinı almış bu hadisə zamanı artıq Əhməd xan üçün səfərin əvvəllərində əlverişli vəziyyət dəyişmiş oldu. Polşa kralı müttəfiqinə yardım edə bilmədi. Soyuqların düşməsi və əlverişli məqamın əldən getməsi Əhməd xanın geri qayıtmsına səbəb oldu. Əhməd xan noqaylar tərəfindən öldürüldü. Əhməd xanın «Uqra görüşü»ndə uğursuzluğu Rusiyanın Qızıl Ordudan vassal asılılığına son qoydu. Feodal pərakəndələyinə məruz qalan Qızıl Ordu XVI əsrin əvvəlində süqut etdi.

Top