Göytürk dövləti

Göytürk dövləti

I Göytürk dövləti  (552-588)
Böyük Hun dövlətinin dağılmasından sonra Altay, Mərkəzi Asiya və Böyük çöldə yaşayan bir sıra türk tayfaları jujfaların təsiri altına düşdü. 546- cı ildə Teles tayfasının üsyanı nəticəsində Jujan dövləti zəiflədi. Bundan istifadə edən Bumın Jujan hökümdarı Anaxuana qarşı üsyan qaldırdıraraq 552-ci ildə I Göytürk dövlətini qurdu. Dövlətin paytaxtı Ötükən şəhəri idi. Göytürk hökmdarları “ilxaqan” titulu daşıyırdılar. Muğan və İstəmi xaqanın dövründə I Göytürk dövləti xeyli qüvvətləndi. VI əsrin 80-ci illərində I Göytürk dövləti zəiflədi. Dövlətin zəifləməsinin səbəbləri:
  • Xaqanların Çin qızları ilə evlənməsi;
  • Hakimiyyət uğurunda mübarizə;
  • Çinlilərin göytürklərin daxili  işlərinə qarışması;
  • Bir çox göytürk şahzadəsinin buddizimi himayə etməsi;
  • Daxili ziddiyyətlər və hakimiyyət uğrunda mübarizə.

Qeyd: 588-ci ildə I Göytürk dövləti iki hissəyə parçalandı. Şərq və Qərbi Göytürk dövlətləri yarandı. Hər iki dövlət Çinin əsarətinə düşdü. Əsarətlə barışmayan Kür Şad Çinə qarşı qiyam qaldırdı.

II Göytürk dövləti (682-744)


Göytürk imperiyasının bayrağı
II Göytürk dövlətinin qurucusu İltəris xaqan olmuşdur. İltəris xaqanın dövründə:
  • Göytürk Çin əsarətindən çıxaraq müstəqil oldu;
  • Göytürk şahzadələrinin çin qızları ilə evlənmək ənənəsi ləğv edildi;
  • Ordu qüvvətləndirildi.

Qapağan xaqana aiddir:
  • Ordunun möhkəmlənməsi;
  • Çinin asılı hala salınması;
  • Qırğız və türkeşlərin tabe edilməsi;
  • Qarluqların məğlub edilməsi;
  • Ərəblərlə toqquşmanın baş verməsi;
  • Dövlətin sərhədlərinin Sakit okeana qədər genişlənməsi;
  • Mərkəzi Asiyadakı türklərin tabe edilməsi;
  • Kidanların tabe edilməsi (697-ci il).

Bilgə xaqana aiddir:
  • Dövlətin qüvvətlənməsi;
  • Qırğız və turkeşlərin tabe edilməsi (709-cu il);
  • Qarluqların məğlub edilməsi(715-ci il);
  • Doqquz oğuzların məğlub edilməsi.
Qeyd: 734-cü ildə Bilgə xaqan zəhər-lənərək öldürüldü. 744-cü ildə II Göytürk dövləti süqut etdi.

Göytürklərə aiddir:
  • Xaqanın varisi yabqu adlanırdı;
  • Xaqan ailəsinə mənsub şahzadələr tigin titulunu daşıyırdı;
  • Əhali budun adlanırdı;
  • Ayrı-ayrı qəbilə və tayfaları bəy, xan və buyruq idarə edirdi;
  • Xaqan ailəsi göy adlanırdı;
  • Bütün azad kişilər döyüşçü hesab olunurdu;
  • Dəmirçilik peşəsi geniş yayılmışdı;
  • Qullardan ev sənətkarlığında və çoban  kimi istifadə edilirdi;
  • Şəhərlər balıq adlanırdı;
  • Xaqanların şərəfinə bəngüdaş ad-lanan abidələr qoyulurdu;
  • Əlifba tərtib etmişdi;
  • Orxon-Yenisey abidələri tikilmişdi (725-735-ci illərdə).
Top