Süd dişinə qulluq

Süd dişinə qulluq

Təxminən altı aylığından başlayaraq körpələrdə süd dişləri çıxmağa başlayır.20-yə yaxın süd dişi çıxır.Təbii ki,böyüklərdə olduğu kimi,bu dişlər çeynəmə və yeməyə kömək edir.Həmçinin üz və çənənin normal inkişafına kömək edir,daimi dişlərin çıxması üçün şərait yaradır.
Süd dişlərinin vaxtından tez çürüməsi diş ağrıları ilə bərabər gələcəkdə bir çox problemlərə də səbəb ola bilər.Bəs uşağın ağız boşluğunun və dişlərinin sağlamlığını qorumaq üçün nəyə diqqət yetirmək lazımdır?
Körpənin gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərinə düzgün qulluqdan başlayır.Uşağınızın yaxşı vərdişlərə sahib olmasına kiçik yaşlarından çalışmalısınız.Dişlərə qulluqla bağlı əsasən bunlara fikir vermək lazımdır:
Düzgün qidalanma- Şirniyyat və ya tərkibində şirin maddələr daha çox olan yeməkləri azaltmaq.Şirin içkilər əvəzinə su və ya digər maye içmək. Dişləri müntəzəm olaraq gün ərzində 2dəfə(səhər yeməkdən sonra və axşam yatmazdan öncə) fırçalamaq.
Körpə dişlərinə qulluğun ilk mərhələsi isə,sizə həvalə edilir.
İlk dişlər çıxan zaman onları təmizləməyə başlayın. Körpənizin dişlərini yumaq və nazik parça ilə silərək təmizləyin. Diş fırçasından təxminən 1yaşdan sonra istifadə etmək olar.Fırçanın yumşaq və körpəyə uyğun olması zəruridir.Bu zaman fırçanı yalnız su ilə islatmaq məsləhətdir.Uşaq 2yaşına çatdıqda diş məcunundan istifadə edin.Fırçanın üzərinə noxud dənəsi qədər məcun sıxın.Nəzarət edin ki,körpə diş məcununu udmasın.
Kiçik uşaqlar diş fırçalamağa çətinlik çəkir.Bu vərdişə sahib olana qədər siz ona yardım etməlisiniz.Düzgün fırçalamanı isə,uşaq və diş həkimindən öyrənə bilərsiz.Əsas məsələ odur ki,övladınız dişlərə mütəmadi qulluğun vacibliyini anlasın.
Unutmayın ki,süd dişlərinə düzgün qulluq daimi dişlərə birbaşa təsir edir. (Daimi dişlər 5-6 yaşdan başlayaraq çıxmağa başlayır.)
Müntəzəm olaraq körpənizin dişlərini müayinə edin.Bu,onun dişlərinin sağlamlığını təmin edir.Həm də uşağın kiçik yaşlardan diş müayinəsinə alışmasına şərait yaradır.
Mütəxəssislər hesab edirlər ki,dişləri müntəzəm fırçalamaq ürək xəstəliklərinə yaxalanma riskini azaldır.Ağız bədənin ən çirkli yeri olduğundan dişlərin davamlı olaraq fırçalanmaması diş əti qanamalarına,bu da ağızdakı yüzlərlə bakteriyanın qan damarlarına daxil olmasına səbəb olur.

Mənbə-Çox yaşa qəzeti.
Top