Fiziki coğrafiya

Fiziki coğrafiya

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri"dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.

Coğrafiya elmi iki əsas sahəyə bölünür:
Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.

Coğrafiya elminin inkişaf mərhələləri:

Tanınmış səyyah və coğrafiyaşünasların bəziləri:
492-ci il –X.Kolumbun Amerika qitəsini (Vest Hind adlarını) kəşf etməsi
1498-ci il V.Qamanın Avropadan Hindistana olan dəniz yolunun kəşfi
1502-ci il-A.Vespuççinin “Yeni Dünya”nın (Amerika qitəsinin) kəşf olunmasının sübutu
XVI əsr-P.Rəisin Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib etməsi
1642-ci il A.Tasmanın Avstraliya sahillərinə çatması
1771-ci il-C.Kukun Avstraliyanın materik olmasını sübut etməsi
XIX əsr-H.Z.Şirvaninin Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrini tədqiq etməsi
1909-cu il-R.Amundsenin şimal qütbünü kəşf etməsi
1911-ci il-R.Amundsenin cənub qütbünü kəşf etməsi
1912-cu il-R.Skottun cənub qütbünü kəşf etməsi
Azərbaycanın tədqiq etmiş səyyahlar: A.Düma, A.Nikitin, M.Polo və s.

Məhəllin planı. Miqyas
Məhəllin(nəzərdə tutulan məhdud ərazi ) kiçildilmiş və şərti işarəli təsviri plan adlanır. Ərazinin kiçiltmə nisbətini göstərən kəsrə miqyas deyilir.Kəsrin məxrəci böyüdükcə miqyasın kəmiyyəti kiçilir.
Yazlışına görə miqyas üç cür olur :
  1. Ədədi (kəsr):1:200.000
  2. İzahlı ( adlı):1 sm-də 200.000 sm=2000 m=2 km
  3. Xətti (qrafik):
Planda obyekləri göstərən şərti işarələr üç əsas qrupa bölünür:
  1. Kontorlu (sahəvi) şərti işarələr obyektin yerini və ölçülərini göstərir. Məsələn: bağ, göl, və s.
  2. Miqyassiz şərti işarələr obyektin yerini göstərir. Məsələn: su quyusu
  3. Xətti şərti işarələr obyektin yerini və uzunluğunu göstərir .Məsələn dəmiryolu, sahil xətləri və s.

Üfüqün cəhətləri. Azimut

Məhəldə görünən ərazi üfüq adlanır. Üfüqün əsas cəhətləri: şimal,cənub.şərq,qərb;
aralıq cəhətləri: simal-şərq, cənub-şərq,cənub-qərb ,şimal-qərb.
Üfüqün cəhətlərinin dərəcə qiymətinə azimut deyilir. Azimut 00- 3600 olur və saat əqrəbi üzrə hesablanır. Azimutu məhəldə kompasla , planda isə transportirlə ölçürlər.
Dənizçilər üfüqün cəhətlərini rumb (lat. “istiqamət”) adlandırırlar.
Məhəldə üfüqün səhətlərini müxtəlif üsullarla (günorta vaxtı kölgənin istiqamətinə görə, qarışqa yuvalarına görə ,qəbir daşlarına görə, agacda bitən mamıra görə və s .) təyin etmək olar.
Məhəllin planında şimala olan istiqamət ox işarəsi ilə göstərilir. Xəritə və qlobuslarda isə üfüqün cəhətləri dərəcə toruna (coğrafi kordinatlara) əsasən müəyyən olunur.

Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur
Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür .
Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür.
Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar

Qeyd: Fiziki xəritələrdə relyef daha aydın təsvir etmək üçün üç rəngin müxtəlif çalarlarından istifadə olunur:qəhvəyi (dağlar),yaşıl (ovalıqlar), mavi (su obyektləri)

Məhəllin plana alınması
Məhəllin plana alınması iki yolla həyata keçirilir.
I Havadan planaalma-aerokosmik foto-planalma adlanır və geniş ərazilərin dəqiq planını tərtib etmək üçün istifadə olunur.
II Yerüstü planaalma isə yer səthində aparılır və iki cür olur:
Dəqiq planaalmanı mühəndis-topoqraflar mürəkkəb alətlərlə (teodolit, bussol və s.) həyata keçirilir və nəticədə topoqrafik xəritələr tələb olunmur.
Gözəyarı (sadə) planaalma isə sadəalətlərlə(menzula, xətkeş,ruletka, pərgar və s.) həyata keçirilir və məsafələr və istiqamətlər gözəyarı təyin olunur. Gözəyarı planaalma iki üsulla aparılır:
Qütb üsulu ilə planaalma səthi açıq və hamar olan kiçik ərazilərin ortasında bir nöqtədə dayanmaqla aparılır.
Marşut üsulu ilə planaalma isə zolaq formasında və ya ətrafında gəzmək tələb olunan genişərazilər üçün tərtib olunur.

Yerin forması və ölçüləri

Yerin kürə formasında olması fikrini ilk dəfə (e.ə VI əsrdə) yunan alimi Pifaqor irəli sürmüşdür. Əslində Yer ekvatordan qabarıq, qütblərdən isə basıq olduğu üçün (bax: sxem 4) geoid(özünəməxsus) adlandırılmışdır.
Yerin kiçildilmiş modelinə qlobus deyilir. Tədris məqsədi üçün böyük miqyaslı (1:30.000.000) orta miqyaslı (1:50.000.000) və kiçik miqyaslı(1:83.000.000) qlobuslardan istifadə edilir.

Yerin əsas ölçüləri aşağıdakılardır:

Yerin ümumi sahəsi:510 mln.km2
Su sahəsi: 371 mln.km2
Quru sahəsi: 149 mln.km2
Ekvatorun uzunluğu:40076 km
Meridian çevrəsinin uzunluğu: 40009 km
Ekvatorial radius: 6378 km
Qütb radiusu: 6357 km
Yerin diametri:12756 km

Dərəcə toru. Coğrafi koordinatlar

Yerin xəyali oxunun Yer səthinə toxunduğu nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır.
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş və Yeri iki bərabər hissəyə bölən çevrəyə ekvator (lat. tənbölən) deyilir. Ekvatora paralel çəkilmiş çevrələr paralel adlanır. Onların uzunluqları (Yerin formasından asılı olaraq) ekvatordan qütblərə doğru getdikcə azalır.
Coğrafi qütbləri birləşdirən yarımçevrələr meridian adlanır.Bütün meridianlar eyni uzunluqdadır.
Qeyd: 10 –lik ekvator və meridian qövslərinin uzunluqları ≈111 km-dir.
Kartoqrafik təsvirlərdə paralel və meridianların kəsişməsi dərəcə torunu əmələ gətirir.
Paralellerin dərəcə qiyməti coğrafi enlik(şimal və cənub), meridianlarınki isə coğrafi uzunluq (şərq və qərb) adlanır. Coğrafi enlik ekvatordan (900sm-00 -90 0C) , coğrafi uzunluq isə Qrinviçdən (1800-00-1800) hesablanır.Coğrafi enlik və coğrafi uzunluğun cəmi coğrafi koordinatlar adlanır.

Yer səthinin müstəvi üzrərində kiçildilmiş və ümumiləşdirilmiş təsvirinə coğrafiya xəritəsi deyilir.
Xəritələrin təsnifatı:
I Miqyasına görə:
Böyük miqyaslı (topoqrafik) xəritələr : 1:10.000-1:200.000
Orta miqyaslı (icmal-topoqrafik) xəritələr:1:200.000-1.1000.000
Kiçik miqyaslı (icmal) xəritələr: 1:1.000.000-dan kiçik
II Məzmununa görə:
Ümumcoğrafi xəritələrdə bütün coğrafı obyektlər eyni dərəcədə təsvir olunur. Məsələn: Azərbaycanın (1:500.000) ümumcoğrafi məlumat xəritəsi.
Tematik xəritələrdə isə konkret(tələb olunan) komponentlər təsvir olunur. Məsələn: Azərbaycanın siyasi-inzibati xəritəsində inzibati rayonlar daha qabarıq şəkildə təsvir olunur.
Kompleks xəritələrdə qarşılıqlı əlaqədə olan komponentlər( məsələ: relyef və əkin sahələri ) birgə təsvir olunur.
III Ərazi əhatəsinə görə:
Dünya və ya yarımkürələr xəritəsi
Materik (qitə) və ya okean xəritəsi.
Dövlət və ya onun hissələrinin xəritəsi.
Qeyd: Kartoqrafik təsvirlərdə obyektlərin (əhəmiyyətinə görə) sadələşdirilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır. Təsvirin miqyası kiçildikcə generalizasiya artır.Məsələn: Dünyanın siyasi xəritəsində (1:20.000.000) Azərbaycanın yalnız paytaxtı (Bakı) təsvir olunub.

Xəritə riyazi (miqyas və coğrafi koordinat- lar), eyni zamanda təhrifli (xətalı) təsvirdir. təhriflərin olmasının səbəbi Yerin kürəvi səthinin müstəvi üzərində (kartoqrafik proyeksiya)təsviridir.
Xəritədə olan təhriflər: forma, uzunluq, sahə, bucaq;
Kartoqrafik proyeksiyaların növləri: silindrik, azimutal, konus, çoxüzlü;
Xəritələrdə olan təhrifləri aradan qaldırmaq və ya minumuma endirmək üçün bərabərsahəli, bərabər- bucaqlı və ixtiyari (sərbəst) proyeksiyalardan istifadə olunsa da, forma və uzunluq təhrifləri həmişə olur.

Bizi əhatə edən sonsuz və əbədi aləm kainat (kosmos) adlanır.
Kainatda olan (külli miqdarda) səma cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqədə təşkil etdiyi sistemə qalaktika (kəhkəşan ) deyilir.
Bizim qalatikamız “Süd yolu” adlanır. Kainatda olan göy cisimləri aşağıdakı kimi qruplaşdırılır:
Ulduzlar - özlərindən işıq və enerji saçırlar.
Planetlər - ulduzların şüaları ilə işıqlanırlar. (Bax :sxem5)
Asteroidlər - planetlərin hərəkəti istiqamətində dövr edirlər. Onlara kiçik planetlər də deyirlər
Peyklər - planetlərin cazibəsində olan kiçik səma cisimləridir. Yerin peyki Aydır.
Kometlər - kiçik səma cisimlərdir. Onlara “quyruqlu ulduz da deyirlər.
Meteoritlər - göy cisimlərindən qopub ayrılan hissələrdir. Onlar Yerin atmosferinə daxil olarkən alışıb yanaraq kosmik toza çevrilir. Bəzən Yer düşürlər.

Yerə ən yaxın (150 mln) olan ulduz Günəşdir.
İşıq süaları Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır.
Günəşin səthində temperatur 6000 0C –dir.
Bu enerji hidrogenin (70 %) heliuma (29 %) çevrilməsindən alınır.
Günəşin diametri Yerin diametrindən 109 dəfə, kütləsi 332 min dəfə , həcmi isə 1 milyon 300 min dəfə böyükdür.

Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri:
Yer Günəş ətrafında 29,8 km/ san sürəti ilə orbit üzrə il ərzində 940 min .km məsafə qət edir.
Nəticədə:

İL-365/366 gün (365 gün 5 saat 48 dəq.46 san.)
Fəsillər- Yerin fırlanma oxunun orbit müstəvisinə 66,50 meyilli olması nəticəsində
21 mart - yaz gecə-gündüz bərabərliyi
22 iyun – yay gündönümü
23 sentyabr – payız gecə-gündüz bərabərliyi
22 dekabr – qış gündönümü

3. İşıqlanma qurşaqları - 1 tropik , 2 mülayim, 2 qütb
tropik- yunanca “dönmə xətti”
qütb dairələri – (66,50 şimal və cənub enlikləri) qütb gecə -gündüzlərinin başlama enlikləri
zenit - Günəş şüalarının 900 bucaqla düşməsi

Qeyd : Günəşin zenitdə olduğu enliklə tələb olunan enlik eyni yarımkürədə yerləşərsə, coğrafi enlik fərq; müxtəlif yarımkürələrdə yerləşərsə, coğrafi enlik cəmi tapılır.

Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri
Yer öz oxu ətrafında qərbdən şərqə doğru 24 saat (23 saat 56 dəq. 4 san .) ərzində tam dövr edir.
Nəticədə:
Atmosfer sirkulyasiyası - hava dövranı.
Sutka (gün)-gecə ilə gündüzün növbələşməsi yaranır.
Müxtəlif coğrafi uzunluqlarda günün vaxtını müəyyən etmək üçün Yer kürəsi 24 saat qurşağına bölünmüşdür.
eməli, 10 saat qurşağı 150 ,iki qonşu meridian (10) arasında vaxt fərq isə 4 dəqiqədir. İnzibati vahidlərə görə saat qurşaqlarının sərhədi yuvarlaq hesablanır.
Məsələn , respublikamız III saat qurşağında yerləşir.
Hər bir meridian üzərindəki vaxt isə yerlı vaxt adlanır və dəqiq hesablanır. Məsələn, respublikamızın şərq və qərb ucqar nöqtələri (450 və 510) arasında yerli vaxt fərqi 24 dəqiqədir:
Beynəlxalq sazişə görə saatın həsablanması Qrinviç meridianına əsasən aparılır. Yeni sutka(gün) XII saat qurşağının orta meridianından (1800) hesablanır.
Qeyd: Bəzi ölkələrdə iş günü ərzində gündüz işığından səmərəli istifadə etmək üçün yay vaxtı (martın son bazar günü saatların əqrəbi 1saat irəli) və qış vaxtı (oktyabrın son bazar günü saatların əqrəbi 1saat geri çəkilir) tətbiq olunur.

Top