Finikiyalılar Aralıq dənizinin şarq sahilində Misirdən və Cənubi Mesopotamiyadan gələn ticarət yollarının üzərində maskunlaşmışdılar. Qədim yunanlar Finikiyanı Foinike adlandırırdılar. Bu da «purpur ölkəsi» (tünd-qırmızı boyaq) deməkdir.
Finikiyalılara aiddir:
►Saffaf şüşənin hazırlanması
►Dəniz ilbizinin şirəsindən boyağın düzəldilməsi
►Ipək parçaların toxunması
►Yüksək keyfiyyətli gəmilərin düzəldilməsi
►Bagçılıq (üzumçülük, zeytunçuluq)
►Ticarət
►Tir, Sidon və Bibl şəhər–dövlətləri
►Dəniz quldurluğu
►Atlantik okeanına çıxış (e.ə. II minilliyin sonu I minilliyin əvvəlləri)
►Koloniyaların qurulması (e.ə. 16-ci əsrdə Kipr, Siciliya, Şimali Afrika, Sardiniya və İspaniyada koloniyalar qurulmuşdur. Ən boyuk Finikiya koloniyası Karfagen hesab olunurdu)
►Misir alifbası asasında 22 samit səsdən ibarət alifbanın tərtib edilməsi. (yunanlar Finikiya alifbasına sait səslar əlavə etdilər)
Assuriya dövləti Dəclə çayının yuxarı axarında meydana gəlmişdir. Dövlətin paytaxtı Nineviya şəhəri idi. Nineviya «aslanlar yuvası» və yaxud «qan şəhəri» adlanırdı.
Assuriya Ön Asiyanın işğalçı dövləti kimi tanınırdı. Qüdrətli Assuriya ordusu piyada, süvari va s. hissələrə bölünürdü.
e.ə. VIII — VII əsrlərdə Assuriya Suriya, Fələstin və Babili işğal edərək Misir və Urartunu özünə tabe etdi. işğallar nəticəsinda Assuriya dövləti e.ə. VIII — VII əsrlərda Ön Asiyanin ən qüdrətli dövlətinə çevrildi.
Assur mədəniyyətinə aiddir:
►Şirli gil qabların hazırlanması
►Sarayların inşası
►Bəzək aşyalarının hazırlanması
►Saray divarlarında relyeflərin çakilməsi (bu relyeflərdə hərbi yürüşlər, edamlar, səhərlərin dağıdılmasi və əhalinin qul kimi aparılması təsvir olunurdu)
►Nineviya kitabxanası (dastanlar, salnamələr, Assur və Babil əsatirləri saxlanılırdı)
Assuriyanın süqutu- Aparılan arasıkəsilmaəz müharibələr Assuriyanın qüdrətini zəiflətdi. e.ə. 612-ci ildə Midiya və Yeni Babil Nineviya səhərini ələ keçirdilər. e.ə. 605-ci ildə Assuriya dövlətinə son qoyuldu.