Qədim Misir tarixi

Qədim Misir tarixi

Misir Afrikanın şimal – şərqində yerləşir. Ölkənin ən mühüm su mənbəyi Nil çayi idi. Misirlilər Nil çayına «Boyiik gay» deyirdilər. Nil çayi hər il daşır və gətirdiyi lillə torpağı mün-bütləşdirirdi. Nilin gətirdiyi lilli torpaq asanliqla şumlamrdi. Misirlilər öz ölkösini «Qara torpaq» adlandırırdılar.
Nil vadisində yaşayan əhali öz yaşayış məntəqələrini və əkin sahələrini daşqından qorumaq üçün Nil sahili boyunca damba adlanan bəndlər tikirdilər. Misir əkinçiləri hündür yerlərdə yer-ləsən tarlaları suvarmaq üçün şadufdan istifada edirdilər.
Misirdə ilk dövlət qurumu «Nom» adlanırdı. Nom şahər və onun ətrafında meydana gəlmiş bir sıra yaşayış məntəqəsini əhatə edirdi. Nomlar ərazi, suvarma sistemi, mərkəzi şəhər və dinə malik idilər. Misir ərazisində 40 nom yaranmısdır.
Qədim Misir
Misir Nilin axarına görə 2 hissəyə bolunürdü.
► Aşağı Misir (buraya Misirin şimal hissəsi daxil idi)
► Yuxarı Misir (buraya ölkənin cənub hissəsi daxil idi)
e.ə.IV minilliyin II yansında Yuxarı və Asağı Misirdə müstəqil padşahlıqlar meydana gəldi. Aşağı Misir hökmdarları başlarına qırmızı tac, Yuxarı Misir padşahları isə ağ tac qoyurdular. Hər iki padşahlıq Misiri birləşdirmək uğrunda mübarizə aparırdılar. e.a.IV minillikdə Yuxarı Misir padşahlığı ölkəni birləşdirdi və vahid Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis səhəri idi. (e.a. II minillikdə Fiv)
Qeyd: Vahid Misir dövləti hökmdar Minanın dövründə xeyli qüvvətləndi.

Fironlar


Misirdə hökmdar firon adlanırdı. Fironu yer uzünün allahı və yaxud da «Günəş oğlu» ad­landırırdılar. Fironların ən yaxın köməkçisi Çati adlanan ali məmur idi. Çatilər:
► Ölkənin təsərrüfat həyatını idarə edirdilər
► Məhkəməya rəhbərlik edirdilər;
► Firon dəftərxanasına nəzarət edirdilər;
► Dövlət xəzinəsinə nazarət edirdilər;
Qeyd: Misirdə hərbiidarə hərbi rəis tərəfindən idarə olunurdu.

Sosial qruplar


Qədim Misir cəmiyyətində üc əsas sinif formalasmısdı.
► Quldarlar (Quldarlar torpaq və qullara sahib idilər. Quldarlar kəndliləri, sənətkarları və qulları istismar edirdilər)
► Kəndlilər (Kəndlilər kiçik torpaq sahələrina malik idilər. Onlar dövlətə vergi verir və hərbi xidmətə gedirdilər)
► Qullar (Qullar «canlı ölülər» ad-lanırdılar. Qullar dövlət və məbəd təsər-rüfatının asas işçi qüvvəsini təşkil edirdilər)
Qeyd: Misirdə xırda əkinçilər və maldarlar «kiçiklər» adlanırdılar.
qədim Misir xəritəsiMisir fironları işğalçı müharibələrə böyük diqqət yetirirdilər. Firon I Tutmos Aralıq dənizinin sərq hissələrini ələ kecirərək Fərat çayına qədər gəlib catdı. Firon III Tutmosun dövründə (e.a. 1504-1450):
Ø Suriya və Fələstinə yürüş təskil edildi
Ø Suriya və Mitani hərbi birləsmələri məğlub edildi
Ø Finikiyanın bir sıra sşəhərləri işğal edildi.
Ø Nubiya Misirə tabe edildi
Ø Misirin sərhədləri şimalda Suriyaya, cənubda isə Nilin dördüncü astanasına qədər olan ərazini əhatə edirdi.
Ø Misirin sərhədləri genişləndi.
Ø Əyanların mövqeyi möhkəmləndi.

II Ramzesin dövrü (е. ə. 1301 -1235)


II Ramzes hakimiyyətə gəldiyi dövrdə Misirin Suriya, Fələstin və Finikiyada mövqeyi zəifləmisdi. Hetlər Suriyada Misirin əsas rəqibinə çevrilmisdilər. II Ramzes e. ə. 1296-cı ildə Suriyaya I yüriüş təskil etdi və mağlub oldu. Bir müddətdən sonra II Ramzes hetləri məğlub edə bildi. Hər iki tərəf arasında sülh müqaviləsi bağ-landı. Müqaviləyə əsasən Fələstin, Finikiya vəCənubi Suriya Misirin, Simali Suriya isə hetlərin hakimiyyəti altında qaldı.
Qeyd: II Ramzesin dövründə Misirdə və Nubiyada sərdabələr və məbədlər insa edilmisdir.

Piramida və sərdabələr


Fironların qüdrətli və olməz olduğunu göstərmək üçün piramida və sərdabələr inşa edilirdi. Fironlar öldükdən sonra mumiyalanaraq burada dəfn edilirdilər. Misirdə ilk piramida Cosersə, ən böyük piramida isə Xeopsa (hündürlüyü 147 m) aiddir. Piramidanın qabağında nəhəng qaya parçasından yonulmuş Sfinks yerləşirdi. Sfinks insan başlı va aslan bədənli idi. Onu «Dəhşətlər atası» adlandırırdılar. Piramidadan fərqli olaraq sərdabələr yerin altında, qayalıqlarda və gizli yer-lərdə tikilirdi. İlk sərdabə I Tutmosa, ən zəngin sərdabə isə Tutanhamona aiddir.
Həmçinin bax:
Qədim Misir
Top