XIX əsrdən başlayaraq cəmiyyət həyatının bir çox tərəflərinin beynəlmiləlçiliyə cəhd göstərməsinə can atması beynəlxalq əməkdaşlığın yeni formasını yaratmağın lazım olduğunu qarşıya qoydu. 1865-ci ildə yaranan – Ümumdünya Teleqraf Ittifaqı və 1874-cü ildə Ümumdünya Poçt Ittifaqı dünya ictimaiyyətinin yeni inkişaf mərhələsində ilk beynəlxalq universal təşkilat müəssisəsi hesab edilirdi.
Hazırkı dövrdə mindən çox müxtəlif hüquqi statusu olan beynəlxalq təşkilatlar vardır. Bu isə Mərkəzi BMT (Birləşmiş Millətlər Təşkilatı) olan beynəlxalq təşkilatlar sistemi haqqında danışmağa imkan verir.
BMT sistemi dünya ictimaiyyətinin idarəetmə mexanizmi olmaqla yüz il bundan əvvəl yaranmışdır. XIX yüzilliyin ortalarında ilk beynəlxalq hökumətlərarası təşkilatlar meydana gəlmişdir. Bu təşkilatların yaranması iki əsas bir-birinə zidd olan səbəbdən baş vermişdir: birincisi milli müstəqilliyinə cəhd göstərən və nəticədə burjua-demokratik respublikasının yaranması, ikincisi dövlətləri qarşılıqlı asılılıq və qarşılıqlı bağlılıq meyllərindən doğan elmi-texniki inqilabın nailiyyətləri idi.
Elmi-texniki tərəqqi ona gətirib çıxartmışdır ki, inteqrasiya sistemi bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatına daxil olmuşdur. Avropa millətləri bir-birilə hərtərəfli əlaqəyə çağırırdı. Müstəqil dövlət çərçivəsində inkişaf etmək həvəsi və bunun digər müstəqil dövlətlərlə əməkdaşlıq etmədən mümkün olmaması beynəlxalq hökumətlərarası təşkilatlarda olduğu kimi beynəlxalq qarşılıqlı əlaqələr formasının baş verməsinə səbəb olmuşdur.
Başlanğıcda beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq əməkdaşlıq inteqrasiya proseslərinə nəzarət hesab etməkdə əsas məqsəd sayılırdı. Ilk mərhələdə hökumətlərarası təşkilatlar siyasi funksiyalarda nisbətən daha çox təşkilatçılıqda möhkəmlənmişdir. Bu dövləti və üzvləri cəlb etmək məqsədilə inteqrasiya meyllərini inkişaf etdirmək baxımından irəli gəlmişdir. Əməkdaşlığın sadə sferası müstəmləkələrlə – rabitə, nəqliyyat, münasibət idi.
Həmin dövrdə inzibati ittifaq hökumətlərarası təşkilatları inkişaf etdirmək üçün nisbətən münasib forma hesab edilirdi. Belə inzibati ittifaqların əsas oxşarlığı beynəlxalq təşkilatların bütün əsrlər ərzində inkişaf etməsidir, lakin əsas məsələ dövlətlərin müxtəlif sferalarda əməkdaşlığı idi.
XX yüzilliyin əvvəli bir çox dövlətlərin sakit inkişafının sona çatması ilə əlamətdar idi. Kapitalizmin inkişaf etməyə başlaması, II Dünya müharibəsini doğurdu ki, bu da əsas ziddiyyət hesab edilirdi. I Dünya müharibəsi nəinki beynəlxalq təşkilatların inkişafını yubatdı, eyni zamanda onlardan çoxunun artmasına səbəb oldu. Eyni zamanda bütün bəşər sivilizasiyasının məhvinə səbəb ola biləcək müharibələr, onların aradan qaldırılması məqsədləri siyasi istiqamətli beynəlxalq təşkilatların yaradılması layihəsinə təsir göstərirdi.
Qədimdən hökumətlərarası qlobal təşkilatların yaradılması müharibəni aradan qaldırmaq və sülhü dəstəkləmək ideyası ilə insan ağlı məşğul olurdu.
Belə layihələrdən biri hesab edilən «Millətlər cəmiyyəti» (1919-cu il) siyasi və beynəlxalq əməkdaşlığa heç bir səmərə verməmişdir.
Ümumiyyətlə I Dünya müharibəsindən II Dünya müharibəsinə qədər olan dövrdə beynəlxalq sülh və təhlükəsizlik təşkilatları problemlərinin işlənib hazırlanması çox zəif idi.
Bununla belə ilk növbədə II Dünya müharibəsi, o cümlədən inteqrasiya prosesləri ilə bağlı olan dünyanın siyasi hadisələri öz fəaliyyətinin təşkilində «Millətlər cəmiyyəti»nin təcrübəsindən istifadə edən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) yaranmasına gətirib çıxardı.
Millətlər cəmiyyəti I Dünya müharibəsindən dərhal sonra yarandı. Əvvəlcə ona 42 ölkə daxil olmuşdu ki, bunlardan 26-sı Avropa dövlətləri idi. Onun üzvləri tarix boyu 57 ölkədən çox olmamışdır. Ölkələrin hökumətləri inanırdılar ki, yalnız ümumdünya təşkilatı sülhü qoruya bilər və insanları Avropada müharibənin təkrar olmasından xilas etmək üçün «Millətlər cəmiyyəti» lazım idi.
I Dünya müharibəsi qurtardıqdan sonra 1919-cu ildə qalib gəlmiş dövlətlər – Ingiltərə, Fransa, Italiya, ABŞ, Yaponiya, (Atlanta) – Millətlər cəmiyyəti başlanğıcda az və ya çox halda beynəlxalq qaydaları gözləmək və sülhü qoruyub saxlamaq uğrunda nəzarət etmək və münaqişələri aradan qaldırmaq məsələlərinin öhdəsindən gəlirdi. 1930-cu illərdə təşkilatda böhran baş verdi və onun ən yüksək həddi müharibədən əvvəl onilliklərin ortalarına təsadüf edirdi ki, bu da Millətlər cəmiyyətinin həmin dövrün tələblərini ödəmədiyini göstərirdi.
Cəmiyyətin üzvü olan Yaponiyanın Çinə qarşı təcavüz etdiyi, 1931-ci ili əhatə edən, Mancuriyanı tutan və 1933-cü ildə Yaponiyanın cəmiyyətdən çıxan dövrü yada salmaq lazımdır.
Bundan sonra 1926-cı ildən həmin cəmiyyətin üzvü olan Almaniya Yaponiyadan sonra cəmiyyətdən çıxdı. Sonra Romaya qarşı iqtisadi qadağaların qoyulmasına və bu cəmiyyətin heç bir maneəçilik edə bilməməsinə baxmayaraq Italiya (həmçinin cəmiyyətin üzvü olan ölkələrin) cəmiyyətin üzvü olan Həbəşistanı 1935-1936-cı illərdə zəbt etdi. Yaponiya və Almaniyanın ardınca 1937-ci ildə Italiya Millətlər cəmiyyətindən çıxdı.
Son məlum idi: 1 sentyabr 1939-cu ildə Cəmiyyətin Nizamnaməsi (onunla birlikdə bütün beynəlxalq münasibətlərin Versal sistemi) öz funksiyasını yerinə yetirməyi dayandıran və heç nəyə lazım olmayan bir vərəq kağıza çevrilmişdi.
Artıq faktiki olaraq bu vaxtlar Millətlər cəmiyyəti yox idi. Onda keçmişdə yaddan çıxarılmış belə bir fakt indi mövcuddur: 1 sentyabr 1939-cu ilə Almaniya Polşaya hücum etdi və qaynar II Dünya müharibəsi başlandı, heç kəs Cenevrə haqqında belə düşünmür, baxmayaraq həmin dövrdə cəmiyyət özünü hörmətdən salmış və aradan çıxmışdı.
Ümumiyyətlə, I və II Dünya müharibələri dövründə beynəlxalq sülhün və təhlükəsizliyin təşkili problemlərinin işlənib hazırlanması çox ləng gedirdi.
Bununla belə dünyanın siyasi hadisələri I Dünya müharibəsi və həmçinin inteqrasiya prosesləri öz fəaliyyətində Millətlər cəmiyyətinin təcrübəsindən istifadə edən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) yaradılmasına gətirib çıxarmışdır.
Hökumətlər səviyyəsində beynəlxalq təhlükəsizlik təşkilatının yaradılması məsələsi müharibənin ilk günlərindən meydana çıxdı.
1941-ci ilin 14 avqustunda ABŞ prezidenti Franklin Delano Ruzveld və Birləşmiş Krallığın Baş Naziri Uinston Çerçill «həm müharibədə və həm də sülh dövründə digər azad xalqlarla birlikdə işləmək» haqqında öhdəlik sənədini imzaladılar. Sülh və təhlükəsizliyi saxlamaqda beynəlxalq əməkdaşlıq prinsipləri sonradan Atlantiya xartiyası adını almışdır.
BMT-nin yaranması yolunda əsas mərhələ 1943-cü ildə Moskvada müttəfiq dövlətlərin konfransı idi. SSRI, ABŞ, Böyük Britaniya və Çin tərəfindən imza edilmiş 30 oktyabr 1943-cü il böyük və kiçik olan bütün dövlətlərin sülhsevər və müstəqillik prinsiplərinə əsaslanaraq beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq haqqında qısa müddətdə ümumi beynəlxalq təşkilatın olmasının vacibliyi haqqında Bəyannaməni imza etmişlər.
BMT-nin yaranmasında başlıca mərhələ gələcək təşkilatın əsas prinsipləri və fəaliyyət mexanizminin parametrləri haqqında razılıq əldə edilən Dumbarton-Oks (1944-cü il) Konfransı adlanır. 1945-ci ilin fevralında Yaltada (Krımda) üç dövlət başçısının – Sovet Ittifaqının, Britaniyanın və Amerikanın Dumbarton-Oksedə keçirilən Konfransının təkliflərini – sənədlər paketini müzakirə edib bir sıra bəndlər əlavə edərək 1945-ci ilin aprelində ABŞ-da Millətlər təşkilatının konfransını çağırmaq haqqında qərar qəbul etdilər.
Bu qərar 1945-ci ilin 25 aprelindən 26 iyuna qədər San-Fransiskoda keçirilən və 56 ölkənin nümayəndələrinin toplaşdığı Millətlər təşkilatının müşavirəsində (ad ilk dəfə Ruzveld tərəfindən təklif olunmuşdur) 19 fəsildən və 3 bölmədən ibarət Nizamnamə qəbul olundu.
24 oktyabrda Nizamnamə Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən təsdiq edilmişdir və qüvvəyə minmişdir. Həmin vaxtdan 24 oktyabr beynəlxalq təqvimdə BMT günü adlanır.
Birləşmiş Millətlər / Birləşmiş Millətlər Təşkilatı – BMT (United Nations – UN/ United Nations Organization — UNO). BMT dövlətlər arasında sülhün və beynəlxalq təhlükəsizliyin qorunub saxlanması və əməkdaşlığın inkişaf etdirilməsi üçün universal bir təşkilat olaraq yaradılmışdır. BMT-nin Nizamnaməsi və beynəlxalq təhlükəsizliyin qorunub saxlanması və əməkdaşlığın inkişaf etdirilməsi üçün universal bir təşkilat olaraq yaradılmışdır. BMT-nin Nizamnaməsi ancaq beynəlxalq təşkilatların həyat fəaliyyətini tənzimləmək, eyni zamanda bütün dövlətlər üçün bərabər kollektiv təhlükəsizliyi formalaşdıran bünövrə olmaqla bütün dövlətlər üçün məcburi hesab edilən Konstitusiya sənədidir. Nizamnamə dövlətin hərbi, siyasi, iqtisadi, ekoloji, humanitar və digər sənədlərdə müxtəlif əxlaqi kodekslərini təqdim edir. BMT-nin Nizamnaməsi əsasında BMT çərçivəsində müxtəlif tərəfli müqavilələr sisteminin şaxələnməsinə başladı.
BMT-nin əsas məqsədləri:
BMT-nin prinsipləri:
BMT tövsiyələr, bəyannamələr, tədbirlər işləyib hazırlayır və üzvlərinə öz qanunvericiliklərinə və normativ aktlara daxil etməklə həyata keçirməyi təklif edir. BMT lazımi tədbirlər hazırlamaq, onların hərəkət koordinasiya etməkdə dövlətləri qıcıqlandırmağa cəhd göstərir.BMT Nizamnaməsinin müqəddiməsində elan edir: «Biz Millətlər Təşkilatı tam qətiyyətlə beynəlxalq hüquq normalarından və müqavilələrdən çıxan gələcək nəsli insan şəxsiyyətinə, ləyaqətinə toxunan, onlara kədər, qəm gətirən müharibədən azad olmaq, insan hüquqlarını bir daha qoruyub saxlamaq, kişi və qadınların, böyük və kiçik xalqların hüquq bərabərliyini təmin etmək, götürülən öhdəçiliyə hörmət etmək, ədalətliliyi gözləmək, sosial tərəqqiyə yardımçı olmaq və bu məqsədlərlə dözümlü olmaq, rəhimli qonşular kimi bir-biri ilə sülh şəraitində yaşamaq, beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün bütün qüvvələri birləşdirmək, qəbul edilmiş prinsipləri və metodları təmin etmək, hərbi gücü ümumi maraq baxımından tətbiq etmək və beynəlxalq aparatı bütün dövlətlərin iqtisadi və sosial tərəqqisində istifadə etmək və bu məqsədlərə çatmaq üçün GÜCÜMÜZÜ BIRLƏŞDIRMƏK QƏRARINA GƏLDIK».
BMT-nin yarandığı gündən üzvlərinin sayı 1945-ci ildəki 51 ölkədən, 1960-cı ildə 99-a qədər artmışdır, hazırda 191 dövlət BMT-nin üzvüdür. 192 müstəqil ölkədən indiyə qədər Vatikan onun üzvü deyil. Belə ki, Vatikanda hakimiyyət Roma Papasına məxsusdur (2002-ci ildə müstəqil ölkələrin sayı Timor Adalarının Indoneziyadan ayrılaraq müstəqil dövlət olması ilə əlaqədar olaraq 191-dən 192-yə qalxmışdır).
BMT ən nəhəng beynəlxalq təşkilatdır. 191 dövlət onun üzvü olmaqla təcrübi cəhətdən dünyanın bütün ölkələrini təmsil edir.Hər bir ölkədə onun nümayəndəliyi və missiyası vardır. Bu təşkilatın hər hansı bir məsələni həll etmək spektri çox genişdir. Əgər əvvəllər təhlükəsizlik əsas istiqamət hesab edilirdisə, indi isə iqtisadi təsir ilkin plan hesab edilir.
BMT-nin üzvü olan bütün dövlətlər hər il BMT-nin büdcəsinə öz üzvlük haqqını köçürür. Üzvlük haqqının həcmi BMT-nin büdcəsinin 25 %-dən çox və 0,001 %-dən az olmaqla hər bir ölkənin milli məhsulunun həcmindən asılı olaraq Baş Assambleya tərəfindən müəyyən edilir.
Hazırda üzvlük haqqı BMT büdcəsində ABŞ üçün 25 %, Yaponiya üçün 18 %, Rusiya üçün 2,8 % və Qvineya-Bisau üçün 0,001 % təşkil edir. Təşkilatın üzvlüyünə qəbul Nizamnamə üzrə öz öhdəçiliyini qəbul edən və bu öhdəçiliyi yerinə yetirə bilən və ya yerinə yetirməkdə həvəsi olan bütün sülhsevər dövlətlər üçün açıqdır.
Həmçinin bax: BMT haqqinda