Birləşmiş Millətlər Təşkilatını daimi diplomatik konferensiya adlandırmaq tamamilə mümkündür: bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə qol çəkərək, onun məqsədlərini bəyənən və onun prinsiplərinə müvafiq şəkildə fəaliyyət göstərmək həmrəyliklərini bəyan edən dövlətlərin ümumdünya birliyidir.
I. Beynəlxalq sülhü və təhlükəsizliyi saxlamaq, bunun üçün isə: müharibə təhlükəsinin qarşısının alınması və aradan qaldırılması, təcavüz aktlarının yaxud digər əmin-amanlıq pozuntularının susdurulması üçün təsirli kollektiv tədbirlər görmək; barış yolu ilə ədalət və beynəlxalq hüquq çərçivəsində hərəkət etmək; əmin-amanlığın pozulmasına gətirib çıxara biləcək beynəlxalq ixtilafları yoluna qoymaq.
II. Millətlər arasında dostluq münasibətlərini xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipinə hörmət əsasında inkişaf etdirmək, eləcə də ümumdünya asayişinin möhkəmləndirilməsi üçün digər müvafiq tədbirləri görmək.
III. İqtisadi, ictimai, mədəni və humanitar səciyyəli beynəlxalq problemlərin həll edilməsi, irqindən, cinsindən, dilindən və dini əqidəsindən asılı olmayaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təmin edilməsi üçün hərtərəfli əməkdaşlıq həyata keçirmək.
IV. Bu ümumi məqsədlərə çatmaqda millətlərin səylərinin birləşdirilməsi üçün mərkəz olmaq.
I. Birləşmiş Millətlər Təşkilatı bütün üzvlərin suveren bərabərliyinə əsaslanır.
II. Nizamnaməyə görə üzərilərinə götürdükləri öhdəliklərə vicdanla əməl edilməsi.
III. Beynəlxalq münaqişələrin bütün dünyanın asayişini, təhlükəsizliyini və ədalətliliyini təhlükəyə məruz qoymadan barış vasitələri ilə həll edilməsi.
IV. Beynəlxalq münasibətlərdə həm istənilən dövlətin ərazi toxunulmazlığına və siyasi müstəqilliyinə qarşı, həm də BMT məqsədləri ilə bir araya sığmayan hansısa başqa şəkildə güclə təhdid etməkdən yaxud onu tətbiq etməkdən vaz keçilməsi.
V. BMT-nin Nizamnaməyə müvafiq olaraq başladığı bütün işlərdə təşkilat üzvlərinə hər vasitə ilə yardım göstərilməsi və BMT-nin ona qarşı önləyici yaxud məcburi səciyyəli iş başladığı istənilən dövlətə yardım edilməsindən vaz keçilməsi.
VI. Təşkilat tərəfindən onun üzvləri olmayan dövlətlərin də bu prinsiplərə uyğun fəaliyyət göstərmələrinin təmin edilməsi, çünki onların gözlənilməsi beynəlxalq sülhün və təhlükəsizliyin saxlanılması üçün labüd ola bilər.
VII. Birləşmiş Millətlər Təşkilatının, mahiyyətcə istənilən dövlətin iç səlahiyyətlərinə daxil olan məsələlərə qarışmaması (ancaq bu prinsip sülhə təhlükə yarandığı, sülhün pozulduğu və təcavüz aktları baş verdiyi hallarda məcburi tədbirlərin tətbiq edilməsinə toxunmur).
Nizamnaməyə on iki fəsildə toplanmış 111 maddə daxildir:
I. | Məqsədlər və prinsiplər | (1 və 2-ci maddələr) |
Il. | Üzvlük | (3-6-cı maddələr) |
III. | Orqanlar | (7 və 8-ci maddələr) |
IV. | Baş məclis |
|
| Heyəti | (9-cu maddə) |
| Funksiyaları və hüquqları | (10-17-ci maddələr) |
| Səsvermə | (18 və 19-cu maddələr) |
| Prosedura | (20-22-ci maddələr) |
V. | Təhlükəsizlik şurası |
|
| Heyəti | (23-cü maddə) |
| Funksiyaları və hüquqları | (24-26-cı maddələr) |
| Səsvermə | (27-ci maddə) |
| Prosedura | (28-32-ci maddələr) |
VI. | Münaqişələrin dinc yolla həlli | (33-38-ci maddələr) |
VII. | Sülhə təhlükənin, sülhün pozulmasının və təcavüz aktlarının aradan qaldırılması üzrə işlər | (39-51-ci maddələr) |
VIII. | Regional müqavilələr | (52-54-cü maddələr) |
IX. | Beynəlxalq iqtisadi və ictimai əməkdaşlıq | (55-60-cı maddələr) |
X. | İqtisadi və ictimai şura |
|
| Heyəti | (61-ci maddə) |
| Funksiyaları və hüquqları | (62-66-cı maddələr) |
| Səsvermə | (67-ci maddə) |
| Prosedura | (68-72-ci maddələr) |
XI. | Muxtariyyəti olmayan ərazilər üzrə deklarasiya | (73 və 74-cü maddələr) |
| Beynəlxalq himayə sistemi | (75-85-ci maddələr) |
XII. | Himayə şurası |
|
| Heyəti | (86-ci maddə) |
| Funksiyaları və hüquqları | (87 və 88-ci maddə) |
| Səsvermə | (89-cu maddə) |
| Prosedura | (90 və 91-ci maddələr) |
XIII | Beynəlxalq məhkəmə | (92-96-cı maddələr) |
| Katiblik | (97 və 101-ci maddələr) |
| Digər müddəalar | (102-105-ci maddələr) |
XIV. | Keçid dövründə təhlükəsizlik tədbirləri | (97 və 101-ci maddələr) |
XV. | Düzəlişlər | (108, 109-cu maddələr) |
| Təsdiqlənmə və imzalanma | (110, 111-ci maddələr) |
Birləşmiş Millətlər Təşkilatı «bani dövlətlərdən» (1942-ci ildə Vaşinqton bəyannaməsini imzalayan yaxud 1945-ci ildə San-Fransiskoda Beynəlxalq Təşkilatlar üzrə Birləşmiş Millətlər Konfransında iştirak edən, müəyyən edilmiş prosedura uyğun şəkildə BMT nizamnaməsini imzalayan və təsdiq edən dövlətlərdən), eləcə də Təşkilatın Nizamnaməsinə uyğun olaraq, BMT-yə sonradan üzv qəbul edilmiş dövlətlərdən ibarətdir.
BMT Nizamnaməsinə müvafiq olaraq, istənilən «sülhsevər» dövlət, əgər o, birləşmiş Millətlər Təşkilatının mülahizələrinə görə, Nizamnamədə göstərilən təəhhüdləri qəbul etməyə və onları yerinə yetirməyə hazırdırsa, təşkilata daxil ola bilər. Təşkilata daxil olmaq Təhlükəsizlik şurası tərəfindən bəyənilmiş Baş məclisin qərarından asılıdır.
Baş məclis Təhlükəsizlik şurasının tövsiyələrinə müvafiq olaraq Nizamnamənin tələblərini dəfələrlə pozmuş BMT-yə üzv — dövləti təşkilatdan xaric etmək yaxud əgər həmin dövlət Təhlükəsizlik şurasının qəbul etdiyi önləyici və məcburi tədbirlərin hədəfi olmuşsa, Təşkilat üzvlüyü imtiyazlarından müvəqqəti məhrum etmək hüququna malikdir. Ancaq bu hüquqlar və imtiyazlar Təhlükəsizlik şurası tərəfindən bərpa edilə bilər.
Hər bir dövlət Baş məclisdə, tabeliklərdəki komitə və şuralarda bir səsə malikdir.
XVIII fəsil Nizamnaməyə düzəlişlər edilməsini nəzərdə tutur ki, bu düzəlişlər aşağıdakı şərtlər daxilində qüvvəyə minmiş sayılır: (a) Baş məclisin səslərinin üçdə iki hissəsi ilə qəbul edilmiş olsun və (b) onlar, Təhlükəsizlik şurasının daimi üzvləri də daxil olmaqla, Təşkilat üzvlərinin üçdə iki hissəsi tərəfindən konstitusional prosedura müvafiq olaraq təsdiqlənsinlər. Həmin prosedur Nizamnamənin yenidən baxılması üçün 109-cu maddəyə əsasən toplanan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin Baş konfransının çağırılmasına oxşardır; fərq yalnız ondadır ki, ilkin səsvermənin vacib şərti (təsdiqlənməyə qədər) Konfransda iştirak edənlərin səslərinin üçdə iki hissəsidir.
Birləşmiş Millətlər Təşkilatının rəsmi dilləri ərəb, ingilis, ispan, rus və çin dilləridir.
Nizamnaməyə müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatına altı əsas orqanlar daxildir: Baş məclis, Təhlükəsizlik şurası, İqtisadi və ictimai şura, Himayə şurası, BMT Beynəlxalq Məhkəməsi və Katiblik. Bütövlükdə Baş məclis və Təhlükəsizlik şurası siyasi və qanunverici orqanlar rolunu oynayırlar, İqtisadi və ictimai şura ilə Himayə şurası Baş məclisin tabeliyindədirlər. BMT Beynəlxalq məhkəməsi müstəqildir.
Birləşmiş Millətlər Təşkilatı idarəetmədə və qərar qəbul etmə proseslərində islahat məsələlərinə cari qaydada baxır və bu zaman Təhlükəsizlik şurasının strukturuna və BMTİP (BMT inkişaf proqramı), YUNİSEF (BMT uşaq fondu) və YUNFPA (Əhali üzrə BMT fondu) təşkilatlarının öz aralarında əlaqələndirilmiş fəaliyyətlərini birləşdirəcək idarəetmə qrupunun yaradılmasına diqqət cəmləşdirir.
Baş məclisə Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri daxildir. Nizamnaməyə uyğun olaraq, məcburi tədbirlər tətbiqini nəzərdə tutan VII fəsildə (Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları) göstərilən hallar istisna olmaqla, BMT onun yurisdiksiyasında olan dövlətlərin daxili işlərinə qarışmaq hüququna malik deyil. Həmin şərt nəzərə alınmaqla, Məclisin vəzifələrinə aşağıdakılar daxildir:
Baxılması və müzakirə edilməsi üçün (i) Nizamnamə çərçivəsində yaxud Nizamnamənin nəzərdə tutduğu orqanların səlahiyyətləri çərçivəsində məsələlərin, (ii) tərksilah və silahlara nəzarət prinsipləri daxil olmaqla, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə ümumi prinsiplərin və (iii) sülhün və təhlükəsizliyin qorunmasının başqa məsələlərinin gündəmə gətirilməsi.
Təhlükəsizlik şurasının diqqətinin Beynəlxalq sülh və təhlükəsizlik üçün potensial təhlükə daşıyan vəziyyətlərə cəlb edilməsi.
Beynəlxalq siyasi əməkdaşlığın saxlanması, beynəlxalq hüququn inkişafı və kodifikasiyası (qüvvədə olan qanunların sistemə salınması. — Tərc.), iqtisadi, ictimai, mədəni, maarif sahələrində və səhiyyədə beynəlxalq əməkdaşlığın təmin edilməsi məqsədi ilə təhlükəsizlik şurası yaxud BMT-yə üzv-dövlət (yaxud hər ikisi) yaxud da Təşkilata üzv olmayan lakin yuxarıda göstərilən (ii) və (iii) bəndləri üzrə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına aid məsələnin müzakirəsinə cəlb edilən dövlət üçün tövsiyələr verilməsi; irqindən, cinsindən və dini əqidəsindən asılı olmayaraq insan hüquqlarının və əsas azadlıqlarının gözlənilməsinə yardım edilməsi. Əgər Təhlükəsizlik şurası bu məsələlər üzrə öz funksiyalarının yerinə yetirilməsinə artıq başlamışsa, tövsiyələr müstəsna olaraq verilir:
a) Nizamnamə yaxud Nizamnamədə nəzərdə tutulan orqanın səlahiyyətləri çərçivəsində istənilən məsələ üzrə;
b) Təşkilatın mülahizələrinə görə, millətlər arasında ümumi əmin-amanlığı poza yaxud dost münasibətlərini Nizamnamənin Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərini xülasə edən müddəalarının pozulması nəticəsində qıra biləcək vəziyyətlərin dinc yolla həll edilməsi üzrə.
Təhlükəsizlik şurasının və Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının illik və xüsusi məruzələrinin (beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə tədbirlərin və qəbul edilmiş qərarların qiymətləndirilməsi də daxil olmaqla) qəbul edilməsi və gözdən keçirilməsi.
Beynəlxalq himayə sisteminə münasibətdə, qeyri-strateji ərazilər üçün vəkalət funksiyaları yerinə yetirmələri haqqında müqavilələrin təsdiqlənməsi də daxil olmaqla, XII və XIII fəsillərə uyğun gələn funksiyaların yerinə yetirilməsi.
Birləşmiş Millətlər təşkilatı büdcəsinin, ixtisaslaşdırılmış təsisatlarla istənilən maliyyə və büdcə müqavilələrinin baxılması və təsdiq edilməsi, eləcə də əlaqədar təsisatlara tövsiyələr vermək məqsədi ilə ixtisaslaşdırılmış təsisatların inzibati büdcələrinin yoxlanılması.
Əgər BMT üzvü olmayan dövlət beynəlxalq sülhün və təhlükəsizliyin qorunması haqqında məsələnin müzakirəsinə cəlb edilmişsə, Məclis belə dövlətə tövsiyələr vermək hüququna malikdir və konkret fəaliyyət tələb edən istənilən belə məsələ müzakirəyə qədər yaxud ondan sonra Baş məclis tərəfindən Təhlükəsizlik şurasına verilir.
Məclisin geniş iclası, bir qayda olaraq, hər il sentyabr ayının üçüncü çərşənbə axşamı Nyu-Yorkda başlayır və dekabr ayının ortalarına qədər davam edir. Baş katib Təhlükəsizlik şurasının yaxud Birləşmiş Millətlər Təşkilatı üzvlərinin çoxluğunun tələbi ilə növbədənkənar iclas çağırmaq səlahiyyətinə malikdir. Məclis hər geniş iclasın başlanğıcında yeni prezidenti, iyirmi bir prezident müavini və baş məclisin yeddi əsas komitələrinin sədrlərini seçir. Təşkilatda ədalətli coğrafi təmsilçiliyini təmin edilməsi üçün hər il BMT-yə üzv dövlətlərin başqa qrupunun nümayəndəsi Baş məclisin prezidenti seçilir.
Baş məclisin işi iki prosedur komitəsi tərəfindən əlaqələndirilir və əhəmiyyətli dərəcədə təşkil edilir: baş məclisin prezidentindən, prezident müavinindən və yeddi əsas komitənin başçılarından ibarət Baş komitədən, habelə Mandat komitəsindən ibarətdir.
Əsas komitələr Baş məclisin gündəliyinə daxil olan məsələləri qabaqcadan gözdən keçirirlər və geniş iclasda baxılmaq üçün (sorğu olarsa) baş məclisə tövsiyə verirlər. Əsas komitələrə aiddir:
Birinci: Silahsızlaşdırma və beynəlxalq təhlükəsizliyin əlaqəli məsələləri komitəsi
Xüsusi siyasi komitə
İkinci: İqtisad və maliyyə komitəsi
Üçüncü: İctimai, humanitar və mədəniyyət komitəsi
Dördüncü: hamilik və muxtariyyəti olmayan ərazilər komitəsi
Beşinci: İnzibati və büdcə komitəsi
Altıncı: Hüquq komitəsi
Xüsusi siyasi komitə əsasən Birinci komitənin işinin yüngülləşdirilməsi məqsədi ilə yaradılmışdır. Daha iki daimi komitələr mövcuddur: Əmanətlər üzrə komitə və İnzibati və büdcə məsələləri üzrə məsləhətçi komitə. Yardımçı və xüsusi komitələr (ad hoc) zaman-zaman ayrı-ayrı problemləri həll etmək üçün yaradılır. Baş məclisdə səsvermə, Təşkilatın iştirak edən üzvlərinin səslərinin üçdə-iki hissəsinin tələb edildiyi aşağıdakı hallar istisna olmaqla, adi əksəriyyətlə həyata keçirilir:
— beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə tövsiyələr,
— Təhlükəsizlik şurası müvəqqəti üzvlərinin seçilməsi,
— İqtisadi və ictimai şura üzvlərinin seçilməsi,
— Birləşmiş Millətlər Təşkilatına yeni üzvlərin qəbulu,
— Birləşmiş Millətlər Təşkilatı üzvlərinin hüquq və imtiyazlarının dayandırılması,
— Təşkilat üzvlüyündən kənar edilmə,
— himayə sisteminin fəaliyyətinə aid məsələlər,
— büdcə məsələləri,
— Məclisin (iştirak edənlərin və səs verənlərin adi çoxluğunun) mülahizələrinə görə, vacib olan və səslərin üçdən-ikisini tələb edən digər məsələlər. BMT-yə ödəmələrdə borcları olan təşkilat üzvləri, əgər borc əvvəlki iki il ərzində ödənilən məbləğlərə bərabərsə yaxud ondan artıqsa, səsvermə hüququnu itirirlər. İstisnalara o hallarda verilir ki, dövlətin iradəsindən asılı olmayan səbəblərdən borcun ödənmədiyini Baş məclis qəbul etsin.
Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin əsas hissəsi regional qruplar prinsipi üzrə qurulur, məsələn: Afrika dövlətləri, Asiya dövlətləri, Latın Amerikası dövlətləri, Qərbi Avropa dövlətləri və digər dövlətlər. Amerika Birləşmiş Ştatları səsvermə məqsədlərindən ötrü Qərbi Avropa dövlətləri və Digər dövlətlər qrupuna daxil edilmişdir.
Təhlükəsizlik şurası beş daimi üzvdən — Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa və Baş məclis tərəfindən iki illiyə seçilən on müvəqqəti üzvdən (onların dalbadal ikinci müddətə seçilməmələri şərti ilə) ibarətdir. Təhlükəsizlik şurasının daimi işləməsi üçün üzv dövlətlərin nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında daimi olmaları vacibdir. Təhlükəsizlik şurası, BMT-yə üzv dövlətlərin adından və Təşkilatın Nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərərək, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına birbaşa cavabdehlik daşıyır. BMT üzvləri, öz növbələrində, Nizamnaməyə uyğun olaraq, Təhlükəsizlik şurasının qərarlarını bəyənirlər və onları yerinə yetirirlər.
Təhlükəsizlik şurasının səlahiyyətləri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin VI və VII fəsillərində göstərilmişdir. Təhlükəsizlik şurası, VII fəsilə müvafiq olaraq, əgər mübahisəli məsələlər yaxud mövcud vəziyyət dövlətlər arasında münaqişələr baş verməsinə gətirib çıxara bilərsə, dövlətlərin xahişi ilə bunların təhqiqatını aparmaq hüququna malikdir və beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaranacağı təqdirdə onları dinc yolla nizamlamağa çalışır.
Əgər Təhlükəsizlik şurası asayiş üçün təhlükənin, qanun-qayda pozuntusunun yaxud təcavüz aktının mövcudluğunu təsdiq edərsə, onda o, VII fəsilə müvafiq olaraq, sülhün və təhlükəsizliyin qorunması yaxud bərpa edilməsi üçün hansı tədbirlər görülməli olduğunu həll etmək hüququna malikdir; həmin tədbirlər dinc səciyyə daşıya bilər, ancaq zəruri hallarda quru, dəniz və hava hərbi qüvvələri istifadə edilə bilər. BMT-yə üzv dövlətlər tərəfindən silahlı qüvvələr verilməsi Təşkilat Nizamnaməsinin 43-cü maddəsində nəzərdə tutulub və həmin dövlətlərlə Təhlükəsizlik şurası arasında bağlanan təsdiqlənmə haqqında xüsusi razılaşmalarla möhkəmləndirilməlidir.
Təhlükəsizlik şurası Baş məclisə illik, zərurət olduqda xüsusi məruzələr, o cümlədən, tapşırılmış vəzifələrin uğurla həyata keçirilməsi üçün mövcudluğu vacib olan yardımçı orqanların (məsələn, Fələstində barışığın şərtlərinə əməl edilməsinə nəzarət üzrə BMT orqanı) yaradılması planları təqdim etməlidir.
Baş məclis yaxud BMT-yə üzv dövlət (yaxud, müəyyən durumlarda, BMT üzvü olmayan dövlət də) Beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirə biləcək münaqişələri yaxud durumları Şuranın diqqətinə çatdıra bilər.
Təhlükəsizlik şurasında baxılan münaqişəyə cəlb edilən istənilən dövlət, Şura üzvü olmasa da, onun BMT üzvü olub-olmamasından asılı olmayaraq diskussiyalarda iştirak etmək hüququna (səs hüququ olmadan) malikdir. Eyni şərtlər münaqişə edən tərəf və Təhlükəsizlik şurası üzvü olmayan, ancaq münaqişədə zərərdidə olduğu Şura tərəfindən qəbul edilən BMT-yə üzv-dövlətlərə də şamil edilir.
BMT Nizamnaməsinin 27-ci və 109 (1)-ci maddələrinə müvafiq olaraq qərar qəbul edilməsi üçün «lehinə» doqquz səs, o cümlədən daimi nümayəndələrin yekdil həmrəylikdə olması vacibdir; istisnaları (a) prosedur məsələləri üzrə və (b) Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin yenidən baxılması üzrə keçiriləcək Konfransın təşkili, eləcə də vaxtının və yerinin təyini üzrə səsvermələr təşkil edir ki, burada Təhlükəsizlik şurasının istənilən üzvlərinin doqquz səsi tələb edilir. Nizamnamə çərçivəsində səsvermə zamanı bitərəf qaldıqda izahat tələb olunmur. Nizamnaməyə düzəlişlər Şuranın bütün daimi üzvləri tərəfindən təsdiq edilməlidir. «Yerli münaqişələrin regional razılaşmalar vasitəsilə sülh yolu ilə nizamlanmasının» 3-cü paraqrafının «Münaqişələrin sülh yolu ilə nizamlanması» başlığının 52-ci maddəsinə uyğun olaraq Təhlükəsizlik şurasının mübahisəyə cəlb edilmiş üzvü səsvermədən imtina etməlidir.
EKOSOS (uyğun olaraq ing. ECOSOC) Baş assambleya tərəfindən seçilmiş əlli dörd üzvdən ibarətdir və başqa beynəlxalq hökumət və qeyri hökumət təşkilatları ilə birlikdə Assambleya qarşısında aşağıdakı cavabdehlikləri daşıyır:
a) həyat səviyyəsinin yüksəldilməsi, tam məşğulluq və iqtisadi və sosial inkişaf şəraiti;
b) beynəlxalq iqtisadi, sosial, sanitar və qonşuluq problemlərinin həll edilməsi, mədəniyyət və təhsil sahəsində beynəlxalq əməkdaşlıq;
c) irqindən, cinsindən və regional mənsubiyyətlərindən asılı olmayaraq əsas azadlıqlara, insan hüquqlarına ümumi hörmət və riayət etmə;
Şura ildə iki dəfə çağırılır: apreldə Nyu-Yorkda və iyulda Cenevrədə. Qərar Şura üzvlərinin iştirakçılarının və səs çoxluğu ilə qəbul edilir. İqtisadi və sosial şura dörd daimi komitəni, on bir daimi ekspert qrupunu, müxtəlif vəzifəli komissiyaları və beş regional komissiyanı, həm də müxtəlif ad ekspert qruplarını özünə birləşdirir.
Daimi komitələrə aiddir: qeyri-hökumət təşkilatları üzrə Komitə, proqramların koordinasiyası üzrə Komitə, təbii ehtiyatlar üzrə Komitə, inkişafın planlaşdırılması üzrə Komitə.
Vəzifəli komissiyalar:
Statistika üzrə komissiya
İnsan hüquqları üzrə komissiya (o cümlədən azlıqların müdafiəsi və diskriminasiya ilə mübarizə üzrə alt komissiya)
İqtisadi inkişaf üzrə komissiya
Qadın statusu üzrə komissiya
Narkotik üzrə komissiya
Əhali və inkişaf üzrə komissiya
Cinayət və ədalət üzrə komissiya
Elm və texnologiyanın inkişafı üzrə komissiya
Davamlı inkişaf üzrə komissiya
Mühacirlər üzrə komissiya
Yeni və bərpa edilmiş enerji mənbələri üzrə komissiya
Sosial və iqtisadi mühitdə BMT tərəfindən fəaliyyət göstərən regional komissiyaya aiddir
Avropa (Cenevrə) üzrə iqtisadi komissiya
Asiya və Sakit okean sahilləri boyu üzrə (Banqkok) iqtisadi və sosial komissiya
Latın Amerikası və Karib adaları üzrə (Santyaqo, Çili) iqtisadi komissiya
Afrika (Əddis-Əbəbə) üzrə iqtisadi komissiya
Qərbi Asiya (Bağdad) üzrə iqtisadi və sosial komissiya
Himayə sistemi Birləşmiş Millətlər Təşkilatı tərəfindən Nizamnamənin 77-ci maddəsi tətbiq olunmuş və bilavasitə maraqlı dövlətlər (artıq mövcud olan mandatları qüvvədə saxlamaqla) tərəfindən bağlanmış müqavilə ilə himayəyə götürülmüş ölkələrə kömək və ərazilərinə nəzarət məqsədilə yaradılmışdır. Saziş Baş assambleya tərəfindən təqdir edilməlidir. Məxfi funksiyaların yerinə yetirilmə prinsipləri 76-cı maddədə qeyd edilmişdir. On bir ərazi Birləşmiş Millətlər Təşkilatının himayəsi altına düşmüşdür və müstəqilliklərini qazanmışdırlar. Himayə üzrə şuranın işinin bununla tamamlanmasına baxmayaraq həmin ərazilər yenə də Təşkilatın diqqətini cəlb edə bilər, buna görə də qeyd etmək lazımdır ki, himayə altında olan ərazilər himayəçi dövlətlər tərəfindən məxfi vəzifələrin yerinə yetirilməsi haqqında sazişə əsasən birbaşa nəzarətdə saxlanılır; Himayə üzrə şuraya himayəçi-dövlətlər və Təhlükəsizlik şurasının daimi üzvləri daxildirlər; Himayə üzrə şura hər il Nyu-Yorkda öz sessiyasını keçirir, himayəçi-dövlətlərin məruzələrini qəbul edir, ərizələri qəbul edir və vaxtaşırı yoxlamaları təşkil edir.
Xüsusi siyasi komitə əsas etibarilə Birinci komitənin işlərinin yüngülləşdirilməsi məqsədilə yaradılmışdı.
BMT-nin beynəlxalq məhkəməsi Haaqada yerləşir və Birləşmiş Millətlər Təşkilatının baş məhkəmə orqanı sayılır. BMT-nin nizamnaməsinin ayrılmaz hissəsi sayılan öz Statusuna müvafiq olaraq fəaliyyət göstərir. Məhkəmə Baş məclis və Təhlükəsizlik şurası tərəfindən (bir-birindən asılı olmadan) doqquz illiyinə seçilmiş on beş yüksək ixtisaslı məhkəmədən ibarətdir. Üç ildən bir məhkəmələrdən beşi öz səlahiyyətlərini geri götürür (yeni seçki qadağandır); iki məhkəmə bir ölkənin vətəndaşı ola bilməz.
Məhkəmə həm xüsusi şəraitlərdə onun Nizamnaməsinin iştirakçıları sayılan dövlətlər üçün, həm də digər dövlətlər üçün açıqdır. Məhkəmənin yurisdiksiyasında iki rolu var: mübahisəli məsələlərin, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş müqavilələrdəki yaxud konvensiyalardakı hər hansı məsələnin dövlətlərin qarşılıqlı olaraq müraciəti və razılaşması ilə və BMT-nin ixtisaslaşdırılmış idarə yaxud təşkilat ilə təmsil edilməsinin hüquqi nöqteyi-nəzərdən şərh edilməsi. Məhkəmə qüvvədə olan beynəlxalq müqavilələrə və konvensiyalara, beynəlxalq ənənələrə və qanunların ümumi prinsiplərinə müvafiq olaraq qərar qəbul edir. Bundan savayı, məhkəmə praktikası da nəzərə alınır, tərəflərin razılığa gəlməsi halında isə — ex aequo et bono, yəni ədalətin və təbii qanunların ümumi prinsipləri.
Dövlət hər vaxt belə bir öhdəliyi qəbul etmiş, Məhkəmə yurisdiksiyasına bütün hüquqi məsələlər üzrə mükəlləfiyyətli olan hər hansı başqa dövlətə münasibətini bəyanat vermək hüququna malikdir. Onlar Statuaun («fakültativ maddə» adlandırılan) 36(2) maddəsində təfsilatı ilə sadalanmışdır:
a) qanunun şərhi;
b) beynəlxalq hüququn hər hansı məsələsi;
c) əgər beynəlxalq öhdəliyin şərtlərinin pozulması təyin olunmuşsa, hər hansı faktın olması;
d) beynəlxalq öhdəliyin pozulmasına görə təyin edilmiş ödəmənin xarakteri və miqdarı.
Birləşmiş Millətlər Təşkilatı
Yuxarıda göstərilmiş bəyanat şərtsiz yaxud tərəflərdən bu və ya digər dövlətin qarşılıqlı müqaviləsi ilə ola bilər; onlar təyin olunmuş müddətə qüvvədə olurlar. Əslində 36-cı maddəyə müvafiq olaraq ərizələrini təqdim edən 47 dövlət düzəlişlər etdilər.
Məhkəmənin rəsmi dili fransız və ingilis dilidir. Məhkəmə hər hansı dövlətin xahişi ilə onun hüquqlarını başqa dildən istifadə etməklə təqdim edə bilər. Mühakimə üsulu iki hissədən ibarətdir: yazılı və şifahi. Əgər Məhkəmənin başqa qərarı gözlənilmirsə yaxud tərəflər Məhkəmənin qapalı keçirilməsini tələb etmirlərsə bu zaman Məhkəmədə işə baxılma açıq keçirilir. Bütün məsələlər iştirak edən məhkəmələrin səs çoxluğu ilə həll edilir. Səslərin bərabər bölünməsi halında sədrin yaxud onu əvəz edən hakimin səsi üstünlüyü saxlayır. Məhkəmənin qərarı qətidir və şikayət edilməməlidir, həmçinin Məhkəmə daha sonra yeni səbəblərin mövcudluğunu təsdiq edə bilər və apelyasiya verilməsinə icazə verə bilər. Təsis edilən gündən Məhkəmə su və ərazi sərhədləri üzrə, milli məsələlər üzrə, diplomatik münasibətlər və girovlar götürülməsi halları ilə, 60 qərar çıxarmışdır, həmçinin 23 rəy vermişdir. Daha 9 mübahisə baxılmasını gözləyir.
BMT-nin Beynəlxalq məhkəməsini Bosniya sülh prosesinin araşdırılması üzrə mexanizm kimi, daha sonra Deyton müqaviləsinin bağlanmasına səbəb olan, Haaqada yerləşən Təhlükəsizlik şurası tərəfindən 1993-cü ildə əsası qoyulan Beynəlxalq cinayət tribunalı ilə qarışdırmaq olmaz, lakin tribunal hələ tam hüquqi potensial əldə etməmişdir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə müvafiq olaraq baş katib ən birinci inzibati vəzifəli şəxsdir və baş katib kimi Baş məclisin, Təhlükəsizlik şurasının, İqtisadi və sosial şuranın və Qəyyumluq şurasının bütün iclaslarında fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə olunan digər vəzifələri yerinə yetirir. Baş katib Təşkilatın işi haqqında illik məruzəni Baş məclisə çatdırır, eyni zamanda onun fikrincə beynəlxalq sülhə və asayişə təhlükə törədə bilən hər hansı məsələni Təhlükəsizlik şurasının nəzərinə çatdırır. Baş katib Təhlükəsizlik şurasının tövsiyəsi ilə Baş məclis tərəfindən beş illik müddətə təyin edilir. Baş katib Təşkilatın heyətinin Baş məclis tərəfindən təsis edilmiş nizamnamələrə uyğun olaraq təyin olunmasına cavabdehlik daşıyır. Heyətin seçilməsi şəxsi xidmətlərinə görə həyata keçirilir, lakin nümayəndələr həm də coğrafi əlamətlərinə görə seçilirlər. Baş katib və onun tabeçiliyində olanlar beynəlxalq vəzifəli şəxs statusunu alırlar və başqa ölkələrin hakimiyyət yaxud hökumətlərindən təlimat ala bilməzlər; ölkələr öz tərəflərindən — Təşkilatın üzvləri onlara təzyiq göstərməməyə borcludurlar.
Sülhün saxlanmasında BMT-nin əməliyyatları
BMT-nin Nizamnaməsi dövlətlərin suverenliyi prinsipinə əsaslanır, ölkələr arasında sülhün və təhlükəsizliyin saxlanmasını nəzərdə tutur, lakin dövlətlər daxilində sülhməramlı əməliyyatları ört-basdır edir. Bununla belə baş katib və Təhlükəsizlik şurası belə əməliyyatların aparılması üçün xüsusi mandatları tez-tez çıxarırlar. Cəlb edilmiş dövlətlər öz razılıqlarını bildirməlidirlər, sülhməramlı silahlı qüvvələrin istifadə edilməsi zamanı bitərəflik haqqında qanunlar isə detallaşdırılmalıdır. Əsas şərtlər ondan ibarətdir ki, sülhməramlı qüvvələr heç bir halda mübahisənin nəticəsinə müdaxilə etməyə yaxud belə halda məlumatlı olduqlarını sezdirməyə bəhanə verməyə cəhd etməyəcəklər və yalnız bilavasitə hücum yaxud az inandırıcı olsa da onların mülkiyyətinə qəsd halında güc tətbiq edəcəklər. BMT-nin baş katibi «günün sülh üçün gündəliyi»ndə «qəbul, eyni zamanda münaqişələrin qarşısını alan və sülh yaradan» kimi sülhməramlı fəaliyyətlərini təyin edir. Sonra o, fəaliyyətlərinin öz aralarında əlaqəli olan dörd formasını göstərir.
Birləşmiş Millətlər Təşkilatı
1. Önləyici diplomatiya — tərəflər arasındakı mübahisənin qabağının alınması üzrə fəaliyyət, mübahisənin toqquşmaya keçməsinə yol verilməməsi yaxud əgər artıq belə yer varsa, toqquşmanın lokallaşdırılması.
2. Sülhməramlılıq — düşmənçilik edən tərəflər arasında dinc qaydalarla razılığa nail olmaq. Bu qaydalara aiddir: danışıqlar, sorğular — məlumat toplama, barışıqlar, arbitraj, ərazi təşkilatlarına kömək və müqavilələr. Adətən maraqlı tərəflər silahlı qüvvələrin ya da BMT polisinin və çox vaxt — mülki şəxslərin köməyinə əl atırlar.
3. Sülhün qurulması — toqquşmaların baş verməsinin qarşısını almaq məqsədilə sülhün möhkəmləndirilməsinə yönələn fəaliyyət.
4. Sülhə məcbur etmə — əgər tərəflər tabe olmaqdan imtina etsələr Birləşmiş Millətlər Təşkilatının həm bu, həm də digər tərəfə məcburi tədbirləri tətbiq edərək atəşin kəsilməsi üçün qoşunların sürətlə cəlb olunmasına razılıq vermək fəaliyyəti. Belə əməliyyatlar yalnız Təhlükəsizlik şurasının icazəsi ilə keçirilə bilər. 1948-ci ildən başlayaraq BMT 31 əməliyyata (müşahidəçi yaxud sülhün saxlanması üzrə) icazə vermişdir, onların sırasında — Təşkilatın fəaliyyətinin vüsəti nümayiş etdirilir — Qərbi Saxarada referendum keçirilən zaman BMT-nin missiyası, Tacikistanda BMT-nin müşahidəçilərinin missiyası (UNMOT), BMT-nin Ruandaya kömək missiyası (UNAMIR) və BMT-nin Kiprdə sülhməramlı missiyası.
Sülhün saxlanması üzrə əməliyyatlar departamenti baş katibin tabeçiliyindədir.
Müəllif Ralf Corc Felthem
Mənbə Diplomatın stolüstü kitabı
Həmçinin bax: BMT-nin əsas orqanları