Bir proqramçının sevgi məktubu

Bir proqramçının sevgi məktubu

Sözlərin bəziləri termin olduğundan ingilis dilində olduğu kimi qalıb ancaq asanlıqla başa düşülür, çox maraqlıdır buyurun oxuyun.
Əzizim… Artıq içimdə saxladığım duyğuları unzip etməyimin vaxtı gəlib çatdı. Səni RAM-ının götürə bilməyəcəyi qədər çox sevirəm. Sənə qarşı bütün protect-lərim disable vəziyyətdədir. Səni ilk gördüyüm anda formatlandım. Bütün cache-lərim dayandı, shadow RAM-larla ayaq üstə dayanıram.

sevgi məktubu

Mənə elə bir sistem transfer etdin ki, heç bir əmr artıq məni səndən ayıra bilməz. Səndən başqa hər şey mənim üçün bad command or file name-dir. Səninlə çoxlu mühitlər daxil olmaqla, hər mühitdə xoşbəxt ola biləcəyəmi bilirəm. Sənin megahertz-in məni də odlayır. Baxışların məni dərindən scan edir.
Sənə çox güvənirəm, bu məktubumu başqasına forward etməyəcəyini də çox yaxşı bilirəm. Mən, səninlə evlənmək istəyirəm. Səninlə xoşbəxt bir şəbəkə meydana gətirmək istəyirəm. TCP/IP netBEUI, IPX/SPX hər cür protokolda uyğunlaşırıq səninlə. Bilirəm, sən məndən olduqca gəncsən, amma, tanışım yaxşı bir təchizatçı var, özümü sənin üçün upgrade etdirə bilərəm.

Evlənməmişdən əvvəl Dr Web–dən görüş istədim. İkimiz də ağıllı bir anti-virusdan keçəcəyik. Narahat olma, tanımadığım lisensiyasız software-lərlə əlaqəm yoxdur. Sənin üçün hardware çox gözəldir deyirlər, ancaq bilirsən ki, mənim üçün software gözəlliyi hardware gözəlliyindən qabaqda gəlir.

Sevgim mənim, səninlə biz çox DVD-lər seyr edəcəyik. Sənə evlilik il dönümündə 24 sürətli Rewritable DVD alacam. Çəhrayı masamızda, içində hard disk-lərimiz olacaq. Tətillərimizdə ikimiz də bir Windows səyyahı olacağıq. Daha sonra da ver əlini, Internet. Sənə gözəl görünmək üçün elə çox çalışacağam ki, üç həftə sonra qarşına 21 inch plazma ekran kimi çıxacağam. Ondan sonra istəsən məni divarına belə asa bilərsən.

Axşamlar dizlərinin üzərində notebook kimi yatacağam. Əsla yuxu rejiminə keçməyəcəyəm.

sevgi hekayələri

Sevgilim mənim...
Biz səninlə işıqları söndürüb, qucağımızda klaviatura səhərlərə qədər Facebok-da söhbət edəcəyik. Twitterdə xoşbəxt günlərimizi tweet edəcəyik.

Ancaq ilk illərdə səndən bir az qənaətli olmağını istəyəcəyəm, onun üçün screen saver, standbye rejimi və s. Başa düşürsən də yəqin bir qədər diqqətli olmağını istəyəcəyəm. Salonumuzun əsas hissəsinə atamın köhnə 8 MHz 10 megabayt-lıq 8088 kompüterini qoyacağam, yanına da 5,25-lik disketlər… O dizayn nostalji olacaq. Hətta yeni il axşamları tetris filan oynaya bilərik. Özümüzü həmişə inkişaf etdirəcəyik, zaman hansı RAM-ı tələb edirsə, tətbiq edəcəyik. 

Bir-birimizdən fikir download-ını qürur məsələsi etməyəcəyik. Aramızda ayrı, qeyri olmayacaq, «bu şəbəkənin serveri mənimdir»- deməyəcəyik heç bir zaman. Gəl mənimlə, qarşımızda bir-birimizlə bölüşəcəyimiz, açılmış bir həyat var. Səni almaq üçün Serverini göndərən o hərifin saytını crack etdim. Mən ənənələrə sadiq qalmaq istəyirəm.

TV kartını qız tərəfi alır həmişə. Səni, cehiz sandığında illərlə yığdığın CD-ROM-larla gözləyirəm. Mən də sənə Ebay-dan beş daşlı üzük sifariş vermişəm artıq… Nikahımızı da Real Player-in müşayəti ilə keçirəcəyik… Home pages-indəkilərə də çoxlu salamlar, CPU-im daim səninlədir.

Qeyd: CPU-imdəki bu atəşi heç bir fan söndürə bilməz. Əgər connection istəyimə reply etməsən boot-uma virus salacam.
Həmçinin bax:Sevgi etirafı, sevgi testi, o qəlbini sevdi

Mənbə: İnternet resursları
Top