Azərbaycanda yaşayan ən qədim xalqlardan biridə Yahudilərdir. Tarixi olaraq, Azərbaycan Yahudiləri Cuhuro, Aşkenaz, Gurjim kimi qruplara bölünür. Azərbaycan bir müddət Krımçaklar, Kürt Yahudiləri, Buxara Yahudilərinə və İbrani köklü olmayan Subbotnik və Gər Yahudilərinə də ev sahibliyi etmişdir. 2002-ci il qeydlərinə görə, Azərbaycandakı Yahudilərin sayı 8900 nəfər olmuşdur və bunların 5500-ünü Dağ Yahudiləri təşkil etmişdir.
Bir neçə min nəfər də, azərbaycan tükləri ilə qarışıq evlilikdən gəlmişdir.
Yahudilər hazırda Bakı, Sumqayıt, Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə, dünyada Dağ Yahudilərinin sayına görə ən sıx məskunlaşılan ərazidir. 1920-ci ildən bəri isə, Şamaxı rayonunda demək olar ki Yahudi ailəsi yoxdur. Yahudilərin yaşadığı yerlərdən biri də Göyçaydır.
Yahudilərin, Azərəbaycana köç etdiyi dövrlərdən bəri Göyçayda yerləşsələrdə hazırda Göyçayda çox az Yahudi ailəsi qalmaqdadır. Yahudilərin say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən biridə Oğuz rayonudur. Hətda Oğuzda Cuhudlar məhəlləsi deyilən bir qəsəbə var. Həmin ərazidə Yahudilərin 2 böyük Sinaqoqları var. Bundan başqa yahudilər Yevlax, Bərdə və Şirvan bölgəsində də məskunlaşmışlardı ama müəyyən müddət sonra müxtəlif səbəblərdəm artıq o bölgələrdə yahudilər qalmamışdır.
Tarixə baxış:
Bizim coğrafiyada, Azərbaycan türkləri ilə Yahudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Arxeoloji qazantılar zamanı Bakı ətrafında yeddinci yüzililiyə aid bir Yahudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub şərqində köhnə Sinaqqoqa rast gəlinmişdir.
Bakıdakı ilk dini bina 1862-ci ildə qurulmuşdur. Bu bina 1896-cı ildə Sinaqoqa çevrildi. 19-cu yüzlilliyin sonlarında daha bir neçə Sinaqoq inşa edildi. İlk qurulu Sinaqoq, 1910-cu ildə Bakıda istifadəyə verildi.
19-cu əsrin sonlarında, Rus işğalı altındakı Bakı Sionizm hərəkatının mərkəzlərindən biri oldu. «Hovevei Zion” 1891-ci ildə quruldu və buna 1899-dakı ilk Sionist təşkilat nəzarət etməyə başladı. Bu hərəkət qısa olan Azərbaycan Demokratik Cümhuriyyətində də güclü idi. 1919-cu ildə Yahudi Xalq Universiteti açıldı; müəyən aralıqlarla Yidiş, İbranicə, Cuhuricə məktəblər lokallar xeyriyyə qurumları və mədəniyyət mərkəzləri fəaliyyət göstərdi.
Sovetlərin qurulma prosesində Azərbaycanlılarla yanaşı yahudilərədə təzyiqlər olunmağa başladı. Bütün Sionist fəaliyyətlər və İbranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz Dağ Yahudi ailəsi, Azərbaycan və Dağıstandan ayrılıb, İsrailə öz tarixi ata-baba yurdlarına yerləşdilər. 1970-ci ildə isə köç yasağınınn qaldırılmasıyla xeyli sayda Yahudi İsrailə köç etdilər.
Azərbaycan Yahudilərinin ən sıx olduğu 1970-ci ildə, ölkədə 41288 nəfər Yahudi var idi. Bunların üç mini 1971 və 1978-ci illər İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi. Dağ Yahudilərinin bügün Nyu-York, Vaşinqton və Torontoda tanınacaq dərəcədə böyük topluluqları var.
Dağ Yahudiləri:
Dağ Yahudilərinin mənşəyi və Qafqazda yerləşmələriyrilə bağlı çoxlu ehtimallar mövcuddur. Onlardan biri, Tatlar və Dağ Yahudilərinin çox uzun zamanlardan Qafqazda yaşamağıdır. Tarixi qaynaqlara görə, Milladdan əvvəl 722-ci ildə Assuriyalıllar tərəfindən sürgünə göndərilən, itmiş 10 Qəbilə bir müddət sonra Əhəmənilər və Sasanilər tərəfindən sıxışdırılaraq Cənub-Qərbi İrandan Dağıstana köç etmişlərdir..
Bu ehtimallardan daha realı Dağ Yahudilərinin Erkən Orta əsrlərinin əvvəllərindən İrandan, ya da Ərəb işğalları səbəbiylə Bizans İmperiyasından gəldiyidir. Kür çayının sol yaxasında Albaniyaya yerləşən Yahudilər Şimal qonşuluqlarındakı Qıpçak, Xəzər, Xaqanlığıyla təmasa keçməsidir.
Yahudilərlə Qafqaz türklərinin isti münasibətləri o qədər irəli getmişdi ki, Xəzər imperiyası, Yahudiliyi qəbul edərək 790-cı ildə dövlət dini olaraq elan etdilər.
Bunu yüzillər boyunca izləyən Dağ Yahudiləri, Şimala doğru hərəkət edərək Oğuz türklərinin bölgəyə yerləşməsinə yol açdılar. Nüfuzlarındakı artım İrandan gələn Yahudilərlə dəstəkləndi. Orta əsrlərin sonlarında Gilan Yahudiləri bölgədəki Yahudilərlə iqdisadi və mədəni əlaqə qurdular. Sovetlər zamanına kimi, ipəkçilik və qumaş ticarətini məşğuliyyətinə sahibləndilər. 1730-cu ildə Səfəvi dövlətindən ayrılan Quba xanı Hüseyn Əli xanın çıxardığı qərarla Yahudilər mülk sahibi oldular.
1926-cı ildə Sovet əhali sayımına görə toplam Yahudi əhalisinin 7500-ü Dağ Yahudisiydi. Sovetlər birliyinin son çağlarında Dağ Yahudilərinin sayı məlum deyildi. Çünki, Sovet İmperiyasının antisemit siyasətinin qurbanına çevrilməmək üçün özlərini Tat olaraq tanıtdılar. Araşdrımaçılar, Tat tayfasıyla Dağ Yahudilərinin eyni kökdən olduğu ehtimallarına şiddətlə qarşı çıxırlar.
Dağ Yahudiləri bu gün Azərbaycandakı Yahudi diasporasını təşkil etməkdədir. Tat dilinin bəlli bir ləhcəsi olan və Cuhuri deyilən bir dildə danışmaqdadırlar. Bu dilə Yahudi Tatcası da deyilir. Nüfuz varlığının çoxluğuna görə 2-dən artıq dil bilirlər.
Aşkenaz Yahudiləri:
Aşkenaz Yahudiləri Bakıya ilk dəfə olaraq 1811-ci ildə gəlmişdilər. Davamlı köçlər sayəsində 1910-cu ildə Aşkenaz Yahudilərinin sayı Dağ Yahudilərinin sayını keçmişdir. Daha çox neft zəngini olan Bakıya yerləşdilər. Rus imperiyasının öndə gələn neft şirkəti » Xəzər Qara Dəniz” şirkəti Alman yahudisi Rothschild ailəsi tərəfindən quruldu. Aşkenazlar 1940-cı illərin sonrarına qədər Azərbaycana köç etməyə davam etdilər. Bunların çoxunu II Dünya müharibəsi zamanı evlərindən çıxarılan Rus, Ukrayna və Belarusiyalı mühacir Yahudilər təşkil etdilər. Aşkenaz Yahudiləri Azərbaycan siyasətində aktiv rol aldılar. Kiyev mənşəli Dr.Yevsei Gindes Azərbaycan Demokratik Respublikasının Səhiyyə naziri vəzifəsinə gətirildi. O dövr tibb aləmində Gindesin danılmaz xidmətləri olmuşdur. Hetta Aşkenaz Yahudilərinin Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında iştirak etməyə nail oldular. Onlar yerli xalqın tərəfini tutaraq yadelli işğalçılara qarşı, azadlıq mübarizəsi aparırdılar. Dövlə-timizin parçalanmasını istəyən və xalqımızın daim zülm altında qalmasında maraqlı olan, bəzi qonşular kimi hadisələrə biganə qalmırdılar. 1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yahudi idi.
Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşke-nazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbıst danışmaqda xü-susi həfəs göstərirdilər. Yidiş dilini bilənlərin sayı məlum deyildi.
Digər Yahudi Qrupları:
Çar dövründən əvvəl yerli camaatın Gürcü Yəhuhudilərilə əlaqəsi olub olmadığı bilinmir. Lakin 1910-cu illərdə Gürcü Yahudilərinin Bakıdakı varlığı və onlara aid bir tədris mərkəzi olduğu məlumdur. Bu gün bir neçə yüz Gürcü Yahudisi Azərbaycana yaşamaqdadır.
1827-ci ildə Yahudi Aramicəsi ilə danışan Kürd Yahudilərindən bəziləri Azərbaycana yerləşdi. 1919-1939-cu illər arasında Bakıda bir Kürd Sinaqoqu mövcud idi. Sovetlər qurulduqdan sonra Stalin hökumətində xoş qarşılanmayan Kürd Yahudiləri 1951-ci ildə Qafqazdan çıxarıldı.
Dünyada yalnız 2500 nəfər olan Kırımcaklardan 1989-cu ildə 41 nəfəri Azərbaycanda yaşayırdı. Buraxara Yahudiləri isə 88 — nəfər idi.
Gerlər və Subbotniklər:
Gerlər və Subbotniklər Rusiyanın müxtəlif yerlərlərində 1820-ci illərdə Yəhudiliyi qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə Çar höküməti bu şəxsləri Cənubi Qafqaza əsasəndə Azərbaycana sürgün etdi. Buraya çatdıqlarında köhnə adı Həştərxan-Bazarı olan Cəlilabadın ən böyük məskunlaşma məntəqələrindən biri olan Privolnoyeye yerləşdilər. Bura sonralar Rusiyanın ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən biri oldu. Sovet dövrünün sonlarına doğru Ger və Subbotniklər Azərbaycandakı sayı 5000 nəfər idi. 1997-ci ildə isə yalnız 200 nəfəri qalmışdı. Bunların da əksəriyyəti, Rusiyaya köç etməyi planlaşdırdığından ölkədəki bu camaat yox olmaq üzrədir.
Əhalinin yaşayışı.
1960-cı illərin əvvəllərində Azərbaycan Yahudi əhalisində mədəni canlanma yenidən başladı. 1987-ci ildə Bakı və Sumqayıtda bir çox mədəni və Sionist təşkilatlar yenidən quruldu və Sovetlər birliyində ilk qanuni İbranicə dərslər Bakıda öyrədilməyə başlandı. ( Bu bir daha Azərbaycan xalqının yahudi xalqına nə qədər önəm verdiyini göstərir.)
Yahudi dillinin tədris olunması 1930 və 40-cı illərdə Kremlin tərəfindən qaldırılıb Yidiş və Cuhuri dil təhsili Rus dili ilə dəyişdirildi. Sovet İtifaqının çökməsinin ardından 1994-də dini təhsil verən bir yeşiva və 1999-cu ildə «Or Avner Habad” gündüz məktəbi açıldı. 1994-cü ildən bəri bir nəçə dövlət universitetlərində İbranicə təhsili başlayıb iki liseydə də seçmə fənn kimi təqdim edildi. Yahudilərin çalışmalarına həsr olunan „Or Avner Habad” mərkəzi isə 31 may 2007-ci ildə Bakıda açılıb. Bu mərkəz gündüz məktəbi, uşaq evi, qocalar evi, elm departamenti, kitabxana və s. xid-mətləri göstərmək məqsədiyə quruldu.
2007-ci il etibarı ilə Bakıda Aşkenazlara, Cuhurolara və Gurjimlərə xidmət edən üç Sinaqoq var. Bakıda ki, Cuhoroların sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Qubanın yaxınlığında Qırmızı Qə-səbədə iki, Oğuzda iki sinaqoq var. Privolnoyedəki Gerlərə aid sinaqoq, 1990-ci illərdən əhalinin azalması səbəbi ilə bağlıdır.
Avropanın ən böyük sinaqoqlarından biri 9 Mart 2003-cü ildə Bakıda açıldı. Ayrıca 2003-dən bəri xidmət göstərən bir də Yahudi məktəbi var.
Araşdırmamızdan da belə aydın olur ki, ölkəmizdə məskunlaşan, yerli əhali ilə səmimi münasibət qurmağı bacaran hər millət kimi yəhudilərdə ölkəmizin vətandaşları kimi qəbul edilərək nə dini, nə irqi əsaslarla, avropanın bir çox ölkələrindən fərqli olaraq ayrıseçkiliklə qarşılaşmayıblar. Bu bizi, Azərbaycan türklərini hər zaman basqa milətlərdən fərqləndirib.
Müəllif: Murad Salman