Döyməkabab, söyməkabab
Yenə çıxdım şəhərə bir zoohəvəslə. Azəri xalqını əmmamələməlimi Eskalatorda enərkən Əlbir olub bir ayı bir şir ilə Sürətnən qocalır hər şey Məkkəyə gedirsən ziyarətə Həmçinin bax:
Əyməkabab, uymakabab
Ciyərkabab, xiyarkabab
Cigərkabab, digərkabab
Şairkabab, anarkabab
Nazirkabab, nəzirkabab
Deputatkabab, debilkabab
Laçınkabab, Şuşakabab
Rəiskabab, rəzilkabab
Cəbhəkabab, Müsavatkabab
AMİPkabab, YAPkabab
MTNkabab, BABkabab
Demokratkabab, liberalkabab
Vətənkabab, gödənkabab
Bir də… arnamuskabab.Zoolama
İnsanlar axışır zooehtirasla
bir-birinin arxasıyla baxışır
zooetirazla, zooehtirasla.
Ax, pulum olsaydı
borcunu qaytarardım o zookafenin
o zooküçədən rahat keçərdim.
Ax, heç çaypulum da yoxdu,
zoocibim boşdu
Bir zoodost çıxsaydı
cibində də pul
gedib çay içərdik zooçayxanada
oturub söyərdik bu zoohökuməti
Ax, zootəhqir olunuram mən hər gün
Ax oğraş olmadan yaşadım bu qədər
Ax, zooməzələndilər mənimlə
yetər yəqin ki,
Ax necə qaçmaq olar bu zooməmləkətdən
Allah insaf versin bu zooğallara!Milli Məclis
yoxsa əmmamələməməlimi…?
Bəlkə əllaməliyək
Bəlkə əllatliyək
Bəlkə əllabələyək
Bəlkə əmmaşəlləyək
Bəlkə əmmahelləyək
Doxsan faiz lehinə,
buleyli,
On faiz əleyhinə
Buleyli
Ay buleyli, buleyli, buleyli…!Metro
uşaqların əlindən tutun
uşaqlar da sizin əlinizdən tutsun.
Hara getdiyinizi bilirsinizmi?
Evdən niyə çıxdınız
yadınızdamı?
İşsizlik yağır təbəssümünüzdən
Metro kömür mədəni deyil
siz də şaxtaçı deyilsiniz
Yer altında nə işiniz var?
Eskalatordan enərkən
lampalara əl vurmayın.
Çörəkpulu varmı cibinizdə?
Eskalatordan enərkən
burnunuzun içərsində iməcilik qurmayın
keçən qızlara göz vurmayın
baxmayın qafiyəli də olsa…
Eskalatorda qalxarkən
mitinq keçirməyin könlünüzdə
polislər baxır
Sağında dayanın eskalatorun.
Axşam evə kartof almalısan
Pulun varmı?
Ağır şeylər düşünməyin
kövrəkdi eskalatorun rezin kəməri…Təsbeh ilə
bezdirdilər bir sevən orğlanı
tənbeh ilə tənbeh ilə tənbeh ilə
Əlbir olub həmin ayı o şir ilə
tutdurdular o gözəl oğlanı
təşbeh ilə təşbeh ilə təşbeh ilə
Əlbir olub yenə o ayı o şir ilə
öldürdülər həmin o lazımlı oğlanı
təsbeh ilə təsbeh ilə təsbeh ilə
tənbeh ilə təşbeh ilə təsbeh ilə
hamı xorla oxusun:
tənbeh ilə tənbeh ilə tənbeh ilə
təşbeh ilə təşbeh ilə təşbeh ilə
təsbeh ilə təsbeh ilə təsbeh ilə
bir də xorla oxuyaq:
tənbeh ilə təşbeh ilə təsbeh ilə
P.S. də unutmayaq:
Əlbir olub həmin o ayı o şir ilə
yaşayırlar hələ də… təsbeh iləHər şey
divarın dibində qəlyan çəkən
bayatı haqqı!
And olsun tramvayın məftilinə
and olsun muftasına
and olsun şiələrin mollasına
sünnilərin müftisinə
köhnəlir hər şey
yeyilir
geyilir
dəyişir hər şey
deşilir hər şey
keçən əsrin poçt qutusunun əziz canıyçün
köhnəlir dəyişir hər şey
and olsun köhnə məktublara
ali məktəblərə
and olsun kəsr əməllərinə
Nyutonun qanunları haqqı
sinif rəhbərimizin canıyçün
köhnəlir hər şey
and olsun kommunist atamın
parlaq əqidəsinə
and olsun pioner qalstukuma
and olsun orta məktəbə
sovxoz üçün yığdığımız üzümlərə
özüm ölüm
İmam Hüseyn haqqı
hər şey elektron sürətilə qocalır
partiyamızın tək başıyçün
Mendeleyev cədvəlinin cəddi haqqı
and olsun Füzulinin şah beytinə
köhnəlir qocalır hər şey…
Nə deyəsi idim, yadımdan çıxdı.Ziyarət
Cəhənnəmə,
gedirsən ziyarətə
Ziyarət ziyafət deyil
Ayağı aç
qarnı yalın
cocuq var nə qədər
zarafat deyil
Məkkəyə getmirsən
Sən məzhəkəyə gedirsən
Mənim ağzım əyilməz
Sənin ağlın əyilib
Səccadəyə qul olunca
Get bir yetimin saçını öp
Ərəbin daşını öpüncə
Xəritədə Laçını öp!