Dərimizə gündəlik qulluq

Dərimizə gündəlik qulluq

Kosmetikanın birinci şərti dərinin təmizliyidir. Insanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir.

Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə də bütün bədənin dərisinin təmizliyi onun normal fəaliyyətinin və deməli, yaxşı zahiri görkəminin ən vacib şərtidir.

Sabun və sudan və yaxud gündəlik yuyunmaqdan başlayaq. Yuyunmaq üçün ən yaxşı su yumşaq sudur, yəni yağış və ya dağ çaylarından axan sudur. Şəhər camaatı isə xlorlu su ilə kifayətlənməli olur ki, bu da çox vaxt dərini qurudur, bəzən isə hətta dərinin qıcıqlanmasına və gicişmə verməsinə səbəb olur. Bunlardan çəkinmək üçün vanna hazırlayarkon suya boraks, duz, köpükləndnrici mayelər əlavə etmək, ya da həblərdən istifadə etmək lazımdır.

Bütun bədənin axşamlar yuyulması olduqca vacibdir. Ələlxüsus bu, iş günü ərzində toz, çirk, cürbəcür kimyəvi maddələr, yağlar və s. ilə qarşılaşanlara aiddir. Axşamlar dərinin toz və çirkdən yaxşı təmizlənməsi qan dövranını yaxşılaşdırır, dərin yuxu gətirir.
Dərini ancaq ilıq su ilə yaxşı yumaq olar. Soyuq su (14—20°S), ya da otaq temperaturlu su (21—28"S) dərini lazımi dərəcədə təmizləyə bilmir, ona görə də mütləq ilıq (34—38°S) su və sabunla yuyunmaq lazımdır. Normal və quru dərini neytral sabunlarla, bir qədər yağlı dərini isə bakterisid xassəli sabunla yumaq olar. Adam çox olan yerlərdə, məsələn, poliklinika, xəstəxana və kafelərdə işləyən qadınlar mütləq bakterisid xassəli sabunlarla yuyunmalıdırlar.
Ən yaxşısı duş altında yuyunmaqdır. Duş altında hər gün 5—6 dəqiqə yuyunmaq lazımdır. Sabunlanandan sonra bədəni bir qədər ilıq su ilə, ya da təzadlı (isti-soyuq) su ilə yaxalayırlar. Bunu belə eliyirlər: əvvəl bir qədər isti su ilə yuyunurlar, sonra soyuq su ilə... və bir neçə dəfə belə təkrar edirlər. Duşdan sonra ən çox tərləyən yerlərə (qoltuqaltı, ayaqlar və i. a.) tərə qarşı dərmanlar çəkmək olar.
Bəzən duşu (uşaqlarda) bədənə su tökməklə də əvəz etmək olar. Bu vaxt suya yumşaldıcı, turşuluq verən, ya da ot cövhərləri əlavə etmək yaxşıdır.
Su proseduraları zamanı çimmək üçün lazım olan bütün alət və vasitələr «əl altında» olmalıdır. Bu, sizə vaxta qənaət etməyə kömək edər, həmin vaxtı isə özü-nüzə qulluq etməyə sərf edə bilərsiniz.
Mənbə: Gözəlliyin sirri
Müəllif: Barbara Yaroşevskaya
Həmçinin bax:
Bədən dərisinə qulluq
Quru dəriyə qulluq
Dəri xəstəlikləri
Top