Yazmaq və sizlərə çatdırmaq istədiyim Bakıdakı metro sisteminin iş qrafiki yaxud Cəfər Cabbarlı stansiyasına 28 May stansiyasından keçid olduğunu çatdlrmaq deyil, vurğulamaq istədiyim metro çıxışlarında olan yüksək "səviyyə"dəndir. Demək istədiyim insanları təhqir deyil sadəcə tənqid etmək və yaxşılığa doğru dəyişiklikləri görmək istəməmdir yaxud da konstitusiyada hələ də qüvvəyə minə bilməyən qanunlar və onları icra etməyə can atan insanlardır.
Metro çıxışlarında bir vacibata çevrilən "dönər-xana"lar, birazca kənarda yerləşən "musiqi-xana" və uca səslə ətrafı feyziyab edən əla musiqilər. Qulaqları "can-canadır" eşitən təzəcə rayondan gəlmiş gənc görəsən nə düşünür, bəlkə elə həmin an öz yaşadığı rayona qayitmaq istiyir, yaxud da üzərində taksi yazılan avtomobildən gələn "o mənim olmalıdır" deyib dirəşən "səviyyəli" ifalar insanda görəsən nə təəssurat yaradır.
Metodan biraz uzaqlaşaq, budur önümüzə bir bina çıxır, və binanın divarlarında boş qalmış yerlərə yazılan "ibrətamiz" sözlər və saytlar, və həmçinin sevgi etirafları. Yox mertodan çox uzaqlaşdıq biraz əvvələ qayıdaq. Çıxışın tam sağında əyləşən bluetooth-lu gənclər, onlar daim axtarışdadırlar, şikarını gözləyən "aslanlara" bənziyirlər. Xeyir siz yanlış düşünürsüz bu elədə asan iş deyil, bluetooth üçün xüsusi adların seçilməsi vacibdir, nömrə yazmaq isə ideal sayılır. Yaxşı olar ki, çox dərinliyinə getməyim. Görəsən niyə bizdə başqa ölkələrdən yaxş?ı və insanlar üçün əhəmiyyətli şeylər götürülmür, görəsən nə vaxt bizim metrolarda da insanlar xaricdəki kimi kitab, qəzet yaxud jurnallar oxuyacaq, görəsən nə vaxt gənclərimiz telefonla oynamqadan əl çəkəcək, görəsən nə vaxt insanlar daha faydalı işlərlə məşğul olacaq, görəsən nə zaman bizdə yaşadığımız cəmiyyətdən razı qalacağıq.., sadaladıqca bitməyən ümüdlər və zamanın sonsuzluğuna arxalanan arzular boylanır. Bunu təklikdə edə bilmərik, gəlin hamımız birlikdə çalışaq və nəsə edək, uğurlu olacağımıza əminəm, məhz həndəsi silsilədəki kimi. Həmçinin bax: Metroda eynək mədəniyyəti, Like dilə gəlib, Hamburqda bir saat
Fəsillərdən asılı olaraq metronun tam çıxış hissəsində qurulan "shopping center" -ləri hələki vurğulamıram. Ən yaxşı halda isə birazca uzqda yerləşən "ailəvi restoranlardır". Mertonun çıxışlarından birinin birbaşa parka çıxması insanların işini asanlaşdırır. Parkın yaxşıca təmir olunub, bəzən konsertlər də olur amma bu sıxlıq bəzilərinə çox pis təsir edir, axı onlar romantik dəqiqələrdən məhrum olurlar. Onlara sakit və insanların mümkün qədər az olduğu yer lazımdır, əsas odur şərait olsun, oturmağa və az qala coşub-daşan romantik hisslər yaşamağa.