Metroda eynək mədəniyyəti

Metroda eynək mədəniyyəti

Hal-hazırda siz səhv düşünürsünüz, metroda eynək mədəniyyəti insan mədəniyyətinin ən yüksək vəziyyətidir. Bunu hər kəs bacara bilmir, bu istedad hamıya verilmir. Gün eynəklərinin metro və digər tamamilə gündən və onun şüalarından uzaq bir aləmdə istifadə edilməsi əslində sadə bir vəziyyət deyil. Hələ bizim eramızdan əvvəl Azıx mağarasında tapılan 18 yaşlı qızın alt çənə sümüyü ilə yanaşı həmçinin günəş eynəyi də tapılıb. Yüz illər sürən axtarışlardan sonra ele həmin qızın mağarada gün eynəyindən istifadə etməsi isbat edilib. Hələ min illər bundan əvvəllər yaşamış məşhur Alman alimi ömrünün düz 60 ilini bu işə sərf edir, ondan sonra yaşamış alimlər onu belə təsvir edirdi " o sankı cəmiyyətdən ayrılmışdı, anlamaq olmurdu nə iş görürdü və daima öz işini görürdü, hətta onun həyat yoldaşı onu "eynək dalınca qaçan cəsur adlandırırdı". Artıq illər keçmişdi və onun yolun oğlu davam etməliydi, əvvəlcə oğlu bunu etmək istəmirdi və israr edirdilər. Və budur artıq oğul bu işin dalınca gedir, gənc oğlana atasının uzun illər tapa bilmıdiyi metroda günəş eynəklərindən istifadənin məqsədlərini öyrənmək vacib idi.

Budur artıq araşdırmalar öz bəhrəsini verir və səbəb tapılır. Bunun səbəblərini apardığı müşahidələr cavablandırır. Artıq 2011-ci ildir, araşdırmalar hələdə davam edir, çox böyük əmək sərf olunub artıq tapmaq lazımdır. 28 May mertosu, qatarın gəlməyinə hələ 5 dəqiqə var, və gözümüzə 2 eynəkli "müasir gənc" dəyir. vaxt itirmədən onlara yaxınlaşırıq. Birinci gənc səbəbi müasirlikdə görür "mən modern insanam və günəş eynəyi əsil burda taxılmalıdır, və sizə etiraf edim ki bu qız tutmağı sürətləndirə bilər". İkinci gənçdə razılaşır və bunu katalizator adlandırır, biz səviyyəyik və eynək də bizə xüsusi səviyyə verir. Artıq illər boyu axtarılan mövzunun cavabı tapıldı. Bəli bu bir mücüzədir. bəli, bəli. budur işdə, tapıldı.,

Nə bilim bəlkədə insanların bu qədər dar düşünməsi cəmiyyəti inkişafdan qoyan bir amildir. Avropadan danışan və özünü müasir sayaq qız və oğlan gərək bilə ki Avropada metroda insanlar qəzet və kitablar oxumaqla məşquldur, bizde isə bəzilərində bu bluetooth  anlayışı və qız tutmaq məkanıdır. Yaxud bulvarda baxışma mədəniyyətinin en pik nöqtəsi olması görəsən insanımızı hara aparır, nömrə eşittirmək və bunu dərhal yazan və zəng edən qızlar Azropanın hansı mədəniyyətindən danışırlar. Artıq gözlər açılmalıdır və dəğrunu yanlışdan, düzü əyridən, mədəniyyəti mədə niyyətdən və həqiqəti yalandan ayırmaq lazımdır. Səhvi kimdəsə axtarmayın çünki tapa bilməyəcəksiniz əgər səhvin böyük hissəsini özünüzdə görə bilməsəniz.

Həmçinin bax: Metro çıxışları, Hamburqda bir saat, Milli striptiz

Top