Rezume və ya CV (ingilis dilində tərcümeyi-halın xülasəsi) forması iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi məlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Səliqəli yazılmış CV forması uğurun 50%-ni təşkil edir. CV forması elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.
İşəgötürənlər adamın nə edə biləcəyinə görə yox, sadəcə nə istehsal edəcəyinə, yəni hazır məhsula görə pul verirlər. Buna görə də artıq əldə olunmuş bilik və bacarıqlarınızı açıq göstərmək çox vacibdir, hansılar ki, keçmiş iş yerlərinizdə uğurlar gətirmişdir. Rezume yazarkən iş yerlərinizdə qazanmış və biləvasitə işinisə xeyir gətirmiş nailiyyətləri qeyd etmək tam məqsədəuyğun hesab olunur.
Bir çox CV formalarında şəkil yerləşdirmək ənənə halını alıb. Belə olduqda şəkil dokument xarakterli, rəngli və ya ağ-qara olmalıdır. Bu Sizin ciddiliyinizdən xəbər verəcək.
Rezumenin əsas məqsədi potensial işəgötürənin diqqətini cəlb etmək olduğuna görə, o aşağıdakı şərtlərə yaxın olmalıdır:
- Qısa (bir səhifədən çox olmamalı, ən uzağı iki);
- Kompyuterdə səliqəli hazırlanaraq keyfiyyətli printerdə ağ kağızda çap olunmalı;
- Oxumaq üçün rahat olmalı (müxtəlif şriftlər tətbiq olunmalı, müasir dizayna malik olmalı, və s.)
Hər bir Rezumeni nəzərdən keçirmək üçün sərf olunan vaxt 2-3 dəqiqədən çox olmur və əgər CV forması diqqəti cəlb etmədisə, deməli Rezumenin təqdimatı baş tutmadı.
CV formasının hazırlanması bu prinsiplərə arxalanmalıdır:
- Seçim (rezumenin məqsədinə uyğun gələn informasiyanı müəyyənləşdirmək);
- Dürüstlük (hər bir informasiyanı dəqiqləşdirmək və yoxlamaq mümkündür);
- Aktivlik (aktivliyə işarə edən fel istifadə edin: rəhbərlik edirdim, təlim keçirdim, layihələşdirirdim, planlaşdırırdım və s.)
Əgər tərtib etdiyiniz CV forması bu tələblərə cavab verərsə, fəaliyyət sahənizdən asılı olmayaraq sizin haqqınızda bir çox şeyi deyə bilər.
Beləliklə, CV forması özündə aşağıdakı məlumatları əks etdirməlidir:
- Şəxsi məlumat: Ad, Soyad və Atanızın adı mətnin ön hissəsində, nisbətən böyük və yağlı şriftlə yazılmalıdır. Ardınca doğum tarixinizi və ailə vəziyyətinizi, əlaqə vasitələrini qeyd edin.
- Təhsil /ali təhsilə/ daxilolma və bitirmə tarixləri qeyd olunmaqla oxuduğunuz ali və ya orta-ixtisas məktəblərini, iştirak etdiyiniz ixtisasartırma kursları barədə məlumatları sadalamaq lazımdır. Bunların ardıcıllığı ya əks xronologiya üzrə, ya da əhəmiyyət dərəcəsi üzrə yazıla bilər. Təhsil müddətdən nə qədər çox vaxt keçibdirsə, bu bölmə bir o qədər az vaxt tutmalıdır. Yeni məzunlar üçün bu bölmə daha yuxarıda qeyd olunur, çünki hətta təcrübə varsa belə bu daha az önəmli olur. Təhsildə əldə etdiyiniz mükafatları qeyd etmək olar, öyrəndiyiniz fənn və bilikləri sadalamaq olar, əgər onlar iddialı oldüğünüz vəzifəyə aidiyyatı varsa. Hətta diplom (buraxılış) işinin mövzusunu da qeyd etmək yerinə düşə bilər. Siz hətta ixtisas artırma kursları belə ayrıca bənddə göstərə bilərsiniz ki, peşəkarlığınız diqqəti çəksin.
- İş təcrübəsi və sahib olduğunuz bacarıq. Bu mühüm bir hissədə iş təcrübəsi xronoloji ardıcıllıqla geriyə qaydası ilə (son iş yeri göstərməklə) göstərilir. İşə başlama və bitirmə tarixini göstərmək lazımdır, təşkilatda (idarə, şirkət) və tutduğunuz vəzifəni göstərmək şərti ilə (onların sayı çox ola bilər, əgər karyeranız uğurlu olubsa), vəzifə öydəliklərinizin təsviri və əldə etdiyiniz nailiyyətləri hərəkət və dinamikanı ifadə edən sözlərdən faydalanın, məs.“artırdım”, “qənaət elədim”, “nail oldum”, və s. Həmçinin əvvəlki iş yerlərinizdən çıxmaq barədə məlumatı da qeyd edə bilərsiniz.
- Rezumenizdə bacarıq və qabiliyyətiniz barədə məlumatları qeyd edin. Bu bölməni iki hissəyə ayırmaq olar: Dil bilikləri və Kompüter bilikləri. Siz bu bölmələrdə uyğun olaraq dil bilikləriniz və kompüter bilikləriniz və bu bliklərin səviyyəsi barədə yazmalısınız. Dil biliyinizin səviyyəsini yazarkən oxuma, fikirlərinizi ifadə etmə, həmin dildə sənədlərlə işləmə səviyyənizi göstərməyiniz məqsədəuyğun olardı.
- Əlavə məlumatlar bölməsində isə özünüz haqqında işəgötürəni maraqlandıra biləcək məlumatları, yerləşdirin. Məsələn, diqqətli, məsuliyyətli, təmkinli, yenilikləri tez öyrənən, komandada işləmək bacarığı, sərbəst ünsiyyət qurmaq bacarığı və s. ola bilər. Sonda planlarınızla bağlı bir neçə söz və işləmək istədiyiniz faliyyət sahəsini də qeyd edə bilərsiniz.
- Digər fəaliyyət ayrıca bənd kimi o halda göstərilə bilər əgər əsas təcrübəniz kifayət etmirsə, və ya əvvəlki iş müddəti ilə paralel qaydada əldə olunub, və ya işdən kənar şəraitdə, və s. Adətən bunlar tələbə və ya məzunlar, dövlət idarələrində çalışanlar üçün, və ya uzun müddətli ödənişsiz məzuniyyətdə olanlara aiddir. Qadınlar üçün bu tarixin göstərilməsi azyaşlı uçaqların böyüdülməsinə aid oluna bilər. Bu halda göstərilən vaxt ərzində əlavə təhsil, və ya bilik əldə olunmasının göstərilməsi yaxşı hal hesab olunur.
- Əlavə məlumat: - xarici dilin biliyi (səviyyə göstərilməli: “mükəmməl”, “sərbəst”, “yaxşı”, “danışıq” və s.), kompyuter bacarıqları, proqramlaşdırma dilləri sürücülük vəsiqəsi, avtomobilin olması, peşəkar ictimai təşkilatlarda üzvlük və s. Xobbi hissəsini yalnız o halda göstərmək olarki,əgər bunun arzuladığınız işəaidiyyatı varsa. Siz hətta öış müsbət keyfiyyətləriniz göstərə ilərsini əgər bunlar sizin arzuladığınız işə yaxşı yerinə yetirməyə kifayət eləsə.
- Əgər sizin əlavə zəmanət məktubu təqdim etmək imkanınız varsa mütləq onu geyd edin.
- Şəxsi keyfiyyətlər. Məs. Ünsiyyət qurmaq bacarığı, zəhmətsevərlik, məsuliyyətli, dəqiqlik, kollektivdə işlımık bacarığı, aktivlik, analitik düşüncə qabiliyyəti, öhdliklərə məsuliyyətli yanaşma, təşəbbüskarlıq, dinamizm.
- Rezumeni yazarkən dürüst olmağa çalışın, çünki, doğru olmayan informasiya müsahibə zamanı ortaya çıxacaq.
CV formasında istədiyiniz məvacibi qeyd etmək lazımdır?
Gözlədiyiniz məvacibi tərcümeyihalda qeyd etmək lazım deyil, lakin mövcud əmək bazarında qiymətinizin bilinməyi vacibdir. Bu amil işin və işəgötürənin seçilməsində əsas zamindir.
Əgər Siz tərcümeyi-halınıza dəqiq və konkret təklif alacağınıza əminsinizsə və özünüzün məqsədyönlü olmayan təkliflərdən azad etmək istəyirsinizsə məvacib göstərilməsə tam yerinə düşərdi.
Məvacibi qeyd etməməklə, Siz iş axtarışı ilə bərabər real əmək bazarının təhlilinin aparılması imkana malik olursunuz.
Əgər Rezyumenizdə məvacibin qeyd olunmasını istəyirsinizsə, onda ən aşağı məbləğ həddini qeyd edin, yəni bu məbləğdən aşağı məbləğli təkliflərə nəzər yetirməyəcəksiz. Lakin, belə hallar daha çox xaricdə tətbiq olunur, və sizin buna əməl etməyiniz sərt şərtlərin ortaya qoyulması kimi də qiymətləndirilə bilər.
Siz öz rezumenizi istəyinizə görə tərtib edə bilərsiniz. Unutmayın, yaxşı hazırlanmış rezume böyük karyera yolununda mühüm addımınızdır!
Həmçinin bax: CV forması, hazır CV formasını yüklə, Necə CV forması yazmaq?, CV formasını yazmaq üçün