Aşağıda sadalanan əlamətlərdən ən az 5-i iki həftədir davam etməkdədirsə, təssüflə qeyd etməliyik ki, siz depressiyadasınız:
— Özünüzü davamlı olaraq kədərli, bitkin və ya gərgin hiss etmək;
— Həvəsin itməsi və gündəlik həyatdan zövq almamaq.
Məsələn, sevimli məşğuliyyət və ailə üzvlərinizlə ünsiyyətdən uzaqlaşmaq kimi.
— İştah və kiloda həddən artıq artma və ya azalma;
— Yuxusuzluq;
— Özünü günahkar, ümidsiz və çarəsiz hiss etmək;
— Fikir dağınıqlığı və ya qərarsızlıq;
— Narahatçılıq və durğunluq;
— Ölüm və intihar haqqında düşünmək və s.
Yuxarıda təqdim etdiyimiz tablo kədər, sıxıntı kimi gündəlik qayğılardan daha dərin və tibbi bir problemdir.
25-44 yaşları arasında depressiyanın sıxlığı ən yüksək həddə müşahidə edilir, xüsusilə də qadınlarda.
Depressiyanın müalicə olunmadığı hallarda ciddi problemlər yarana bilər ki, bunlar aşağıdakılardır:
— Ağır depressiya keçirən xəstələrin 15 %-i intihar edir;
— 55 yaşından yuxarı insanın depressiya keçirməsi halında intihar riski 4 qat daha artıqdır;
— Tez-tez depressiyaya düşən valideynlərin uşaqlarında depressiya 3 qat daha erkən yaranır.
Həmçinin bax:
— Depressiya əlamətləri
— Qadınlarda depressiya
— Depressiya və xanımlar
— Depressiya şkalası