Ayə və hədislərdən də bəlli olduğu kimi Kəbə insanlara məbəd olaraq yer üzündə tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulmuşdur. Allahu-Təala Qurani Kərimdə belə buyurur:
«Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar...» (Al-İmran 96)
Quranda İbrahim və İsmail peyğəmbərlər tərəfindən Kəbənin təməlinin qoyulması haqda Allahu-Təala belə buyurur: «O zaman İbrahim və İsmail evin(Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: «Ey Rəbbimiz!Bunu bizdən qəbul et!Həqiqətən, Sən Eşıdən, Bilənsən!» Kəbə, tarix boyunca bir çox dəyişikliklərə məruz qalmışdır. Müxtəlif dövrlərdə qismən ya da tamamilə yenidən inşa olunmuş və günümüzdəki halına çatmışdır. «Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?Onların üzərinə qatar-qatar quşlar göndərdi.O quşlar ki,onların üzərinə odda bişmiş bərk gildən daşlar yağdırdı.Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.» (Fil1-5) Kəbəni əhatə edən məscid isə Məscidulharamdır. Həcc və Ümrə səbəbi ilə butün dünya müsəlmanları buraya toplaşır.Bildiyimiz kimi,Həcc ziyarəti islamın əsaslarından(şərtlərindən) biridir.Allahu-Təala imkanı olan hər bir müsəlmana Həcc ziyarətini yerinə yetirməsini vacib buyuraraq Qurani Kərimdə belə buyurur: «Həqiqətən,aləmlərdən ötrü bərəkət və doğru yol göstəricisi kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir.Orada aydın nişanələr-İbrahimın məqamı vardır.Oraya daxil olanın təhlükəsizliyi təmin olunar.Evi (Kəbəni)ziyarət etmək insanların-yoluna gücü çatan hər kəsin-Allah qarşısında borcudur.Kİm bunu inkar edərsə,bilsin ki,Allahın aləmlərə ehtiyacı yoxdur.»(Al-İmran 96) Bu məscidin fəzilətinə dair bir neçə ayə və hədislər də varid olmuşdur. Bunlarda bəzilərini qeyd etmək istərdik. Cəbirdən(Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər(səllallahu aleyhi və səlləm) belə buyurur: «Mənim məscidimdə qılınan namaz digər yerlərdə qıldığınız namazlardan, Məscidulharam istisna olmaqla,min dəfə daha fəzilətlidir.Məscidulharamda qılınan namaz isə digər yerlərdə qıldığınız namazlardan yüz min dəfə daha fəzilətlidir.» Əhməd,İbn Məca. Digər bir hədisdə Rasulullah(səllallahu aleyhi və səlləm) belə buyurur: «Məscid-ul-haramdan,məscid-ul-Aqsadan və mənim məscidimnən başqa heç bir məscidi ziyarət etmək üçün səfərə çıxmayın.»Buxari, Muslim. Bu məscidin əfzəl bir yer oluduğu üçün imam əz-Zəhəbi «Kitəbu'l-Kəbəiri's-Suğra» adlı kitabında Məscid-ul-haramda ilhad(küfr) etməyi böyük günah adlandırır. «Kafir olub (insanları) həm Allah yolundan,həm də bütün insanlar-istər yerlilər istərsə də gəlmələr üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.» Peyğəmbər(səllallahu aleyhi və səlləm) buyurur: «Şübhəsiz ki,Allaha insanların ən azğını(düşmən) olanı haramda(Məscidu'l-Haramda) adam öldürəndir və ya qatili qoyub, başqasını öldürəndir.Yaxud da (birini) Cahiliyyə kini səbəbi ilə öldürəndir.» Hədisi Əhməd və başqaları rəvayət etmişlər. Şu'eyb əl-Arnavut hədisin həsən olduğunu deyir. (Osman əz-Zəhəbi;Kitəbu1l-Kəbəiri's-Suğra) Bu məscid bütün müsəlmanların qibləsidir. Onlar namaz qıldıqda Allahın əmrinə tabe olaraq üzlərini ona tərəf çevirirlər.Qurani Kərimdə Allah Sübhanahu və Təala belə buyurur: «Hara səfərə çıxsan,namaz qılıdıqda üzünü Məscidulharama tərəf çevir!Çünki bu,sənin Rəbbindən gələn haqqdır!Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.»(Bəqərə 149)
Kəbənin tarixində ən yadda qalan və çox ibrətli bir hekayə var. Zalım Əbrəhə ərəblərdən intiqam almaq üçün ordu toplayaraq, Kəbəni dağıtmaq qərarına gəlir. Ordusunun əsas güc mənbəyi isə başda Mahmud adlı fil olmaqla nəhəng fillər idi. Məkkə ərəbləri müşrik idilər, müxtəlif bütlərə sitayiş edirdilər. Lakin Kəbənin Allah evi olduğunu bilirdilər.Buna görə də, Əbrəhənin qoşunu artıq Məkkəyə yaxınlaşanda başda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmisi AbdulMutallib olmaqla, Kəbəni qoruyan ərəblər var-dövlətlərinin üçdə birinin əvəzində oraya toxunmamağı təklif etdilər. Amma Əbrəhə bu təklifə razı olmayaraq, Kəbəni məhv etmək qərarında inadla durdu.Vəziyyəti belə görən ərəblər Kəbənin qapısını halqasından yapışaraq, Allahdan düşməni məğlub etməsi barədə dua etdikdən sonra, qorunmaq məqsədi ilə Hira dağına və ətrafdakı təpələrə çəkildilər.Əbrəhənin qoşunu Allahın qəzəbindən qorxmasalar da, Mahmud adlı fil heç cür Məkkə tərəfə yönəlmir, yerə çöküb səs salmağa başlayırdı. Onlar bu halda ikən Uca Allah dəniz tərəfdən dəstə-dəstə quşlarını göndərdi. Ğöyərçindən bir az balaca olan, qağayıya bənzər bu quşların bədəni yaşıl, dimdikləri isə sarı rəngdə idi.Hər birində üç ədəd daş var idi:i kisi qırmızı ayaqlarında, biri isə dimdiyində.Ölçücə daşlar mərci dənəsi boyda olsalar da,möhkəm idilər,hara,kimə dəyirdisə,deşib keçirdi.Uca Allah külək də göndərdi.Beləliklə daşların dəydiyi kəslərin əksəriyyəti yerindəcə keçinir,digərləri isə yaralanaraq qaçırdılar.Belələrininin içində Əbrəhə də vardı.O,olanları danışdıqdan sonra ürəyi sinəsində yarılaraq,canını tapşırdı.Bu hekayə ilə bağlı Uca Allah Qurani Kərimdə «Fil» sürəsini nazil etdi
Allahu-Təala belə buyurur:
Həmçinin baxın: Müqəddəs Kəbə, Kəbə
Müəllif: Ləman Əliyeva/feqih.com