İntihar etmiş məşhurlar

İntihar etmiş məşhurlar

Cek Londonİntihar etmək üçün əsas səbəb pulsuzluq götürülsə də, bu belə deyil. İntiharı çıxış yolu kimi düşünürlər.

Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. Azens.az intihar edən məşhurları araşdırıb, onları sizə təqdim edirik:
* Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun 1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.
 *  Adolf Hitlerin 1945-ci il aprel ayının 30-da Berlinin ələ keçəcəyini yəqin etməsindən sonra sığınacaqda intihar etdiyi güman edilir. O yaxalanmamaq üçün ağzından atəş açaraq özünü öldürmüşdür.
*  Edqar Allan Po ABŞ-ın ilk qısa hekayələr yazan yazarıdır. Varlı insan tərəfindən oğulluğa götürülən Edqar sonradan yoxsulluöa düçar olur. 1849-cu ildə o, Baltimordakı xəstəxanada intihar etmişdir. Amma onun ölümü haqda hələ dəqiq məlumatlar yoxdur.
 *  Amerikalı yazıçı Ernest Heminquey həyatının son illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər.  Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının  babası və atası da həyatlarına intiharla son qoymuşdular.
Merilin Monro *  Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.
 *  Sergey Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın «Anqleter» otelində Yesenin özünü asaraq intihar etmişdir. Yesenin öz dövrünün ən böyük və səmimi şair idi.
 *  İstedadlı rəssam Van Qoq — «Taxıl zəmisində qarğalar» rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla intihar etmişdir. İçkidən çox istifadə edirdi, psixologiyasında ciddi problemlər yaşanırdı.
 *  İngilis pop müğənnisi Charles Haddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik dirəyindən atlayaraq intihar edib. 
 *  1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.

Mənbə: azens.az 
Top