Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir.
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir.
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.
İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.
Tunc dövründə əmək alətlərinin təkmilləşməsi və əmək məhsuldarlığın artması nəticəsində ayrılıqda götürülmüş bir ailə müstəqil təsərrüfat qurub, özünü dolandırmaq imkanı əldə etdi. Böyük icma təsərrüfatı xırda ailə təsərrüfatlarına parçalandı. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasında torpaq, meşə, otlaq və su hövzələri qəbilədəki kimi hamıya məxsus olsa da, əkin sahələri,əmək alətləri, mal-qara və digər əmək məhsulları indi qəbilədən fərqli olaraq ayrı-ayrı ailələrin ixtiyarında idi.
Paleolit dövrü (yun.παλαιός paleo — qədim və λίθος litos — daş) Ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş «Pre-historic Times» («Tarixöncəsi zamanlar») adlı kitabında daxil (kəşf) edib.
Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yaxın daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq paleolit, mezolit və neolit dövrləri adını almışlar.
100 min il əvvəl yer üzərində başlamıs soyuqlaşma 13 min il əvvəl istiləşmə ilə əvəz olundu. Istiləşma nəticəsində:
İstiləşmə nəticəsində qədim insanların əmək fəaliyyəti daha da genişləndi. Yığıcılıqla məşğul olan qadınlar əkinçiliyi kaşf etdilər. İlk əkinçilik «toxa əkinçiliyi» adlanırdı. İlk əkinçiliyin vətəni Ön Asiya, ilk əkinçilik bitkiləri isə buğda va аrpа olmusdur.
Qida aldə etmək, ümumi ocaq, birgə əmək, rabitəli nitq və yırtıcı heyvanlardan qorunmaq qədim insanları bir-birinə yaxinlaşdirırdı. «Ağıllıi insan „ların meydana gəlməsi ilə insan dəstələri daimi kollektivlərə çevrildi və qəbilə yarandı. Qəbilə birlikdə yaşayan və işləyən əmlakı ümumi olan qohumlar kollektivi idi.
Qəbilədə müxtəlif iş bölgüləri var idi:
Kişilər: ov edir, balıq tutur, gənclərə ovçuluq öyrədir və əmək alətləri hazır-layırdırlar.
Qadinlar: odu qoruyub saxlayır, dəridən paltar tikir, meyvə və bitki kökü yıgır, uşaqların qayğısına qalır və yemək hazırlayırdılar.
Ağsaqqallar: Qəbilənin idarəsinə, qidanın əldə edilməsinə, bölüşdürülməsi-nə və gənclərə ovçuluğun öyrədilməsinə nəzarət edirdilər.