Mobil telefon vasitəsi ilə ilk danışıqdan 10 il ötdükdən sonra Motorolla satış üçün nəzərdə tutulan DynaTAC 8000X modelini istehsal edir. Onun ağırlığı 1 kiloqramdan çox idi və qiyməti 3 500 dollar təşkil edirdi. Martin Kuper bu telefonların ölçülərinin böyük olduğu və bahalı olduqları üçün heç zaman dünya bazarında məşhur olmayacaqlarını düşünürdü.
Kompüterlər yalnız xarici ölçülərinə görə deyil, eyni zamanda funksional imkanlarına görə də bir-birindən fərqlənirlər. Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı entuziast Stefan Voznyak və Stiv Jobs fərdi kompüter yaratmış və onu APPLE adlandırılmışdır. Fərdi kompüterlərin kütləvi istehsalına isə 1981-ci ildən başlanmışdır.
Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1).
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:
Sistem bloku:
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
HP şirkətinin əsası kiçik bir qarajda qoyulub
Hewlett Packard (HP) Şirkəti ABŞ-da yerləşən məişət elektronikası korporasiyasıdır. HP dünyada ən böyük texnologiya şirkətidir və təxminən dünyanın hər bir ölkəsində fəaliyyət göstərir. Şirkət hesablama texnikası, müəssisə serverləri, müxtəlif diapazonlu printer məhsulları, fərdi kompyuter, noutbuk və netbuk, eləcə də kompyuter tipli telefonlar, məişət elektronikası, proqram təminatı istehsalı ilə məşğuldur.
HP satış baxımdan dünyada ən böyük texnologiya satıcısıdır. Bu göstərici üzrə Dell şirkəti ilə rəqabət aparır. HP həmçinin 2008-ci ildə 6-cı ən böyük proqram tərtibçisi seçilmişdir.
Disk sürücüsü
İş prosesində fərdi komputerdə az istifadə edilən disk sürücüsü disketlərə proqram və verilənləri yazmaq üçün təyin edilmiş qurğudur. Disk sürücüsünün köməyi ilə vacib sayılan proqram və sənədlərin surətlərini çıxartmaq, həmçinin lazım olan informasiyanı bir komputerdən digərinə ötürmək mümkündür.
İndiki zamanda fərdi komputerlərdə 3.5 dyumluq(və ya 89mm) disketləri işlədə biləcək disk sürücüsündən istifadə edilir. Belə disketlərdə 1.44 Mbayt infformasiya saxlamaq olar (əvvəllər istifadə edilən disketlərdə 720 Kbayt informasiya saxlanılırdı). Son zamanlar informasiya tutumu 2.88 Mbayt olan disketlərdən də istifadə edilir. Amma belə disketlər əlverişli olmadığı üçün az yayılmışdır.
Qeyd etmək lazımdır ki, fərdi komputerlərin əvvəlki modellərində 5.25 dyumluq (və ya 133 mm) disketlərdən istifadə edirdilər. Müasir dövrdə belə disketlərə təsadüfi hallarda rast gəlmək olar.