İnvestisiya — ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
— Xalq arasında: investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir,
— İş mühitində: İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir",
— Müəssisə səviyyəsinə görə: İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.
Lakin lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə qatılırlar. Beləliklə, lizinqin şərtləri bütün tərəflər üçün daha çevik və sərfəli olur. Lizinq iqtisadi inkişafa necə kömək edir?
Geyim mağazasının açılışından bir gün əvvəl onun sahibi peyda oldu. O, artıq dizaynı bəyənmiş, ticarət avadanlığına «hə» demiş, hətta çeşidin seçimi zamanı özü şəxsən iştirak etmişdi. Fikirli halda 400 kvadrat metr ticarət meydanını gəzdi. Hər şey yaxşı idi, lakin nə isə çatmırdı… «Bəs personal?!» — deyə o, dəhşət içində qışqırdı. Gülməyin, bu, olmuş əhvalatdır. Mağaza açanda nəyi unutmaq olmaz? Aşağıda naməlum qalmaq istəyən üç mağaza direktorunun köməyilə hazırlanmış check-list verilmişdir.
1. Mağazanın ideyasının seçilməsi. Ən vacib sual budur. Sizin satmağa hazırlaşdığınız şey bazara lazımdırmı? Seçilmiş sahədə mövcud rəqiblər necədir? Böyük, orta və ya kiçik mağaza? Fikirləşin, ticarətin təşkili forması necə olacaqdır – piştaxta, özünəxidmət və ya qarışıq? Bir mağaza, yoxsa şəbəkə?
2.Potensial alıcıların müəyyən edilməsi. Sizin mağazaya kimlər gələcək? Siz əminsiniz ki, sizin mallar onları maraqlandıracaq? Bunu siz belə hesab edirsiniz, yoxsa potensial alıcılar? Onlar yalan danışmamışlar ki? Mütləq məqsədli auditoriyanın nümayəndələri ilə qabaqcadan söhbət edin. Və qonşuluqda kimlərin yaşadıqlarını öyrənin.
3.Çeşid (assortiment). Təklif olunan malların hansı çeşidi sizin piştaxtada olacaq? Sizin rəqibləriniz nə satır və onların satdıqlarına tələbat varmı? Siz bu cür mallar satacaqsınızmı? Siz icarədarlar, bank filialı və ya mübadilə məntəqəsi, şəxsi mini-istehsal üçün sahələr ayıracaqsınızmı?
4.Maliyyə hesabları. Biznes-plan son dərəcə ciddi tərtib olunmalıdır. Xərclərin çox hissəsini qabaqcadan nəzərdə tutulmamış məsrəflər təşkil edir. Ona görə də, bütün hesablamalarınızı ikiyə vurun. İdeyanızı həyata keçirmək üçün kifayət qədər vəsaitiniz varmı? Yaxşısı budur ki,sonradan əmək haqqı verə bilməyəcəyiniz personalı işdən çıxarmaqdansa, maliyyə prioritetlərini dərhal yerbəyer edin.