Kişilər kateqoriyası üzrə məqalələr

Kişilər bunu bilməlidir!!!

Türkiyə mətbuatında, kişilərin qadınlarla münasibətlərində problemlər yaşamaması üçün tövsiyələr verilib. Bunün üçün kişilərin aşağıda göstərilən 10 şərtə əməl etmələri məsləhət görürülür.

1. Xanımınıza çox kökəlmisən bəlkə pəhrizə oturasan tərzində bir söz deməyin. Hələ ki onun dostlarının yanında heç dilə gətirməyin. Bəlkə də özünü qürurlu göstərmək üçün sizinlə razlılaşacaq. Lakin sonradan bu hərəkətinizlə onun gözündən düşə bilər və çox səs-küyə səbəb olacaq davalar yaşaya bilərsiniz. Sizə məsləhətim onu başqalarının yanında «geyimi, makiyajı, kilosu, saçı ve danışıq tərzi ilə» bağlı rəncidə etməmənizdir. Əksinə, onu başqalarının yanında tərifləməyə, ucaltmağa üstünlük verin.

2. Qadınlara "çox bədxərcsən, xüsusən də shoppinqə lap çox pul xərcləyirsən" deməyin. Çünki hər bir qadın gözəl geyinməyi, seçilməyi, fərqli görünməyi sevir. Və siz ona «bədxərcsən» dediyiniz an dava söz-söhbət yaşaya bilərsiniz.
Davamı →

Rənglər və qadınlar

QIRMIZI RƏNG – Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və şəndir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez uslana bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatca divanda oturub, televizora baxacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun.


YAŞIL RƏNG – “Yaşıl” xanım ideal qadındır: sabit, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma “yaşıllar” da qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meyllidirlər. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsiçox vacibdir. “Yaşıl” diqqətsizliyə, laqeydliyə dözə bilmir. odur ki, xanımınızın dünyada yeganə gözəl olduğunu tez-tez dilinizə gətirin.

Davamı →

Kişilərin xoşu gəlmədiyi xüsusiyyətlər

Kişi və qadın olmasından asılı olmayaraq heç bir insan ideal deyil. Bəzi hallarda insan, xüsusilə kişi və qadın arasındakı münasibətlərdə, özündən asılı olmayaraq başqalarını öz hərəkət və davranışları ilə qıcıqlandıra bilər. Bu məqalədə kişiləri qadınların davranışında qıcıqlandıran bəzi faktorlarla tanış olacağıq.

Beləliklə başlayaq :)

Punktuallığın olmaması. Qadınların naz-qəmzəsi nə qədər görməyə alışdığımız şeylər olsa da, onlara görüş yerinə gecikmək də xasdır. Bəli bu sadəcə 10 dəqiqə də ola bilər. Xırda, hətta əhəmiyyətsiz bir şey kimi görənsə də, əmin olun bu kişiləri çox qıcıqlandıra bilər :) Bəli, çoxlarınız deyəcəksiniz, indiyə qədər sevgilinizlə görüşə heç vaxt gecikməmisiniz :) bəziləriniz isə iddia edəcək ki, gecikməklə sevdiyiniz insanları yoxlamaq imkanı qazanırsınız. Üçüncü bir qisminiz isə, kişilərin onsuz da sizə elə bir yardımının toxunmadığını bildirməklə, onlardan qisas aldığınızı deyəcəksiniz :)
Davamı →

Kişilər daha çox yalan danışır

Kişilər qadınlardan daha çox yalan danışırlar. İngilis araşdırmaçılarının fikrincə, kişilər bu əməllərinə görə demək olar ki, vicdan əzabı çəkmirlər. «OnePoll» araşdırma şirkətinin əldə etdiyi nəticələrə görə, kişilər gündə 3 dəfə, ildə isə ən azı 1092 dəfə yalan danışırlar. Qadınlarda isə bu rəqəm gündə 2, ildə 728-dir. 

Kişilər daha çox pis vərdişlərini gizlətmək üçün yalan danışırlar. Qadınlar isə yalandan duyğularını gizlətmək üçün istifadə edirlər. Araşdırmanın daha bir maraqlı tərəfi isə yalana görə çəkilən vicdan əzabıdır. Belə ki, yalan danışan kişilərin çox cüzi hissəsi bu əməllərinə görə özlərini günahkar hiss edirlər.

Qeyd edək ki, araşdırmada 3 min insan iştirak edib.
Davamı →

Kişilər nə istəyir?

Kişilərin istədikləri:
1. Qadınların heç bir şey istəməməsini istəyir.
2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir.
3. Göydən yağış deyil, qadın yağsın istəyir.
4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir.
5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir.
Davamı →
Top