Kişilər kateqoriyası üzrə məqalələr

Qadın sənə baxanda nə fikirləşir?

Bəzən kişilər qadınların onlar haqqında nə fikirləşdiyini ağıllarına belə gətirmirlər. Ancaq unutmaq olmaz ki, qadınlar kişilərə nisbətdə çox diqqətlidirlər və hər şey başqa gözlə baxırlar. Hörmətli kişilər, məsləhətlərə qulaq assanız yanılmazsınız.

-Əgər sizin evdə kitab yoxdursa, qadın dərhal fikirləşəcək: “Bu savadsız və anlayışsız adamdır”. Xanımın belə düşünməməsi üçün siz evə bir neçə kitab alıb qoymalısınız. Ancaq evdə kitabxana yaratmağa ehtiyac yoxdur.
Davamı →

Qadınlar haqqında 10 gizli fakt

Zərif cinsin nümayəndələri bu haqda adətən susmağa üstünlük verir. «Men’s Health» jurnalına istinadən xəbər verir ki, ilk fakt qadın intuisiyası ilə bağlıdır. Bu, xanımlarda həqiqətən var: o, ərindən rəisinin katibəsini soruşan zaman kişinin ani anda niyə susduğunu yaxşı anlayır. Odur ki, ən yaxşı variant açıq danışmaq olardı…

2. Hər bir qız əmindir ki, keçmiş sevgilisi nə vaxtsa onun geri dönəcəyinə ümid edir və bu xoşbəxt anı gözləyir.

3. Nə vaxt ki qız sözünə «sən həqiqətən də yaxşı oğlansan…» deyərək başlayırsa, getmək üçün çantanı yığa bilərsən.
Davamı →

Qadınlarımız kimi seçir: Qasımı, yoxsa Robertonu?

Gecədən xeyli keçmişdi, onsuz da mən həmişə gec yatıram, uzanıb televizora baxırdım. Gördüm, qapı döyülür. Gözlükdən baxdım ki, aşağı mərtəbədəki qonşumdu, əlində də torbaya oxşayan bir şey tutub. Onu əvvəllər də tanıyırdım, sadəcə olaraq, bizim binaya keçənil köçmüşdülər. Hərdən o bizə gəlir, olur, mən onlara gedirəm, ancaq belə gecə vaxtı yox ki… Nə isə, əynimə bir şey geyinib qapını açdım: ”Ayə, Qasım, keç içəri.”
Uşaqları oyatmamaq üçün sakitcə mətbəxə keçdik. Ta, qonaqdı, gəlib, gəlib. Mənim soruşmağım düzgün olmazdı, bildim ki, nəsə bir iş var, qoy özü desin. “Bir şey yemək istəyirsənmi?- dedim,- bəlkə bir, yüz-yüz vuraq?” Qasım qanıqara halda:”Yemək-zad istəmirəm, ancaq yüz olar”- dedi.

Davamı →

Kişilərin qadınları “dəli edən” 16 özəlliyi

Qadınların kişilərdə görmək istəmədikləri özəlliklər hansılardır? Londonda nəşr olunan  The Times qəzeti oxucular arasında sorğu keçirərək kişilərin qadınları dəli edən 16 özəlliyinı sıralayıb.  Qəzet hər bir kişidə tapılan və qadınları hövsələdən çıxaran kişi özəlliklərinin kiçik bir siyahısını dərc edib Beləliklə, kişilərin dəli edən 16 özəlliyi bunlardır:  
1. Bütün ev işlərinin qadına aid olduğunu düşünərlər.
2. Elədikləri hər bir xırda iş üçün minnətdarlıq umarlar.
Davamı →

İdeal qadının ifadələri

Bilirsizmi kişilərin ürəyindən nələr eşitmək keçir?  Gəlin ideal qadının ifadələrin eşidək:


  •   — Eybi yox, palçıqda ilişib qalmağımızın heç bir eybi yoxdur. Mən indi enib, maşını itələyərəm.
  •  -Bu gün altıncı gündür əzizim, mən anam gilə gedim, sən isə dostlarınla gəzməyə get, dincəl, kef elə.
  • -Yox, şoppinqdə nə işimiz var? Gəl popkorn alaq, futbola baxaq.
Davamı →

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.
Davamı →

Kişilər haqqında deyimlər

İki kişinin ən çox böyük ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)
Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)
Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)
Davamı →

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.
Davamı →

Kişilərə bir neçə sehrli məsləhət.

*  Xanımınızı başqalarının yanında tənqid etməyin.


*  İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.


*  Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.


*  Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.


*  Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.


*  Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.


*  Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.


*  Xanımınızı onun xoşuna gələn adla çağırın.


 

Davamı →

Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!
Davamı →
Top