1. Hüceyrə
Hüceyrə tarixi inkişaf prosesində meydana çıxan, nüvə və sitoplazmadan ibarət, öz-özünü tənzim edən və özü kimi strukturlar yaradan canlı sistemdir.
Hüceyrə çox hüceyrəli orqanizmlərin inkişaf, quruluş, funksional və irsiyyət vahididir. Hüceyrələr ölçü və formalarına görə müxtəlif olur. Hüceyrə fiziki-kimyəvi cəhətcə çox mürəkkəb quruluşda olmaqla zarlar və qranullar sistemindən təşkil olunmuşdur. Hüceyrə ətraf mühitdən hüceyrə qişası vasitəsilə ayrılmışdır. Zar vasitəsilə hüceyrə onu əhatə edən canlı mühitlə (hüceyrəarası maddə ilə) üzvi əlaqədə olur. Hüceyrə qişası zülallardan, lipidlərdən və şəkərlərdən təşkil olmaqla qatlar şəklində yerləşir.
Sitoplazma hüceyrənin əsas komponentlərindən biri olub, xaricdən hüceyrə qişası ilə, nüvədən isə kariolemm vasitəsilə ayrılmışdır.
Nüvə – tərkib hissəsi olmaqla zülal sintezini təşkil edir. Nüvə əksər hallarda mərkəzdə yerləşir. Nüvə sitoplazmadan nüvə pərdəsi ilə ayrılmışdır. Nüvədə həmçinin xromatin olur. Nüvə şirəsi maye halında olub müxtəlif miqdarda olur. Nüvəcik hüceyrə bölünməsinin interfaza dövründə müəyyən edilir. Nüvəcikdə RNT-nin 80 %-i sintez olunur.
Orqanizm — üzvi aləmin müstəqil yaşaya bilən vahidi olub, xarici mühitin müxtəlif dəyişikliklərinə bir tam kimi cavab verən özünütənzim sistemindən ibarətdir.
Embrional inkişaf. İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenez iki dövrə bölünür: bətndaxili dövr (ana bətni dövrü) və bətndən xaric dövr (postembrional dövr). Bətndaxili dövr mayalanma anından başlanaraq həmin orqanizm əsl şəklini alıb, doğulana qədər olan dövrə deyilir. Rüşeymin inkişafını öyrənən elm embriologiya adlanır.
30-dan yuxarı yaşda cədvəllə müqayisədə bədən kütləsinin kişilər üçün 2,5-6 kq, qadınlar üçün 2,5-5 kq artıq olmasına (yaş çox olduqca daha artıq) yol verilə bilər.
Boy (sm) | Kişilər (kq) | Boy (sm) | Qadınlar (kq) | ||||
Dar döş | Normal | Enli döş | Dar döş | Normal | Enli döş | ||
155 | 49,3 | 56,0 | 62,2 | 155 | 47,8 | 54,0 | 59,0 |
157,5 | 51,7 | 58,0 | 64,0 | 157,5 | 49,2 | 55,2 | 61,0 |
160 | 53,5 | 60,0 | 66,0 | 160 | 50,8 | 57,0 | 63,1 |
162,5 | 55,2 | 61,7 | 68,0 | 162,5 | 52,1 | 58,5 | 64,8 |
165 | 57,1 | 63,5 | 59,5 | 165 | 53,8 | 60,1 | 66,3 |
167,5 | 59,3 | 65,8 | 71,8 | 167,5 | 55,3 | 61,8 | 67,8 |
170 | 60,5 | 67,8 | 73,8 | 170 | 56,6 | 63,0 | 69,0 |
172,5 | 63,3 | 69,7 | 76,8 | 172,5 | 57,8 | 64,0 | 70,0 |
175 | 65,3 | 71,7 | 77,8 | 175 | 59,0 | 65,2 | 71,2 |
177,5 | 67,1 | 73,5 | 79,5 | 177,5 | 60,3 | 66,5 | 72,5 |
180 | 68,9 | 75,2 | 81,2 | 180 | 61,5 | 67,7 | 74,9 |
182,5 | 70,9 | 77,2 | 83,6 | 182,5 | 62,7 | 68,9 | 76,7 |
185 | 72,8 | 79,2 | 85,2 | 185 | 63,9 | 70,1 | 78,2 |
Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr yığımına və hüceyrələrarası maddələrə toxuma deyilir.İnsan orqanizmində toxumaların 4 əsas tipi mövcüddür:
1. epitel,
2. birləşdirici
3. əzələ və
4. sinir toxuması.