Bu yaxınlarda facebookda dostlardan birinin paylaşdığı şəkillər və bu şəkillər ətrafındakı müzakirəmiz məni çox düşündürdü. Şəkilləri bəlkə də çoxu bəyənməyəcək, nə bilim bizim mentalitetə uyğun «nənələr» deyil deyəcəksiz, ya da üzlərində boya çoxdu və s.
Çox təəssüf ki, məndə də bu mühakimə var. Ta uşaqlığımdan bəri fikirlərimə hopturulmuş nənə, bacı, bibi, xala, ana obrazı var. Hər birinin də mütləq şəkildə, hər kəsə bəlli cavab verməli olduğu tələblər var.
Maraqlı olan odu ki, gündəlik həyatda, ən çox da ictimai nəqliyyatda rastlaşdığım xalalar, nənələrin əksəriyyəti həddən artıq kök, lap belə çirkin şəkildə deyim tərli, bığlı olması heç kimdə təəccüb doğurmur, çox normal hal kimi qəbul edilir, amma hansısa yaşlı nənənin bəzəkli-düzəkli, baxımlı olması qəbul edilmir. O saat ətrafdakıların üzündə əyilmə halları müşhidə edilir.