1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı. «Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.
1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də öcəşkən ol. Gülümsə və sakit danış.
2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.
3. Ərin yatanda, onu oyatma.
4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.
5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.
6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.
7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.
8. Ondan mümkün olmayanı gözləmə.
9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.
10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.
1. Güzgüsüz pomada çəkmək
Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx — pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.
2. Kompliment qəbul etmək
Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və «Sadəcə, burada işıq yaxşı düşüb» tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.
3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək
Vicdan əzabını unut — sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.
Çox zaman həyatında parçalara bölünən bir qadına baxıb bütün bunları necə bir arada tutmalarını düşünmədən olmur.Qadınlar gündəlik həyat içində qılıqdan qılığa keçən həyat sehrbazlarıdır.Gündüzlər iş qadını,axşamlar yaxşı bir ana,ev qadını və aşbaz,gecələr isə yaxşı bir həyat yoldaşı…
Qadınların yaxşı evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunmuş test sualları.Əziz xanımlar bu testdən keçmək istəyirsinizsə seçdiyiniz variantlara uyğun xalları toplayın.
1-Tutaq ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiz?
a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)
1.Qədim Romada qadınların öz malına hökm və vəsiyyət etməyə hüququ çatmırdı. O, öz cehizinə də sahib deyildi. Cehizsiz ailə qurmaq qadağan edilmişdi. Hətda bu şərəfsizlik kimi qiymətləndirilirdi. Bu halda uşaq dünyaya gələrdisə, qeyri qanuni sayılırdı.
2. Avstralira aborigenlərinin adətinə görə, kişi arvadının qulağına get sözü deməklə boşanmış olur. Qadınların isə boşanma hüququ yoxdur.