«Yaxşı qızlar əsəbləşəndə ağlayırlar, pis qızlar içirlər, ağıllı qızlar isə mağazaya alış-verişə yollanırlar...»
Psixoloqların sözlərinə görə, tibbdə bu xəstəliyin bir neçə adı var. Daima nəsə yeni bir şey almaq istəyənlərin xəstəliyi şopomaniya, şopoqolizm, şopinqparanoya və onyomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu həm psixoloji, həm də nevroloji bir problemdir.
Psixoloq Azad İsazadənin fikrincə, şopomaniya adlı xəstəlik daha çox qadınlarda təzahür edir. Onlar daim mağazalardan nəsə almaq istəyirlər. Belə insanlar hətta sonuncu qəpiklərini belə mağazada xərcləməkdən çəkinməzlər.
Oğlandan birdəfəlik ayrılmaq üçün effektiv məsləhətlərin siyahısı. Hər bir qaydanın istisnası olur. Xanımların çoxu partnyor tapmaq və saxlamaq üçün məsləhətlər axtarsalar da, elə hallar olur ki, qızlar dözülməz münasibətlərə son qoymaq istəyirlər. Ən asan çıxış yolu — qarşılıqlı anlaşma üçün nəzərdə tutulan məsləhətləri tərsinə yerinə yetirməkdir. Deyə bilərsən ki, ayrılmaq üçün ən yaxşı çıxış yolu, sadəcə qərarı bildirməkdir. Amma bu sadə addımı atmaqdan ötrü cəsarət toplamaq elə də asan olmur. Bəzi xanımlar ayrılma xəbərini eşidən partnyorlarının reaksiyasından qorxurlar.
1.Müqayisə et. Partnyorunuzu mütəmadi olaraq əvvəlki sevgilinizlə və ya başqa kişi dostlarınızla müqayisə edin. Bu zaman ona çatışmayan cəhətlərini göstərərək yeni, ona xas olmayan davranış xətti təlqin edin.
Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı sürüşkən qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.