Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir.
Bəziləri üçün qulaq çöpü əvəzolunmazdır. Ən kiçik bir çirk, ən kiçik bir tıxanıqlıq səbəbi ilə çox insan düşünmədən dərhal iki tərəfi kiçik pambıqla sarılmış çöplə qulaqlarını təmizləyirlər. Məqsədləri, qulaqlarına narahatlıq verən o kirdən xilas olmaqdır. Ancaq qulaq çöpünün potensial təhlükələrindən əksəriyyətin xəbəri yoxdur və xeyir gətirmək əvəzinə zərər verə biləcəyini bilmirlər.
Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir.

Qulaq yevstaxı borusu vasitəsilə burun boşluğu ilə ələqəlidir. Bu səbəbdən istinilən burun-udlaq iltihabları zamanı infeksiyalar, viruslar, mikroblar orta qulağa düşə bilər.
Nəticədə insanda otit inkişaf edə bilər. İmmin sisteminin zəifləməsi, soyuqlama və digər xəstəliklər otitin yaranmasına təkan verə bilər. Qulağın istənilən travmaları, dayvinq və alpinizm kimi idman növləri də otitin inkişafına şərait yarada bilər.
Otit müxtəlif yaşda olan insanlarda inkişaf edə bilər. Lakin uşaqlarda otit daha tez-tez təsadüf edilir.
Otit xarici, orta və daxili ola bilər. Xarici otitzamanı qulağın dərisi və dərialtı birləşdirici toxuması iltihablaşır, qulaqda furunkul (irinlik) əmələ gələ bilər. Bu zaman insan qulaqda ağrı hiss edir, ağrı çeynəmə və danışıq zamanı artır. Adətən furunkul yetişdikdən sonra özü-özündən açılır. Xarici otit zamanı eşitmə pozulmur.
Müasir dövrümüzdə demək olar ki, hər bir yeniyetmə MP3 pleyerlərin qulaqlıqlarından istifadə edir.
Haymorit təhlükəli və çətin müalicə olunan xəstəlikdir. Bu xəstəliyi «tapmaq» asandır, lakin ondan «canını qurtarmaq» heç də asan deyil.
Müalicə olunmayan və ya düzgün müalicə olunmayan haymorit tez bir zamanda xroniki mərhələsinə alır. Haymoritlə «tanış olan» bu xəstəliyin necə üzücü olduğunu bilir — baş ağrıları, iybilmə və dadbilmənin tam pozulması, iştahasızlıq, burun tənəffüsünün mümkünsüzlüyü (insan daim ağızla nəfəs almağa məcbur olur) və s.
Bəzi sadə profilaktik qaydalarına riayət edərək biz bu xəstəliyin inkişaf etmə riskini (və ya xroniki haymorit olanlarda — kəskinləşmə riskini) azalda bilərik.