Qripdən sonra üz nahiyəsinin ağrılarında, sanki bir ağırlığın olduğunu hiss edirik. Bəzən bu, həftələrlə davam etsə də, fikir vermir, «keçib gedər» deyə düşünürüy. Amma keçib getməyəndə də gec olur.
Mütəxəssislərin fikrincə, qaymorit üst çənə cibinin iltihabıdır, sinusitin (burunətrafı ciblərin iltihabı) bir növüdür. Qaymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşmasında olur. Ən çox rast gəlinən səbəb kimi isə yuxarı dörd arxa dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğunu göstərmək olar. Qaymorit sinuzitin bir növüdür.
İnsan burun və ya ağız vasitəsilə nəfəs ala bilir. Lakin məhz burun nəfəsalması «düzgün», yəni fizioloji sayılır.
Məsələ burasındadır ki, burunun selikli qişaları və burun boşluğunda olan xırda tükcüklər patoloji mikrobların ətraf mühitdən orqanizmə daxil olmasına mane olur. Bu insan immun sisteminin "ön cəbhəsidir". Bundan əlavə hava burunda isinir və nəticədə bu bizim nəfəs yollarımızı soyuqlamadan qoruyur.
Haymor cibləri — əng sümüyünün boşluqlarıdır. Həmin ciblər göz yuvası, burun və ağız boşluqları arasında yerləşir və burun boşluğu ilə sağ və sol keçəcəklər vasitəsilə birləşir.
Haymor ciblərinin daxili sümük divarları selikli qişa ilə örtülmüşdür. Burada əmələ gələn selik keçəcəklər vasitəsilə burun boşluğuna ifraz olunur. Həmin seliklə birlikdə haymor cibindən mikroorganizmlər, toz və s. xaric edilir.
Haymor cibinə burundan və ya qan vasitəsilə daxil olan patogen (xəstəlik törədən) mikrobların təsirindən selikli qişa iltihablaşsa, burun boşluğuna açılan keçəcək daralır və selik haymor cibində yığılır. Bu proseslərin nəticəsində buraya oksigenin daxil olması da çətinləşir. Beləliklə, patogen mikrobların inkişafı üçün münbit şərait yaranır. Haymor cibində toplanan selik qatı irinə çevrilir, daxildə təzyiq artır və bu nahiyədə ağrılar meydana gəlir. Xəstəliyin törədicilərinin ifraz etdiyi toksinlərin qana işləməsi organizmin ümumi intoksikasiyası simptomlarını əmələ gətirir – baş ağrısı, iştahasızlıq, halsızlıq.
Haymor cibində toplanan irin tədricən onu tam doldurub, hətta ətraf toxumalara da sirayət edə bilər. Bu isə haymoritin müxtəlif ağır fəsadlaşmalarına səbəb olur.
Tənəffüs orqanlarının allergik xəstəliklərinin səbəbi — uşağın tənəffüslə orqanizmə daxil olan allergenlərə (toz, çiçək tozcuqları, yun, quş tükləri va s.) qarşı müvafiq reaksiyadır. Tənəffüs allergiyalarının ilk əlamətləri uşağın bir neçə aylığında təzahür edə bilər. Gündəlik olaraq allergenin (uşaq həyatının ilk aylarında bu əsasən inək südünün tərkibində olan zülaldır — süni uşaq qidalarının əsas tərkib hissəsi) qəbuluna cavab olaraq burunun selikli qişası şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf edir.
Burun boşluğuna yad cisimlərin düşməsi əksərən uşaqlarda olur.Böyüklərin burun boşluğundakı yad cisimlər travmalar və odlu silah yaralanmaları zamanı olur.Bəzən yad cisimlərin ətrafına duzların çökməsi nəticəsində daşlar-rinolitlər əmələ gəlir. Çox vaxt yad cisimlər aşağı burun keçəcəyində yerləşir və çıxardarkən səhv etdikdə arxaya doğru itələnir.Hamar yad cisimlər və rinolitlər heç bir xəstəlik törətmir.Bir sıra hallarda burunun yalnız bir hissəsini tıxayır, selikli qişanın iltihabı nəticəsində iyli ifrazata səbəb olur.
Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir. Payız və yaz aylarında xəstələnmə hallarının artması xarakterikdir.