Bacarıqlı əllər kateqoriyası üzrə məqalələr

Körpə başmaqlarının toxunması

Siz körpələrinizin sevərək geyinəcəkləri başmaqlar toxuya bilərsiniz. Bunun üçün lazım olacaq: 2 rəngdə yumşaq ip, bəzək vermək üçün yumşaq yun, toxumaq üçün mil. Və indi gəlin toxumağa başlayaq. Aşağıdakı videonu izləyərək mərhələlərlə tanış ola bilərsiniz. Beləliklə bütün etməli olduğunuz ləvazimatları almaq və körpəniz üçün bir cüt başmaq toxumaqdır.
Davamı →

Qırılmış oturacaqlardan skamya

Gözəl görünüşlü skamyalar olan bağlar görən zaman heç həsəd hissi keçirirsiniz? Siz bəzi antik satıcılara bir neçə yüz dollar vermədən eyni nəticəni əldə edə bilərsiniz.
Davamı →

Təbii otaq ətirləri

Bəzən insanlar evlərində arzu etdikləri rahatlığı əldə etmək üçün həddindən artıq çox vaxt sərf etməli olurlar. Bu günün tələbi isə dəbdəbəli dizayn yox insanın özünü rahat hiss edəcəyi, şəxsi və xoş rayihəli bir küncünün olmasıdır. Bu istiqamətdə ata biləcəyiniz addımlar isə olduqca sadədir. Bunun üçün lazım olan yeganə şey bir neçə bankadır. Bir neçə dəqiqə ərzində isə evinizi gözəl ətir bürüyəcəkdir.

Lazım olan ləvazimatlar:

Meyvə səbəti
Mason bankalar
Su
Şam
Soyuducu

Bütün komponentləri, yəni, meyvə, bitki və ədviyyələri mason bankasına tökün və ¾ düyüm boş saxlamaqla üzərinə su əlavə edin. Qapağı bağladıqdan sonra bankaları 1-2 həftəlik soyuducuya qoyun.

Bu mərhələni bitirdikdən sonra, qapağı götürün. Lent və ya hədiyyə yarlığı taxmaqla əl işinizi gözəl hədiyyəyə çevirə bilərsiniz. Üstdən qoyulmuş şam romantik görünüş yaradacaqdır. Xoş ətir saçan alma, darçın və limon qoxusundan isə danışmağa yəqin ki, ehtiyac yoxdur!
Davamı →

Boyunbağını özün hazırla


Lazımlı əşyalar:

3 ədəd zəncir
3 ədəd rəngli ip (istənilən rəngdə)
1 ədəd qaşlı zəncir
Davamı →

Zərif yaxalıq

Əziz xanımlar, bu gün sizə geyimlərinizin yaxa hissəsini daha da eleqant göstərən yaxalığın hazırlanma qaydasını təqdim edirəm. Hazırlanması sadə olsa da görünüşü ilə hamınızın zövqünü oxşayacağına əminəm. Buyurun, izləyə bilərsiniz.
Davamı →

Rənarəng səbətlər

Bu dəfə siz göyqurşağının yeddi rəngində gözəl səbətlər toxumağı öyrənəcəksiniz. Bu səbətlər saxlama qabı kimi çox əlverişlidir, həmçinin, balacalara rənglər və formaları öyrətmək üçün də əla vasitədir!

Onlar bütün səbətləri bir-birinin içinə necə yerləşdirməklə məşğul olacaqlar.
Sizə aşağıdakılar lazım olacaq:
İplik — göyqurşağı rənglərində (qırmızı, narıncı, sarı, yaşıl, mavı, tünd-qırmızı, bənövşəyi)
Toxumaq üçün mil
Tikmək üçün tikiş iynəsi
Qayçı Sancaq
Davamı →

Balaca qızlara şərf


Qızların sevdiyi aksessuarlardan biri də şərfdir. Gənc qızlar şərflərə xüsusilə üstünlük verirlər. Bu dəfə balaca qızlarımız üçün gözəl bir şərf hazırlayacayıq. Çox gözəl görünüşü ilə bütün qızlarımızın xoşuna gələcək.
Davamı →

Hamam xalçası

Bunu etmək olduqca asandır: sadəcə olaraq xalçanızın hansı ölçüdə olmasını istədiyinizi müəyyənləşdirin və təxmini eyni ölçülü nazik parçalardan laylar kəsin. Bunu siz hətta uşaqlarınızla da edə bilərsiniz.

Mişel Kaufmanın videosuna diqqətlə baxın. Bu videoda xalçanı necə düzəltmək mərhələlərlə göstərilir. Hamam xalçası üçün yuyulmaya davamlı və tez quruyan parçadan istifadə edin. Hamam və ya istənilən digər yerlər üçün xalça hazırlayarkən tez korlanan parçalardan istifadə etməyin.
Davamı →

Dehlia çələngi

Bu yaradıcılıq nümunəsi əsasən qışı sevməyənlər üçündür. Daim evinizdə yaz abu-havası yaratmaq istəyirsinizsə, bu əsl sizin üçündür. Əminik ki, bu sadə və gözəl nümunə hamı üçün asan olacaq. Gülün hazırlanma forması və təbii ki, istifadə edəcəyiniz rəngli kağızların rəngləri sizin istəyiniz və fantaziyanızdan asılıdır.
Davamı →

Kreativ bağ keçidi


Bu ideya hər hansısa mürəkkəb material və ya çox vaxt tələb etmir. Çox sadədir və tez hazırlanır. Ehtiyacınız olan tək şey cığırınızı formaya salan kreativ və gündəlik şeylərdir. Biz sizə rəsmdə görə bildiyiniz ölçüdə olan yarpaq təklif edirik.

Əgər siz bu ölçüdə yarpaq tapa bilmirsinizsə, evdə olan kağız və geyim materiallarından istifadə edə bilərsiniz. Başlanğıcda, betonu hazırlayın və materialın üstünə tökün. Betonun qurumağını gözləyin,sonra materialın üzərindən qoparın və siz betonda materialın əksinin çıxdığını görəcəksiniz.
Davamı →
Top