4. Tarazlığın dəyişməsinin təhlilinin üç mərhələsi

4. Tarazlığın dəyişməsinin təhlilinin üç mərhələsi

THREE STEPS TO ANALYZING CHANGES IN EQUILIBRIUM
Biz tələb və təklifin qarşılıqlı əlaqədə bazar tarazlığını necə təmin etməsinə, bunun da öz növbəsində qiyməti, istehsal olunan və alınan əmtəə­lərin miqdarını müəyyənləşdirməsinə baxdıq. Tarazlı qiymət və məh­sulun həcmi tələb və təklif əyrilərinin vəziyyətindən asılıdır. Nə vaxt ki, hər hansı bir hadisə əyrilərdən birinin dəyişməsinə səbəb olur, bazar tarazlığı pozulur və yeni səviyyədə o, bərpa olunur. Belə dəyişikliklərin təhlili, köh­nə və yeni tarazlıq şərtlərinin müqayisəsi müqayisəli statika adlandırılır.
Bazardakı şəraitə təsir göstərən hadisələrin təhlili üç mərhələni bir­ləş­­dirir. Birinci mərhələdə baxılan hadisənin tələb və təklif əyrisinin dəyiş­məsinə və ya hər iki əyrinin birləşməsinə təsirini müəyyən etmək lazımdır. Ikinci mərəhələdə biz əyrilərin hərəkət istiqamətini (sağa və sola) müəyyən edirik. Üçün­cü mərhələdə biz tarazlı qiymətə, təklif olunan və alınan əmtəələrin həcminə təsir edən dəyişmənin başa düşülməsini asanlaşdıran tələb və təklif əyrisinin qrafikindən istifadə edirik. Bu mərhələlərin ardıcıllığı cədvəl 4.7.- də verilmişdir. Dondurma bazarındakı vəziyyətə təsir göstərən müxtəlif hadisələrə münasibətdə bu üsulların tətbiqinə baxaq.
Cədvəl 4.7.
Müqayisəli statikanın üç mərhələsi

1

Tələb və təklif əyrisinin (hər iki əyrinin də ola bilər) dəyişməsinin müəyyən edilməsi

2

Əyrilərin dəyişməsi istiqamətinin müəyyən edilməsi

3

Tələb və təklif əyrilərinin qrafiklərindən istifadə edilməsi və bu dəyişmənin bazar tarazlığına təsirinin təhlili

Misal: tələbin dəyişməsi. Fərz edək ki, isti yay günüdür. Belə hava şəraiti dondurma bazarına necə təsir edir?
1. Isti hava tələbə belə təsir edir: dondurmaya münasibətdə insanların zövqü dəyişir. Başqa sözlə, hər bir mümkün qiymətdə insanların almaq istə­dikləri dondurmanın miqdarı artır. Belə hava şəraiti dondurma istehsalçılarına – firmalara birbaşa təsir göstərmədiklərindən, təklif əyrisi dəyişmir.
2. Isti havalar insanların dondurma əldə etmək arzusunun art­masına gətirib çıxarır, tələb əyrisi sağa doğru dəyişir. Dondurmaya olan tələb əyrisi D1-dən D2-yə doğru yerini dəyişir (şəkil 4.9.). Dəyişmə onu göstərir ki, hər bir mümkün qiymətdə tələb olunan dondurmanın miqdarı artır.
3. Tələbin artması tarazlıq qiymətinin 2,00 dollardan 2,50 dollara, tarazlıq həcminin 7-dən 10 stəkana qalxmasına səbəb olur (şəkil 4.9.). Başqa sözlə, isti hava dondurmanın qiymətinin və satılan əmtəələrin miqdarının artmasına gətirib çıxarır.
excess supplyexcess demand

Şəkil 4.9. Tələbin artmasının tarazlığa təsiri

Əyrilərin dəyişməsi və əyrilər boyunca hərəkəti. Müşahidə etdik ki, isti havalar dondurmanın qiymətini qaldırdığından, firmaların təklif etdikləri əmtəələrin miqdarı artır, təklif əyrisi isə dəyişmir. Bu halda, iqtisadçılar deyirlər ki, təklifin dəyişməsi deyil, təklifin həcminin artması baş verir.
«Təklif» dedikdə, təklif əyrisinin vəziyyəti, «təklifin həcmi» dedikdə isə məhsulu təklif edən satıcıların miqdarı başa düşülür. Bu misalda təklif də­yişmir, çünki hava şəraiti əmtəənin hər mümkün qiymətində kom­pa­niyanın təklifi dəyişmək istəyinə təsir etmir. Əksinə, isti hava hər bir mümkün qiy­mətdə istehlakçıların müəyyən miqdar stəkan dondurma əldə etmək istəyində dəyişikliyə və deməli, tələb əyrisinin dəyişməsinə gətirib çıxarır. Tələbin art­ma­sı tarazlıq qiymətinin artmasına və uyğun olaraq tək­lifin həcminin yüksəlmə­sinə, başqa sözlə, təklif əyrisi boyunca hərə­kə­tinə səbəb olur.
Ümumiyyətlə, təklif əyrisinin dəyişməsi təklifin dəyişməsi, tələb əy­ri­sinin dəyişməsi isə tələbin dəyişməsi adlanır. Təsbit olunmuş təklif əyrisi boyunca dəyişmə təklifin həcminin, təsbit olunmuş tələb əyrisi boyunca dəyişmə isə tələbin həcminin dəyişməsi adlanır.
Misal: təklifin dəyişməsi. Fərz edək ki, növbəti ildə yayda zəlzələ bir neçə dondurma fabrikini işin dayandırmasına səbəb oldu. Bu hadisə əmtəə bazarına necə təsir edir?
1. Zəlzələ təklif əyrisinə təsir göstərir. Satıcıların miqdarı azalır, bu da istehsalın həcmində və hər bir mümkün qiymətdə dondurma təklifində dəyişik­liyə gətirib çıxarır. Zəlzələ ev təsərrüfatlarının almaq istədikləri don­durmanın həcminə təsir göstərmədiyindən, tələb əyrisi dəyişməz qalır.
2. Təklif əyrisi sola doğru dəyişir. Çünki hər bir mümkün qiymətdə dondurma təklif etmək istəyən və buna qabil olan şirkətlərin ümumi miq­da­rı azalır. Təklifin azalması təklif əyrisinin S1 vəziyyətindən S2 vəziyyətinə doğru dəyişməsinə səbəb olur. (şəkil 4.10.).
3. Təklif əyrisinin yerdəyişməsi dondurmanın tarazlıq qiymətinin 2,00 dollardan 2,50 dollara qədər artmasına, tarazlıq həcminin isə 7-dən 4 stə­kana qədər azalmasına gətirib çıxarır. Zəlzələ nəticəsində dondurmanın qiyməti artır, onun satış həcmi azalır.
Təklifin azalmasının tarazlığa təsiri

Misal: tələb və təklif eyni vaxtda dəyişir. Indi fərz edək ki, havalar çox istidir və eyni zamanda zəlzələ baş verir. Bu hadisələrin əlaqə­ləndirilməsini təhlil edərək, yenə üç mərhələyə baxaq.
1. Biz belə nəticəyə gəlirik ki, tələb və təklif əyriləri yerini dəyişir. Isti hava hər bir mümkün qiymətdə ev təsərrüfatlarının almaq istədikləri dondurmanın həcmi dəyişdiyindən tələb əyrisinin dəyişməsinə gətirib çıxarır. Eyni zamanda, zəlzələ hər bir mümkün qiymətdə firmaların satmaq istədikləri dondurmanın miqdarını dəyişdiyindən, təklif əyrisi dəyişir.
2. Əvvəlki təhlilimizdə olduğu kimi, hər iki əyri də eyni istiqamətdə dəyişir: tələb əyrisi sağa doğru, təklif əyrisi isə sola doğru dəyişir (şəkil 4.11.).
3. Tələb və təklifin dəyişməsinin nisbi həcmindən asılı olaraq, hadisələrin inkişafının iki variantı mümkündür (şəkil 4.11.), ancaq tarazlıq qiyməti hər iki halda artır. Qrafikdə dondurmaya olan tələb əhəmiyyətli dərəcədə artır, təklif isə nəzərəçarpacaq dərəcədə azalır, dondurmanın tarazlıq həcmi isə artır (a). Əksinə, qrafikdə təklif əhəmiyyətli dərəcədə azalır, dondurmaya olan tələb isə az miqdarda artır, tarazlıq həcmi azalır (b). Beləliklə, baş verən hadisələr dondurmanın qiymətini müəyyən qədər artırır, ancaq onun satışının həcminə təsir birmənalı deyildir.
Tələb və təklifin dəyişməsiprice rises,quantity rises
price rises,quantity falls

Xülasə. Biz tarazlıq vəziyyətinin dəyişməsinin təhlili üçün tələb və təklif əyrilərindən istifadə edilməsinin 3 misalına baxdıq.
Hər hansı bir hadisənin bu əyrilərdən birinin və ya hər ikisinin eyni vaxtda dəyiş­mə­sinə səbəb olmasına baxmayaraq, tarazlıq nöqtəsində reallaşan əmtəə­lə­rin həcminə və qiymətinə mövcud hadisənin necə təsir edəcəyini qabaqcadan görmək üçün sizə məlum olan təhlil üsulunu tətbiq edə bilərsiniz.

Top