Rusiyada türk dövlətləri

Rusiyada türk dövlətləri

XIII əsrin 40-cı illərində Şərqi Avropada  Qızıl Ordu dövləti yarandı. Qızıl  Ordu dövlətinə aiddir:
  • Rus knyazlıqlarının vassal  olması;
  • Paytaxtlarının Saray-Batı və Saray-Bərkə olması;
  • Feodal dövləti olması;
  • İmtiyazlı şəxslərin tarxan adlanması;
  • Xan tərəfindən idarə edilməsi;
  • Məhsul və pul vergilərinin baskaklar   tərəfindən toplanması;
  • Torpağa sahib olmaq üçün verilən fərmanın yarlıq adlanması;
  • Özbək xanın dövründə islamın rəsmi  dinə çevrilməsi(1313-1342-ci illər);
  • Kulikovo döyüşündə Moskva     knyazlığlına məğlub olması(1380-ci il);
  • ToxtamışMoskvanı ələ keçirməsi (1382 -ci il);
  • Terek döyüşündə Toxtamışın Əmir Teymura məğlub  olması (1395-ci il);
  • “Uqra görüşü”ndə məğlub olması (1480 — ci il);
  • Süqut etməsi (XVI əsrin əvvəlləri).

Qazan xanlığı (XV əsrin I yarısı -1552-ci il)
Qazan xanlığına aiddir:
  • XV əsrin I yarısında  Qızıl Ordudan ayrılaraq müstəqil olması;
  • Ulu Məhəmməd tərəfindən qurulması;
  • Xan tərəfindən idarə edilməsi;
  • Suzdal döyüşündə Moskva knyazlığının məğlub   edilməsi (1444-cü il);
  • Moskva knyazlığının hücumuna məruz qalması (1487-ci il);
  • İrsi məşvərətçilərin kərəçlər adlanması;
  • Rusiya tərəfindən  istila edilməsi (1552 -ci il)

Həştərxan xanlığı (XV əsrin I yarısı-1556)
Həştərxan xanlığının əssını Qasım xan qoymuşdur. Silahlı qüvvələrə kalqa rəhbərlik edirdi.1556-cı ildə Həştərxan xanlığına Rusiya  son qoymuşdur.

Sibir xanlığına aiddir:
  • İbak xan tərəfindən qurulması:
  • Paytaxtın Tümen və Kaşlıq şəhəri olması;
  • Moskva knyazlığından asılı hala düşməsi (1555-ci il);
  • “Qara camaat”ın yasaq vergisi ödəməsi;
  • İslam dininin rəsmi din kimi qəbul edilməsi (XV-əsrin ortaları);
  • Kuçum xanın Rusiyaya xərac verməkdən imtina etməsi (1571-ci il);
  • Straqanovlar ailəsinin hücumuna məruz qalması;
  • Yermakin hücumuna məruz qalması (1581-ci il);
  • Rusiya tərəfindən istila edilməsi (1598-ci il).

Krım xanlığına aiddir:
  • Gəraylar sülaləsi tərəfindən idarə edilməsi;
  • Paytaxtının Baxçaray şəhəri olması;
  • Osmanlının vassalına çevrilməsi (1478-ci il);
  • Divanın fəaliyyət göstərməsi;
  • Xanın varislərinin gəray adlanması;
  • Kiçik Qaynarca sülh müqaviləsindən sonra müstəqil olması (1774-cü il);
  • Rusiya tərəfindən işğal edilməsi (1783-cü il).

Qeyd:Qızıl Ordunun zəifləməsi nəticəsində XV əsrin I yarısında Şimali Qafqazda Noqay Ordası yarandı. Noqay Ordası uluslara bölünürdü.
Top